Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov da məhz vəzifəsindən sui-istifadə edən icra başçılarının siyahısında ön sıralarda gəlir. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.
Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb digər həmkarları kimi sonradan ikinci təhsil alaraq icra hakimi postuna yiyələnən Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib.
Narazı sakinlər bildirirlər ki Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir: "Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar".
Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir. Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Həmçinin rayonda bir neçə il bundan əvvəl və keçən il Narkomaniyaya qarşı Mübarizə İdarəsinin apardığı tədbirlər zamanı həbs olunan şəxslər icra başçısının yaxın qohumları çıxıb. Bütün bunlar sübut edir ki, İcra başçısı Arif Seyidov rayonda “bütün sahələri” nəzarətdə saxlaya bilir.
Narazı sakinlər yazırlar ki, onlar ölkə başçısından rayonlarına yeni rəhbərin təyin olunmasını xahiş edirlər: "Bizim artıq Seyidova səbr edəsi taqətimiz qalmayıb..."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?