Məlum olduğu kimi, 19 oktyabrda Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsilə əlaqədar yüzlərlə sahibkara əhatə dairəsi milyonlarla ölçülən maddi ziyan dəymişdir. Ən başlıcası isə həmin sahibkarlar yanğın nəticəsində illərlə işlədikləri və ailələri üçün çörək qazandıqları iş yerlərini itirmişlər. Yaranmış durumu nəzərə alaraq Sumqayıt şəhər rəhbərliyi və “Sumqayıt Ticarət Mərkəzi” ASC-in idarə heyyətinin sədri Zaman İsgəndərovun birgə təşəbbüsü ilə sözügedən Mərkəzin 3-cü mərtəbəsində zərərçəkmiş sahibkarların ixtiyarına pulsuz olaraq verilməsinə dair göstəriş verilmişdir. Bu barədə birlik.az saytına sözügedən ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sahibkarların nəzərinə! Artıq fəaliyyətinizi qismən də olsa, bərpa etmək üçün “Sumqayıt Ticarət Mərkəzi” ASC-in rəhbərliyinə müraciət edə bilərsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?