GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycandan hər il daha çoxsaylı gənc Türkiyəyə universitetlərinə üz tutur-MÜSAHİBƏ

Azərbaycandan hər il daha çoxsaylı gənc Türkiyəyə universitetlərinə üz tutur-MÜSAHİBƏ

Tarix: 8-05-2018, 14:30 Bölmə :Müsahibə Baxış: 345
Azərbaycandan hər il daha çoxsaylı gənc Türkiyəyə universitetlərinə üz tutur-MÜSAHİBƏ


Demək olar ki, Azərbaycandan bu ölkənin ali məktəblərinə tələbə axını hər il güclənir. Hətta bəzi məktəb məzunları ümumiyyətlə yerli ali məktəblərə qəbul üçün müraciət etmir, Türkiyə universitetlərinə daxil olmağı hədəf seçirlər. Daha çox gəncimiz isə Türkiyə universitetlərinin tibb və mühəndisslik fakultələrinə maraq göstərir.

Bu mövzuda “"Bilik” Tədris Mərkəzinin rəhbəri Rövşən Əbdülhəsənova müsahibəni təqqdim edirik.

- Rövşən bəy, Azərbaycan ali məktəblərinə qəbullar başlamasa da, böyük bir qəbul həyəcanı yaşanır. Bəlkə kimlərsə bilmir, amma bizim gənclərin də böyük maraq göstərdiyi xarici tələbələr üçün Türkiyə ali məktəblərinə qəbul imtahanları artıq bir aydır başlayıb. YÖS sınavı deyilir buna - nədir YÖS? Nə deməkdir bu söz?

- Bəli, doğrudur. YÖS imtahanları artıq aprel ayının əvvəlindən etibarən başlayıb. YÖS - Yabancı Öğrenci Sınavı deməkdir. Türkiyə universitetlərinin xarici tələbələr üçün keçirdiyi qəbul imtahanıdır.

- Necə keçirilir YÖS? Qaydası, məzmunu necədir?

- YÖS imtahanında iştirak etmək üçün tələbə ilk öncə seçdiyi universitetə qeydiyyatdan keçməlidir. Daha sonra həmin universitetin buraxılış vərəqini əldə edib imtahanda iştirak edə bilər. İmtahan məntiq, riyaziyyat - matamatik, həndəsə - geometri fənləri sualları əsasında keçirilir. İmtahan müddəti və sual sayı universitetə görə dəyişir. Düşünüldüyü qədər ağır imtahan deyil.

- Hər bir universitet ayrımı keçirir YÖS imtahanını?

- Bəli, universitetlər hər biri öz imtahanını təşkil edir, ancaq YÖS imtahanı keçirməyən universitetlər də var. Həmin universitetlər YÖS imtahanı keçirən universitetlərin nəticəsini tanıyaraq, tələbəni öz universitetinə qəbul edir.

- Harada keçirilir? Doğrudanmı, Türkiyəyə getmədən YÖS imtahanı vermək olar?

- Artıq əksər universitetlər YÖS imtahanlarını Azərbaycanda, Bakı şəhərində keçirirlər, bəzi imtahanlar həm də Gəncədə və Naxçıvanda da ola bilir. Tələbələr Türkiyəyə getmədən burada həmin imtahanlarda iştirak edə bilərlər. Təbii ki, YÖS sınavını yalnız Türkiyədə keçirən universitetlər də var, onlar isə elə də çox deyil.

- Türkiyədə oxumağa maraq böyükdürmü? Çoxmu gənclər gedir oxumağa? Bunun başlıca səbəbi nədir?

- Son 3-4 ildə Türkiyədə təhsilə maraq daha da böyükdür. Bunu müraciət edən tələbə sayından bariz görmək olar. Əsas amil təbii ki, həm dil, həm də mədəniyyət baxımından yaxınlığın olmasıdır. Bu səbəbdən də təhsil almaq daha rahatdır. Təhsilin keyfiyyəti yüksəkdir, universitetlər dünyaya inteqrasiya olunur. Gözəl təhsil mühitləri, şəraitləri var. İllik təhsil haqqı da digər xarici ölkələrlə müqayisədə olduqca münasibdir.

- Bəzən təhsilhaqqının çox az olduğunu deyirlər? Bu doğrudurmu? Nə qədərdir?

- Bəli, elədir. Türkiyə dövlət universitetlərinin illik təhsil haqqı 200-1200 dollar arasında dəyişir. Bu rəqəm təbii ki, xaricdə təhsil almaq istəyənlər üçün çox uyğundur. Özəl universitetlərin təhsil haqqı isə 4000 dollardan başlayır.

- Gənclər hansı ali məktəblərə və hansı ixtisaslara üz tuturlar?

- İlk baxışdan elə görünə bilər ki, bizim gənclər yalnız TOP universitetlərə, yəni məşhurlara üz tuturlar. Təbii ki, tanınmış universitetlərə seçim daha çoxdur. İstanbul, İstanbul Texnik, Hacettepe, Boğaziçi, Ankara, Qazi, Ege, Marmara, ODTU, Gülhanə Tibb Akademiyasını bünyəsinə alan Sağlık Bilimləri Universiteti, Yıldız Texnik və digərləri öndə gedir. Amma Türkiyənin bölgələrində də yüksək səviyyəli köklü ali məktəblər var, heç nə ilə geridə qalmırlar. Çukurova, Uludağ, 19 Mayıs, Atatürk Ərzurum, Ərciyez, Sakarya universiterlərinə də gedənlər az deyil. Hətta adını sadalamadığım istənilən ildəki universitetə gedənlər var. Bəlkə də daha çox. Çünki təhsil keyfiyyətlidir, əksinə bölgələrdə yaşam xərcləri daha azdır. İxtisaslara gəldikdə, ən çox tibb fakültəsinə üz tuturlar və təbii ki, mühəndislik fakültələrinə. Hətta mən danışdıqca, hesablarımı yenidən saf-çürük edirəm, görürəm ki, bütün ixtisaslara qədərincə üz tutanlar var.

