Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sürücülər tərəfindən birmənalı qəbul olunmayacaq təkliflə çıxış edib
Azərbaycanda istismar olunan avtomobillərə görə əmlak vergisi tətbiq oluna bilər. Belə ki, Bakıda atmosferə atılan zərərli tullantıların 70%-i məhz avtomobil nəqliyyatının payına düşür. Bu təkliflə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çıxış edib.
Komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev hesab edir ki, insanlar daha sağlam həyat tərzinə keçməlidir: «Biz sağlam ekoloji mühit yaratmaq məqsədilə şəhərin mərkəzindəki ekoloji cəhətdən sərfəli olmayan bir çox obyektlərin şəhərdən çıxarılmasını təklif etmişik. Mərkəzdə ancaq ekoloji cəhətdən daha faydalı obyektlər qalmalıdır».
Qeyd edək ki, «Böyük Bakının Regional İnkişaf Planı» əsasında Bakı şəhərinin mərkəzində yol şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulur. Layihəni hazırlayan mütəxəssislər yol şəbəkəsinin təxminən 30% genişləndirilməsini mümkün sayırlar. Bu, həm yolların uzunluğu, həm də eninin artırılması hesabına həyata keçirilə bilər.
C.Qocayev gələcəkdə ölkədə daha ekoloji zərərsiz nəqliyyatın istismarının da təklif olunduğunu vurğulayıb və Azərbaycanda günəş batareyası ilə işləyən avtobuslardan istifadə olunacağı istisna edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?