Var yox söyüşü söyən Qazax Peşə Liseyinin direktoru Əhməd Əliyevin addımı kimlər üçünsə məğbul hesab edilə bilər.
Bu ölkədə 30 ilə yaxın peşə məktəbinə direktorluq edən, küllü miqdarda dövlət vəsaitini mənimsəyən, "gələcək nəslinə də" hər cür şərait yaradan bir məmur, onu bu səviyyədə qoruyanlar üçün hələ az deyib. Videoda səsləndiyi kimi, Əhməd Əliyev harınlamış direktor nümunəsidir. Hiss olunur ki, istər nazirlikdən, istər icra hakimiyyətindən, istərsə də peşə məktəbinə digər yerlərdən gələn əsaslı və əsassız yoxlamalar kişinin pulunu alıb, işi ilə maraqlanmadan yollarına düzəliblər. GundemXeber.Az-ın Təhsil nazirliyindən əldə etdiyi şifahi sorğuya görə, məktəbdə 160 nəfər tələbə təhsil alır. Direktorun videoda söyləməsinə görə, qəza vəziyyətində olan məktəbin həyətində uzağı 20 nəfər şagird gözə dəyir. Təqaüdləri yeyilən şagirdlər məktəbə nə üçün gəlməlidir ? Media üzərindən apardığımız araşdırmadan məlum olur ki, məktəbə 60 nəfər şagird qəbul edilib. Hər şagirdin valideyni qəbul üçün Əhməd Əliyevə və onun əlaltısı olan direktor müavininə 200-300 manat “tərləməli” olub. Bu da yalandır? “Şir ürəyi yemiş” məktəb direktoru söyüşlə nazirliyi söyüb, başçını da açıqca tənqid edirsə günahı kimdə axtarmaq lazımdır? Bir yerdə ki, nə təhsil, nə də uşaq yoxdursa nədən söhbət etməyə dəyər? Məktəbdə adı var, özü yox müəllimlər, məktəbdə digər sahə üzrə adlarını yazdırıb işə gəlməyənlər, neçə illərdi ki, Bakıda oturub kartı cibində olanlar haqqında da ölçü götürülməyin vaxtı çatıb. Qazax rayon icra hakimiyyəti bu barədə niyə düşünmür? “İcra hakimiyyətinin ünvanına deyilən “Bizi mələdir. Heç nəyə imkan vermir” kəlamları heç də sadə fikirlər deyil. Bu yuxarılara da ciddi siqnaldır. Bu gün Qazax Peşə Liseyində ciddi oyunlar gedir. Bu oyunların qabağında reaksiyasızlığın özü göstərir ki, məktəbin direktoru Əhməd Əliyev Qazaxdakı məmurları özünə havadar seçib. Əhməd Əliyev özü ağızından nalayiq söyüşlər çıxarırsa, onda onun təhsil verdiyi şagird nə kökdə olar? PS: Qazax Peşə liseyi haqqında daxil olan faktları dəqiqləşdirdikdən sonra mövzuya qayıdacağıq. Qarşı tərəfin də fikirini dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?