GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO

ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO

Tarix: 22-10-2018, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 513
ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO


Dövlətin elan etdiyi ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişaf strategiyası ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatların rasional istifadəsi və bərpası, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirib.

Sözügedən istiqamətdə son illər həyata keçirilən çoxsaylı ekoloji layihələr də bunu aydın göstərir. Amma təəssüf ki, ekologiyaya ziyan vuran hallara rast gəlinir. Qeyri-neft iqtisadiyatı dönəmində dövlət tikinti sektorunun inkişafına kompleks yanaşır və mövcud reallıqlar da dediklərimizi təsdiqləyir. Artıq tikinti materiallarının əksəriyyəti yerli istehsal hesabına ödənilir. Bunun da təxminən 80 %-dən çoxu özəl sektorun payına düşür. Bu sahədə yerli şirkətlərin sayı son 15 ildə üç dəfəyədək artıb.

ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO

,qum, çınqıl kimi tikinti materiallarına tələbatı demək olar ki, bütünlüklə yerli müəssisələr, sahibkarlar ödəyirlər. Lakin bəzi hallarda sözügədən sahədə istehsal prosesi ekoloji tələblərə cavab vermir. Əlbəttə, sözügedən karxanalar ekoloji tələbləri pozduğundan atmosferə ciddi ziyan vurur, torpağın münbit qatı dağıdılır, çayların təbii yataqları məhv edilir. Bütün bunlar isə fəsadsız ötüşmür, nəticədə ekoloji tarazılığa və sonda hər birimizin həyatına mənfi təsirini göstərir. Məlum olduğu kimi, bu yay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilmişdir.

ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO

“Göyçay qum-çınqıl” yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanmış cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Qeyd edilən iş üzrə aparılmış istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edilmiş, cinayət işləri açılmışdır. Həmin cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilmişdir.

ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO

Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Hazırda respublikanın digər bölgələrində bu sahədə yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqı aparılan digər cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Müşahidələrimiz və yerlərdəki informatorlarımızdan aldığımız məlumata görə, fəaliyyətində qanun pozuntularının və ekologiyaya ziyan vuran neqativ halların yer aldığı karxanaların bir çoxu Quba rayonu ərazisində yerləşir. Heç kəsə sirr deyil ki, həmin karxanaların monopolisti məhz Quba rayonunun hazırki İcra Hakimiyyəti başçısı, əslən Qərbi Azərbaycandan olan Ziyəddin Əliyevdir.

ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO


Bildirilir ki, o, hələ vaxtilə Abşerondakı 2 saylı Yol Təmir Tikinti İdarəsində rəis işləyəndə uzaqgörənliklə gələcəyinin tədarükünü görüb, Qubadakı «karyer biznesi»ni qurub, rayonda 3 karxana, 1 zavod işə salıb. Qubada olarkən həmin müəssisələri görməyə müvəffəq olduq və yuxarıda sadalanan neqativ halların hamısına rast gəldik. Ziyəddin Əliyev İcra Hakimiyyətinə ayrılan dövlət vəsaitini də Güloğlan adlı yaxın adamının idarə etdiyi, məhz özünə məxsus həmin müəssisələrə yönəldir.
Qarşı tərəfin də mövqeyini bildirmək haqqını tanıyırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvanda yeni sənaye kompleksi yaradılır

    Naxçıvanda yeni sənaye kompleksi yaradılır ...

    22-11-2015, 14:05

  • 
  • Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac kəsən şəxslər həbs ediliblər

    Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac ...

    25-07-2017, 18:13

  • 
  • ABŞ səfiri bu dəfə Hüseyn Bağırovla danışıq apardı

    ABŞ səfiri bu dəfə Hüseyn Bağırovla danışıq apardı ...

    10-07-2015, 12:29

  • 
  • Bakının baş planı təsdiq olundu

    Bakının baş planı təsdiq olundu ...

    9-12-2013, 11:10

  • 
  • Azərbaycanda avtomobil sahibləri vergi verəcək

    Azərbaycanda avtomobil sahibləri vergi verəcək ...

    2-08-2013, 18:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu