GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq nazirlərin Anarlarına bəd xəbər var

Sabiq nazirlərin Anarlarına bəd xəbər var

Tarix: 5-02-2018, 10:00 Bölmə :Cəmiyyət Baxış: 543
Sabiq nazirlərin Anarlarına bəd xəbər var

Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi.

Reyestrə Londonda offşor şirkətlərin vasitəsilə mülk və mənzillər alan oliqarxların, xarici hökumət məmurlarının ad və soyadları daxil edilib.

"Tayms” o zaman yazırdı ki, Londonun elit "The London City İsland2 yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki yeni istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Azərbaycan, Çin, Yaponiya, Zimbabve də daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

Bildirilir ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş hansısa offşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmurdu. Yeni qanuna isə Londonda dəbdəbəli mülklərin və mənzillərin sahibi olanlar öz kimliklərini gizlətməyi yasaqlayır.

Britaniya hakimiyyəti ötən həftə qüvvəyə minmiş və mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni qaydalar əsasında da oliqarxları hədəfə alacaq. Böyük Britaniya ərazisində dəbdəbəli həyat tərzi keçirən və korrupsiyada şübhəli sayılan zəngin xarici vətəndaşlar bu sərvətin mənbəyini əsaslandırmalı olacaqlar. Virtualaz.org yazıb ki, bu barədə Britaniyanın təhlükəsizlik naziri Ben Uolles "Tayms”a bildirib.

Məlumata görə, bu qaydalar Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir.

Bildirilir ki, bu yoxlamalar Rusiya, Çin və Yaxın Şərqdən olan investorlara tətbiq ediləcək. Söhbət Londonda daşınmaz əmlaka milyard dollar sərmayə qoyan oliqarxlardan gedir.

Ben Uolles qeyd edib ki, Rusiyadan xarici banklar, o cümlədən Britaniya bankları üzərindən on milyardlarla dollarlar xaricə çıxarılıb.

Britaniyanın mütəşəkkil cinayətkarlıq üzrə Milli agentliyinin məlumatına görə bu ölkə üzərindən hər il orta hesabla 127 milyard dollar "yuyulur”. Lakin agentlik bu rəqəmi də aşağı sayaraq ehtimal edir ki, Britaniya offşorları üzərindən yuyulan çirkli pulların məbləği bundan da çox ola bilər.

Adları korrupsiyada hallanan bəzi azərbaycanlı oliqarxların və iş adamlarının Londonda dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyi ("National Crime Agency”) 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda sabiq MTN şefi Eldar Mahmudov və oğlu Anar Mahmudovun, Beynəlxalq Bankın həbsdəki sabiq rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın adı vardı.

Ötən ilin yanvarında isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı "One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur.

Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, məhkəmənin hökmü ilə 15 il azadlıqdan mərhum edilən Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva barəsində isə istintaqdan yayınması haqda məhkəmə qərarı var.

Bu məhkəmə qərarından sonra isə məlum olmuşdu ki, Zamirə Hacıyeva on ildən artıqdır Britaniyada yaşayır və oranın vətəndaşıdır.|musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarxların London sirləri açılır

    Oliqarxların London sirləri açılır ...

    9-04-2017, 23:11

  • 
  • Mahmudovun oğlunun ortağı... offşordakı şirkətlər, London malikanələri

    Mahmudovun oğlunun ortağı... offşordakı ...

    1-04-2016, 00:02

  • 
  • Gülnarənin milyardlıq mülkləri üzə çıxdı: Londonda evlər, nəhəng şirkətlər...

    Gülnarənin milyardlıq mülkləri üzə çıxdı: ...

    3-12-2017, 20:47

  • 
  • LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO

    LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR ...

    17-05-2017, 20:51

  • 
  • Londonda bina uçub, xəsarət alan var

    Londonda bina uçub, xəsarət alan var ...

    20-04-2015, 23:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu