GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar - ZAMİRƏNİN MALİKANƏSİ, BRİLYANTLARI VƏ ŞƏXSİ TƏYYARƏSİ...

Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar - ZAMİRƏNİN MALİKANƏSİ, BRİLYANTLARI VƏ ŞƏXSİ TƏYYARƏSİ...

Tarix: 8-10-2018, 13:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 500
Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar - ZAMİRƏNİN MALİKANƏSİ, BRİLYANTLARI VƏ ŞƏXSİ TƏYYARƏSİ...


Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunu ilk dəfə azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevə qarşı tətbiq ediblər.

Gundemxeber.Az Virtualaz.org-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl keçmiş sovet respublikalarından olan və iqtisadi cinayətlərə görə həbs edilən keçmiş iri bankirin arvadının Londondakı mülklərinin və digər aktivlərinin çirkli pulların yuyulmasına qarşı mübarizə qanun əsasında müsadirə ediləcəyi haqda Britaniya mətbuatı yazmışdı.

Lakin həmin vaxt həmin bankirin və arvadının adı açıqlanmırdı, bununla belə virtualaz.org bank çevrələrindən dəqiqləşdirmişdi ki, söhbət məhz bizim “Canikdən” və arvadı Zamirə Hacıyevadan gedir. Zamirə Hacıyeva ərinin həbsindən az əvvəl Azərbaycanı tərk edib və hazırda beynəlxalq axtarışdadır. Azərbaycan Beynəlxalq Bankından oğurlanan pulların bir qisminin Böyük Britaniyada Z.Hacıyeva tərəfindən müxtəlif aktivlərə yatırıldığı və banklarda saxlanıldığı məlum idi.

İndi “Banksta” adlı Telegram-kanal məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində əmlakı məhkəmə tərəfindən müsadirə edilən bankir arvadı məhz Zamirə Hacıyevadır. Məhkəmə onun Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Çünki məhkəmə prosesində Zamirənin vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır.

Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak obyekti alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, Zamirə Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: Zamirə 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, Hacıyeva əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

Məlumata görə Hacıyevanın nümunəsində həmin qanunun necə işlədiyini sınaqdan keçirməyi qərara alıblar. Növbəti qurbanlar isə daha məşhur adamlar-hazırda vəzifədə olan yüksək vəzifəlilər və məşhur oliqarxlar ola bilər. Həmin qanundan ehtiyat edərək bəzi rusiyalı oliqarxlar artıq Britaniyadakı aktivlərini satır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə , kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb. Bankın müflis olmaması üçün Azərbaycanın dövlət büdcəsindən milyardlarla manat xərclənib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zamirə Hacıyevanın London mülkləri müsadirə olunur

    Zamirə Hacıyevanın London mülkləri müsadirə olunur ...

    31-07-2018, 16:05

  • 
  • Sabiq nazirlərin Anarlarına bəd xəbər var

    Sabiq nazirlərin Anarlarına bəd xəbər var ...

    5-02-2018, 10:00

  • 
  • Cahangir Hacıyevi Londondan da vurmağa başladılar – mülklərinə həbs qoyulur

    Cahangir Hacıyevi Londondan da vurmağa başladılar ...

    1-08-2018, 11:43

  • 
  • Londonda 31 milyon dollarlıq malikanəsinə həbs qoyulan xarici oliqarx kimdir?!

    Londonda 31 milyon dollarlıq malikanəsinə həbs ...

    30-03-2018, 15:23

  • 
  • Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

    Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək ...

    13-08-2016, 10:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu