gundemxeber.az bildirir ki, TİA.AZ-ın elektron poçtuna Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi ilə bağlı şikayət məktubu daxil olmuşdur.Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli redaksiya 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməyimiz həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan”ın rəhbərliyi tərəfindən təsdiqlənsə də bizə dəyən zərər ödənilmir.
Bizə ,çox maraqlıdır ki,biz bu barədə hörmətli prezident İlham Əliyeva yüzlərlə,hətta 1000-lərlə şikayət məktubu yazsaq da bizə indiyəcən bir dəfə də olsun cavab gəlməyib.
Axı bu necə ola bilər?Belə çıxır bu məktublar Prezident Administirasiyasının məsul işçisi,Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vəfadar Bağırov tərəfindən gizlədilir,kənara qoyulur.Əks halda bizə ən azından etdiyimiz yüzlərlə müraciətin birinə heç olmasa cavab gəlməli idi.Axı biz həmin müraciətlərdə ünvanlarımızı göstərmişik.Yəni ola bilməz ki,dövlət başçısına rəsmi müraciətlərimiz əgər ünvana çatırsa bu illər ərzində bir dəfə də olsun ordan cavab gəlməsin.
Bu biabırçılıqdır,qanunsuzluqdur,prezidentin tapşırıqlarına məhəl qoymamaqdır.Bizi sadəcə məmurlar icra hakimiyyətində,PA-da “yola verirlər”,başımıza aldadırlar.Belə edirlər ki,biz öz haqqımızdan bezib əl çəkək.
Prezidentin Administrasiyasının həyətindəki şikayət məktublarının qəbulu otağındağı poçt qutusuna da əlbəəl qutuya atmışıq. Prezidentə ünvanladığımız məktublardan cavab almamağımız barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılova da dəfələrlə məktub göndərmişik,amma digər məktublarımız, müraciətlərimiz kimi ondan da heç bir rəsmi cavab almamışıq.
Onu da qeyd edək ki, Vafadar Bağırov bizi Sumqayıt icra hakimiyyətində qəbula salmaqla öz işini bitmiş hesab edir.Heç zaman, problemimizi çox gözəl bilsə də onun həllinə elə də çalışmır,ürəkdən yanaşmır.Halbuki bu da onun vəzifə borcuna aid bir məsələdir.
Dəfələrlə danışdığımız V.Bağırov bizimlə telefon danışığında deyib ki,bu məsələ prezidentə aid məsələ deyil,prezident o işlərə baxmır.Ancaq məlumdur ki,prezident dəfələrlə sahibkarlara qayğı və diqqətin dövlətimizin inkişafı üçün vacib olmasını qeyd etmiş, dəfələrlə deyib ki, sahibkarlara qayğı göstərilməli, onların fəaliyyətinə süni maneə yaradılmamalıdır.Bu sözləri deyən prezident ola bilməz ki, Vafadar Bağırov dediyi kimi “belə şeylərlə” məşğul olmasın,çünki möhtərəm prezident hər bir vətəndaşın prezidentidir.
Bizim işi aidiyyəti olmayan istiqamətə yönəldən Vəfadar Bağırov dediyimiz kimi həmişə görüşdə bildirib ki,prezidentin sahibkrlarla bağlı şikayətinə heç bir aidiyyəti yoxdur.Onda onun məntiqi ilə belə sual əmələ gəlir ki, prezidentin vəzifəsi bəs nədir?!
Biz 3 sahibkarın şikayəti dəfələrlə ölkə mətbuatında işıqlansa da,bu barədə 5 il ərzində müraciət etmədiyimiz qurum qalmasa da , icra başçısı Zakir Fərəcov bizim pulumuzun ödənilməsi barədə yazılı göstəriş versə də bizim pulumuz “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən hələ də ödənməyib.
Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib.
Ağamirzə Əhədov 2016-cı ildə dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir.
2016-cı il, dekabrın axırında Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.
2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi. Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə bir az vaxt verin bu məsələni araşdıraram”,amma şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.
Bundan sonra baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni ödənilsin.
9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub.
Biz icra başçısı ilə son görüşdən sonra bir müsbət nəticə əldə edə bilmədiyimizdən demək olar ki,2 aydır ki,başqa işimizi-gücümüzü tullayıb hər gün Sumqayıt icra hakimiyyətinə getmişik,səhər saaat 10-dan axşam demək olar ki,19:00-can icra hakimiyyətinin ya qəbul şöbəsində,ya da çölündə oluruq ki,problemimizi həll edək.
Son zamanlar biz ən azı 10 saat,iş saatı qurtaranacan bizi icra hakimiyyətində gözləmişik ki,problemimiz həll olunsun. İcra hakimiyyətinin verdiyi göstərişin bir icra mexanizmi,yerinə yetirilməsində müəyyən vaxt var,5 gün 10 gün,makimum 1 ay.
Bizi ümidli qoyurlar amma işimiz həll olunmamış qalır.Bizim maddi vəziyyətimiz də külli miqdarda ziyana düşdüyündən çox acınacaqlıdır,indiyəcən bizi bu çəkişməyə xeyli xərcimiz çıxıb.Bizim almaq istədiyimiz -bizə dəymiş ziyanın məbləği də devalvasiyalar nəticəsində dəyərini də xeyli itirib.
Şikayətlərimizin çəkisi fantastik dərəcəyə 15 kq-a çatıb,amma biz öz halal pullarımızı ala bilmirik.
PA-ya ,Sumqayıt icra hakimiyyətinə çoxsaylı get-gəldən ,tələblərimizdən sonra icra başçısı icra başçısı Zakir Fərəcov bu il martın 12-də bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi.Görüşdə Zakir Fərəcova bizim üçümüzü də diqqətlə dinlədi bildirdi ki, müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. İcra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb və onunla danışıb,amma dediyimiz kimi bizim məsələ öz həllini tapmayıb.
Belə çıxır ki,icra başçısı Zakir Fərəcovun yazılı göstərişi yerinə yetirilməmiş,havada qaldı. Halbuki qarşı tərfələ müəyyən mənada razılıq əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə bizim pulumuzun verilməsinə ən əsas Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün mane törədir.
“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra ,ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq “Karvan”a faktiki olaraq o rəhbərlik edir. Kamil Əhədov Ağamirzə Əhədov ölməyənəcən onun müavini gedirdi. Kamil Əhədov rəsmi direktor olsa da “Karvan”ın idarəçiliyinə tam və əsas Mübariz Əhədov rəhbərlik edir,yer pulların,icarə haqlarının yığılmasına, ticarət mərkəzində yer bölgüsünə o nəzarət edir. Təbii,məmur,dövlət qulluqçusu olduğundan o bunu rəsmi yox,qeyri-rəsmi edir.Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini,razılaşmanı pozmasını onunla əsaslandırır ki:”Məhkəmə olub,cavabdeh cəzasını çəkib, İsməliyə xeyli xərc çəkilib.Hara gedib şikayət edirlər etsinlər.Məhkəmə qərarında ziyanın ödənilməsi göstərilməyib”.
Mübariz Əhədov vaxtını öz işindən çox “Karvan”da keçirir.
Mübariz Əhədovun “Karvan” Ticarət Mərkəzində idarəçiliyində əsas füqur olmasına AzTv kanalının 2016-cı ilin noyabrında,“Karvan”ın yanğından sonra əsaslı təmirdən sonra açılıçından hazırladığı reportajdan da görmək olar.Həmin reportajda danışanların arxasında “Karvan”ın rəsmi sahibi Kamil Əhədovun yanında duran qardaşı Mübariz Əhədov bəlkə də məmur kimi iş vaxtı orda durub.Hiss olunur ki,o dövlət qulluqçusundan çox “Karvan”ın sahiblərindən biridir.
Bundan əvvəl də ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədova bununla bağlı xəbərdarlıq edilib.Amma görünür Mübariz Əhədov Daxili İşlər Nazirliyinin xəbərdarlığından heç bir nəticə çıxartmayıb, cəzalanmayacağından arxayındır.
Prezidentin xeyir-duası ilə Zakir Fərəcov Sumqayıta icra başçısı seçilib .Bizə şox şübhəli gəlir ki,necə olur ki,icra başçısının şəhərdə nüfuzu çox böyük olduğu halda -“Karvan”nı idarə edən qardaşlar onun göstərişinə məhəl qoymur.Bizi icra başçısı Zakir Fərəcov susqunluğunu başa düşmürük.