- Bəzi valideynlər və gənclər üçün maraqlıdır, bəlli universitetlər YÖS imtahanı keçirib qəbul edirlər xarici tələbələri, bəs YÖS imtahanı keçirməyənlərə də qəbul olmaq mümkündürmü?

- YÖS imtahanı keçirməyən universitetlər əgər attestatla qəbul elan ediblərsə, o zaman həmin universitetlərə tələbələri imtahansız göndərmək mümkündür.

- Başqa hansı sertifikatlarla daxil olmaq mümkündür Türkiyədəki ali məktəblərə?

- Əgər tələbənin YÖS nəticəsi yoxdursa, o zaman DİM-in keçirdiyi qəbul imtahanından topladığı balla da universitetə müraciət etmək olar.

- Attestatla qəbul varmı? Bəzən belə elanlar olur...

- Bəli, var. Bu YÖS imtahanı keçirməyən və attestatla qəbul elan edən universitetlər üçün keçərlidir. Amma əksər universitetlər YÖS imtahanı nəticəsinə görə müsabiqə yolu ilə qəbul həyata keçirir.

- Valideynlərə və gənclər Türkiyədə oxumağa dair hansı məsələlərlə bağlı müraciət edə bilərlər? Hansı yolla sizi tapa bilərlər?

-Azərbaycanda Türkiyə təhsili ilə bağlı fəaliyyət göstərən mərkəzlər var. Rəhbərlik etdiyim "Bilik” Tədris Mərkəzinin də 10 illik təcrübəsi var. Çox sayda gəncə tələbə adı qazanmaqda yardımçı olmuşuq. Heç bir fırıldağımız, əyri işimiz yoxdur, Hətta iki böyük universitetin rəsmi təmsilçiyik, özüm də Türkiyədə təhsil almışam, işimizi bilirik. Biz kiməsə yol göstərməyə, iş düzüb qoşmağa görə haqq almırıq. Əsas işimiz ixtisaslasmis müəllimlər tərəfindən abituriyentləri YÖS və SAT imtahanına hazırlamaq, doğru universitet seçimində istiqamətləndirməkdir. Əgər universitetə imtahan tələbi yoxdursa, o zaman tələbələri Türkiyəyə imtahansız, yalnız attestatla bakalavr, diplomla magistratura oxumağa göndəririk.

- Valideynlər və məzunlar pulsuz məsləhət ala bilirlərmi?

- Əlbəttə, valideyn və tələbələr "Bilik” Tədris Mərkəzinə xaricdə təhsillə bağlı onları maraqlandıran istənilən sualla müraciət edə bilərlər. Bu sahədə hərtərəfli köməklik göstərilir, onlara geniş informasiya verilir. Mərkəz təkcə Türkiyə universitetlərinə deyil, Azərbaycan universitetlərinə abituriyent hazırlığı üzrə fəaliyyət göstərir. Onu da bildirim ki, "Bilik” Tədris Mərkəzi 2018-2019 tədris ili üçün kursa tələbə qəbulunu elan edib. İstər YÖS proqramı, istərsə də Azərbaycan universitetlərinə qəbul proqramı üzrə hazırlaşmaq istəyən abituriyentlər iyun ayına qədər qeydiyyata düşsələr, tədris mərkəzinin təklif etdiyi güzəştlərdən yararlana bilərlər. Reklam üçün demirəm, bilirəm ki, çoxlarının sualları var, bizə müraciət etmək istəyə bilərlər. Bizə www.bilik.edu.az veb səhifəmizə yazmaqla, ünvanlarımıza yaxınlaşmaqla və ya əlaqə nömrələrinə zəng vurmaqla müraciət edə bilərlər. Bakıda, Gəncədə, Sumqayıtda fəaliyyət göstəririk. Əgər sizə münasibdirsə, yalnız oxucuların marağı naminə ünvanlarımızı da yaza bilərsiniz:

- Hazırdan universitetlərə imtahanlar davam edirmi? Qəbul prosesi dayanmayıb ki?

- Xeyr, qəbul prosesi oktyabr ayına qədər uzanır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 36 381 nəfər tələbə adını qazanıb

    36 381 nəfər tələbə adını qazanıb ...

    14-08-2017, 11:18

  • 
  • Türkiyədə Gülən məktəblərinə qarşı ilk sərt addım atıldı

    Türkiyədə Gülən məktəblərinə qarşı ilk sərt addım ...

    6-04-2014, 14:29

  • 
  • “Camaat məktəblərinə bir zərbə də Əliyevdən” – Türkiyə mediası

    “Camaat məktəblərinə bir zərbə də Əliyevdən” – ...

    5-04-2014, 13:47

  • 
  • Ali məktəblərə YENİ QƏBUL QAYDALARI təsdiqləndi

    Ali məktəblərə YENİ QƏBUL QAYDALARI təsdiqləndi ...

    13-06-2017, 15:50

  • 
  • Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI

    Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI ...

    14-03-2016, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu