Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasında özünü öldürüb
Biləsuvar rayon polis şöbəsində intihar hadisəsi baş verib. Polis şöbəsindən verilən məlumata görə, 3 gün öncə narkotik maddələrin qanunsuz saxlamasına görə həbs olunan Biləsuvar rayon sakini 1974–cü il təvəllüdlü Niyaməddin İsmayıl oğlu Rəsulov polis şöbəsindəki müvəqqəti saxlama təcridxanasında özünü asıb. Mərhumun uzun müddətdir ki, narkotik istifadəçisi də olduğu bildirilir. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?