Dövlət məmuru olan qanunsuz olaraq bizneslə açıq-aşkar məşğul olan Mübariz Əhədov rahatca deyir ki,gedin kimə istəyirsiz şikayət edin.Bəlkə də bizə qarşı belə münasibətin kökündə vətəndaşları dövlətdən incik salmaq istəyi,təxribatdır.
Vəfadar Bağırovla məsələ ilə bağlı ,onu həlli bağlı soruşduqda o əvvəl bizə deyirdi ki, bizim müqaviləmiz olmayıb. Halbuki bizim 2006-cı ildən yanğın baş verənə -fəaliyyət göstərənə qədər 2013-cü ilə qədər rəhbərliyi ilə rəsmi müqaviləmiz olub ki,həmin müqavilə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq. “Karvan”ın rəhbəri öhdəliyi pozub.
Vəfadar Bağırov sanki qardaşları qoruyur və beləliklə cinayətin üstü ört-bastır edilir.Belə görünür ki,onların –bu qardaşların ölkənin idarəçiliyində nüfuzu böyükdür ki,onlara batmaq olmur.Biz düşünürük ki,görünür ki, Vəfadar Bağırovun “Karvan”ın rəhbəri ilə sıx əlaqəsi var,bu məsələdə onun marağı var.Baxmayaraq ki, Vəfadar Bağırov “Karvan” Ticarət Mərkəzinin sahiblərini tanımadığını deyir,bu inandırıcı deyil.Çünki Sumqayıt çox böyük şəhər deyil və burada “Karvan” Ticarət Mərkəzinin sahibini,digər tanınmış 5-6 altı iş adamı kimi hamı tanıyır.
Mayın 14-ü biz Prezident Administrasiyasına gedib Vəfadar Bağırovun qəbulunda olduq və onunla yenidən görüşdük onun dediyi müqaviləni də ona göstərdik və o dedi ki,başçı ilə danışmışam və başçı da deyib ki sizə köməklik oluncaq.Səhəri də Vəfadar Bağırova zəng etdik və o dedi ki,Zakir Fərəcovla şəxsən danışıb və o da deyib narahat olmayın onlara,yəni bizə köməklik olunacaq.
Mayın 15-i yenə getdik Sumqayıt İcra hakimiyyətinə və Fəzail Hüseynovla neçənci dəfə görüşdük .O Kamil Əhədova zəng edib bildirdi ki, bu məsələ öz həllini tapmalıdır,sahibkarlrı aldatmaq lazım deyil,onlar neçə vaxtdır gəlib-gedirlər.Məsələ 19-una qaldı.Guya Kamil Əhədov deyib ki,biz ödəməyə hazırıq,amma bizə vaxt verin.
Fəzail Hüseynov Kamili də, bizi də icra hakimiyyətinə görüşə dəvət etdi.
Səhəri Kamil Əhədov başa düşdük ki,gəlməyib.İcra hakimiyyətində isə bizə bildirilirdi ki,qarşı tərəf-yəni Karvanın şərikləri pulunuzu verməkdən imtina edir.
Mübariz Əhədov deyib ki,”mən onlara pul vermirəm gedib hara istəyirlər gedib şikayət etsinlər”.
Doğrudanmı dövlət Mübariz və Kamil Əhədov qardaşları qarşısında acizdir,ya onlar yüksək vəzifəli məmurlar himayədarlıq edir deyə biz illərdir öz halal pulumuzu ala bilmirik?!Amma bütün bunlara baxmayaraq biz geri çəkilmək niyyətində deyilik,bizə dəyən zərər ödənməyəcən bütün qanuni yollardan istifadə edib mübarizəmizi davam edəcəyik.Allahın köməkliyi ilə haqq-ədalət sonda öz yerini tapacaq və çox güman bizim şikayətlərimizi bloklyanlara və yerli məmurlara arxanalaraq bizə “gedib hara istəyirsiz şikayət etsinlər,vecimə də deyil” deyən ölkə qanunlarını tapdalayan “Karvan”ın sahibi -DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri polkovnik-leytenant Mübariz Əhədov kimilər öz cəzasına çatacaq”. Füzuli Quliyev-(055) 642 42 69
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?