Bakıda yol polisi inanılmaz hərəkət edib. O, motosikleti cərimə meydançasına taksi ilə aparmağa cəhd göstərib.
gundemxeber.az saytı xəbər verir ki, bu səhnəni əks etdirən fotoşəkil sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, insident bu gün baş verib. Yol polisi hərəkətin intensiv olduğu küçədə motosikleti saxlayıb və gənc oğlanla qızı motosikletdən düşürüb.
Onların arasında mübahisə yaranıb. Bundan sonra yol polisi əməkdaşı motosikleti cərimə meydançasına aparmağa qərar verib. Lakin nəqliyyat vasitəsini ora aparmağa üsul tapmayıb. Belə olanda yol polisinin ağlına yalnız bu gəlib ki, bir taksi saxlayıb motosikleti taksi ilə aparsın. Və belə də edib. Yol polisi motosikleti onlarla şahidin gözü qabağında “London taksisi”nə mindirərək cərimə meydançasına aparıb.
Sorğu
Yeni dizaynımız necədir?