GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 min manatını qaytarmır

Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 min manatını qaytarmır

Tarix: 25-10-2018, 11:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 675
Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 min manatını qaytarmır


Bakı şəhər sakini İlqar Əliyev bu günlərdə redaksiyamıza şikayətlə müraciət edib.

GundemXeber.Az xəbər verir ki, şikayətçi bildirib ki, deputat Əsabil Qasımovun qardaşı, “A-Trans Motors” MMC-nin direktoru Vüqar Qasımov onun 49 min 20 manatını qanunsuz şəkildə mənimsəyib: “2012-ci ilin avqust ayında ”A-Trans Motors" MMC-dən alqı-satqı müqaviləsi əsasında kreditlə dəyəri 67 min manat olan “SHAQMAN” yük maşını almışdım. Həmin ilin avqust ayında şirkətə 26 min manat ilkin ödəniş edib, daha sonra hissə-hissə 49 min 20 manat pul vermişəm. Müqavilənin şərtinə əsasən, tam məbləğ ödəndikdən sonra avtomobil mənim adına keçməli olsa da, şirkət müqavilənin şərtlərini kobud şəkildə pozaraq avtomobili zorla mənim əlindən aldı və ödədiyim 49 min 20 manat pulu geri qaytarmaqdan imtina etdi. Şirkətin icraçı direktoru Üzeyir Tağıyev mənə dedi ki, Vüqar Qasımov ona bildirib ki, 12 min manat verdikdən sonra avtomobil 10 gün müddətində mənim adıma qeydiyyata salınaraq veriləcək. Mən də öz evimi dəyərindən ucuz sataraq bu məbləği düzəldib Üzeyir Tağıyevə verdim. Amma onlar bu məbləği məndən nağd alıb qəbz vermədilər. Bundan sonra məni 7 ay süründürərək sonda bildirdilər ki, Vüqar Qasımov avtomobili mənim adıma qeydiyyata salmağa razı deyil".

Şikayətçinin sözlərinə görə, bundan sonra şirkət hissə-hissə 4 ay müddətinə 12 min manatı geri qaytarıb, lakin əvvəl ödənilən 49 min 20 manat geri qaytarılmayıb, dəyərini ödədiyi yük maşınını sataraq mənimsəyiblər. İlqar Əliyev onu da bildirib ki, dəfələrlə deputat Əsabil Qasımov və qardaşı Vüqar Qasımovla görüşməyə çalışsa da, heç bir nəticə əldə edə bilməyib: “Nəhayət, 2016-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə məni zərərçəkmiş kimi tanıyaraq pulun qeydiyyata salınmış hissəsini, 45 min 420 manatın ”A-Trans Motors" MMC tərəfindən geri qaytarılması barədə qərar çıxartdı. Lakin qarşı tərəf Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək qərarı öz xeyirlərinə ləğv etdirməyə nail olublar".

Şikayətçi İlqar Əliyev qanunsuz yolla mənimsənilən pulunun geri qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib: “Bütün aidiyyəti orqanlardan xahiş edirəm, bu məsələnin ədalətli həlli üçün mənə köməklik göstərilsin”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı kimi qarşı tərəfin, o cümlədən Əsabil Qasımov və Vüqar Qasımovun da rəyini öyrənməyə çalışdıq. Lakin dəfələrlə əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Onu da xatırladaq ki, bundan əvvəl də deputatın qardaşı Vüqar Qasımovun adı müxtəlif dələduzluq ittihamlarında hallanıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İş adamı deputat Əsabil Qasımovu ifşa edən faktlar ortaya qoydu-FOTO

    İş adamı deputat Əsabil Qasımovu ifşa edən ...

    9-10-2018, 12:54

  • 
  • "Narıncı Mebel" MMC-dən ŞOK FIRILDAQ: - 9 min manat pul alıb ALDATDILAR

    "Narıncı Mebel" MMC-dən ŞOK FIRILDAQ: - ...

    4-06-2018, 13:55

  • 
  • Bakıda şirkət əməkdaşı 37 min manatı mənimsəyib

    Bakıda şirkət əməkdaşı 37 min manatı mənimsəyib ...

    28-01-2014, 21:45

  • 
  • Azərbaycan şirkəti  108 min manat uduzdu

    Azərbaycan şirkəti 108 min manat uduzdu ...

    9-12-2013, 12:35

  • 
  • Rektorun arvadını döyüb, 80 min manatını oğurlayanların cəzası azalmadı

    Rektorun arvadını döyüb, 80 min manatını ...

    2-02-2018, 11:46


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu