Fotoların Qazax Rayon Polis Şöbəsində çəkildiyi iddia edilib. İddia olunub ki, Elmir Axundov adlı vətəndaş Qazax Rayon Polis Şöbəsində işgəncə verildikdən sonra ölüb.
gundemxeber.az bildirir ki, Yeniavaz.com saytı məsələ ilə bağlı əvvəlcə Qazax Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbənin növbətçi hissəsinə zəngimizə cavab verən şəxs: "Siz artıq 30-cu adamsınız zəng edirsiniz. Adam Polis Şöbəsinə dəvət olunub, sadəcə olaraq burada ürəyi tutub, xəstəxanada keçinib. İndi buna hərə bir don geydirir, hərə bir şey yazır. Rayon Prokurorluğunda iş açılıb, xahiş edirəm, ora müraciət edin. Onlar sizə məlumat verəcək".
Qazax Rayon Prokurorluğundan isə bildirdilər ki, Baş Prokurorluqla əlaqə saxlayaq.
Baş Prokurorluqdan öncə Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Ehsan Zahidov: "Baş Prokurorluq bununla əlaqədar məlumat yayıb, zəhmət olmasa, həmin məlumatdan istifadə edin",-dedi.
E. Zahidovun dediklərinə əsaslanıb Baş Prokurorluğun saytında, xəbər saytlarında belə bir açıqlamaya rast gəlmədik.
Odur ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova zəng vurduq. Cavabı belə oldu: "Araşdırıb sizə deyərəm, bu nömrəyə özüm zəng vuraram".
Yenidən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova zəng vurub dedik ki, axı Baş Prokurorluğun bu hadisə ilə bağlı açıqlaması yoxdur?
Cavab belə oldu: "Mənə bir jurnalist dedi Eldar müəllim bildirib ki, araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək. Oldu, mən Eldar Sultanovla əlaqə saxlayaram".
Ehsan Zahidov növbəti sualımızı gözləmədən telefonu qapatdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?