Dünən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən və “Məmmədoğlular” adı ilə tanınan avtomobillərin təmiri müəssisəsində təmirə dayandırılmış avtomobilləri, Binəqədi rayon Yol Polisinin şöbəsinin əməkdaşları ərazi üzrə cərimə meydançasına aparırlar.
Problemin kökündə, yol polisi əməkdaşlarının obyekti yeni “tasa otuzdurmaq” istəmələri durur. Belə ki, “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə sabiq rəisin zamanında, adı çəkilən müəssisənin hər “boks”undan aylıq 20 AZN haqq alınırmış.
YP-i şöbəsinə yeni rəisin təyin olunması, deyəsən rayonun ərazisinə yeni-ab-hava və sürücüləri “tasa otuzdurmağın” yeni qaydasını da gətirib. Çünki, daxil olan məlumatlarda o da qeyd olunur ki, yol polisi əməkdaşları belə bir addımlarını atarkən, dərhal avtomobillərin təmiri ilə məşğul olan şəxslər, avtomobil sahiblərini baş verənlərlə məlumatlandırırlar.
Buna baxmayaraq, avtomobil sahibləri “Məmmədoğlular” təmiri müəssisəsinə gələnə kimi iş-işdən keçir. Yəni, onlara məxsus avtomobillər cərimə meydançasına yerləşdirilir. Sürücülərin qarşısında “Hər kəs 50 AZN verməlidir” deyə şərtini qoyan yeni rəis, hələ ki, israrından dönmək fikirində olmadığı bildirilir.
Onu da bildirək ki, “Məmmədoğlular” adı ilə tanınan avtomobillərin təmiri müəssisəsinin “ANS” Şirkətlər Qrupunun sabiq vitse-prezidenti, tanınmış jurnalist, hal-hazırda isə “REAL TV”-nin baş direktoru Mirşahin Ağayevə məxsus olduğu bildirilir. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?