GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ana oğlunun təhsilinə xərclədiyi pulların it-bata düşdüyünü deyir-CAVABDEH KİMDİR?

Ana oğlunun təhsilinə xərclədiyi pulların it-bata düşdüyünü deyir-CAVABDEH KİMDİR?

Tarix: 15-10-2018, 14:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 373
Ana oğlunun təhsilinə xərclədiyi pulların it-bata düşdüyünü deyir-CAVABDEH KİMDİR?


Xaricdə təhsil vəd edən şirkətlərin apardığı imtahansız qəbulda ciddi problemlər yaşanır. Xüsusən də qardaş Türkiyədə təhsilə artan maraq bəzi “işbaz”lara “yaşıl işıq” yandırıb. Attestatla Türkiyədə “tələbə olan” abituriyentlər isə çox zaman onlara verilən vədlərin qurbanı olaraq vətənə təhsilsiz qayıtmalı olurlar. Bu məsələdə “çirkli biznes”ə rəvac verən “işbazlar” özlərini bütün hallarda haqlı durumda saxlamağa çalışırlar. Çünki, tərəflər arasında imzalanan müqavilələrin özlərində belə yanlışlıqlar olur.

Belə bir problemlə Beyləqan rayon sakini Şamama Hacızadə qarşılaşıb. Türkiyənin “Cümhuriyət” qəzetinə müraciət edən şikayətçi iddia edir ki, İstanbul Eyitim Mərkəzi tərəfindən oğlu Sərvan Hacızadənin Türkiyədəki universitetlərdən birinə attestatla qəbul vədi verilib. Bunun üçün valideyndən 1000 manat pul alınsa da, qəbulda problem yaranıb. Qəbul sadəcə olaraq kağız üzərində aparılıb və Mərkəz verdiyi vədlərin heç birinə əməl etməyib:

“Oğlum orta məktəbi normal oxuyub. Atası dünyasını dəyişib. Arzusu oğlunun xaricdə təhsil alması idi. Yaxın adamlardan biri dedi ki, Türkiyədə oxumaq üçün Bakıda xüsusi təhsil mərkəzləri var. Bu mərkəzlər abituriyenləri müəyyən hazırlıq kurslarından keçirərək, Türkiyəyə qəbul etdirir. Hazırlıq kursu keçmədən imtahansız oğlumu Kastamonu universitetinə qəbul etdirdilər. Vəd verildi ki, Türkiyəyə yerləşdirmək, yol və 3 ay müddətində türk dili ilə bağlı hazırlıq kursu xərcləri İstanbul Eyitim Mərkəzi tərəfindən qarşılanacaq. Bunun üçün ilkin olaraq 1000 manat verdim. Heç bir müqavilə filan imzalanmayıb. Sadəcə, ödədiyim məbləğin qəbzi verilib”.

Qadının sözlərinə görə İstanbul Eyitim Mərkəzi tərəfindən verilən vədlərin heç biri yerinə yetirilməyib. Bu azmış kimi 3 gün sonra universitetdən oğluna bildirilib ki, qəbul olunmayıb, vətəninə dönsün:

“Yol, Türkiyədə yerləşmək və digər xərclərin hamısını özümüz çəkdik. Oğlum türk dilini təhsil səviyyəsində bilmir. Bunun üçün hazırlıq kursuna getməlidir. Kursa getməmiş isə universitet türk dilindən imtahan keçirib, o isə keçə bilməyib. İndi havada qalıb. Nə universitetə qəbul olunduğu bəllidir, nə də əksinə... Halbuki İstanbul Eyitim Mərkəzi həmin hazırlıq kursunun ödənişini boynuna götürmüşdü. Onu da deyim ki, tək oğlum deyil, həmin universitetə daxil olan 42 azərbaycanlı abituriyent də qəbul olunmadıqları üçün vətənə göndərilir. Anlamıram, buradan deyirlər ki, oğlunuz qəbul olub, sadəcə imtahan verməlidir ki, təhsilə başlasın. Universitet isə artıq bütün sənədləri oğluma qaytarıb ki, Azərbaycana dönsün”.

Məsələ ilə bağlı İstanbul Eyitim Mərkəzinin mövqeyini öyrəndik. Mərkəzin rəsmisi Afət adlı xanım açıqlama vermək istəməsə də, vəziyyəti belə izah edib:

“Bizim mərkəzin işi abituriyentləri Türkiyə universitetlərinə yerləşdirməkdir. Şərtlər müqavilədə göstərilib. Aldığımız 1000 manat da bu xidmətə görədir. Sonrakı məsələlərə cavabdeh deyilik. Sərvan Hacızadə də qəbul olub, sadəcə, imtahandan kəsilib. Bu isə bizim problem deyil. Tələbə qəbul olunduğu universitetdə avaralıq edəcəksə, imtahandan keçməyəcəksə, yaxud başqa problemlər baş verəcəksə, bunun məsuliyyətini biz çəkmirik. Sərvan Hacızadənin orada bir neçə dəfə Türk dilindən imtahan vermək şansı var. Yəni 3, 6 və ya 1 il hazırlıq kursu keçib, imtahan verib, sonra universitetin tələbəsi ola bilər”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Attestatla xarici universitetlərə qəbul olanlara BƏD XƏBƏR

    Attestatla xarici universitetlərə qəbul olanlara ...

    11-08-2016, 00:30

  • 
  • Azərbaycandan hər il daha çoxsaylı gənc Türkiyəyə universitetlərinə üz tutur-MÜSAHİBƏ

    Azərbaycandan hər il daha çoxsaylı gənc Türkiyəyə ...

    8-05-2018, 14:30

  • 
  • İmtahanda “2“ alan şagird qəbulda 559 bal topladı

    İmtahanda “2“ alan şagird qəbulda 559 bal topladı ...

    27-08-2013, 11:46

  • 
  • Bu il 49 abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə imtahansız qəbul olunacaq

    Bu il 49 abituriyent ali və orta ixtisas təhsili ...

    2-07-2013, 16:47

  • 
  • Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir"

    Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə ...

    23-08-2017, 18:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu