Bakıda tektorun arvadını döyüb 80 min manaylıq oğurluq edənlər aldıqlatı cəzadan narazı qalıblar.
Azərbaycan Dövlət Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın edərək arvadı Zəridə Yunusovanın əl-qolunu bağlayaraq döyməkdə və evdən 65 min manat pul və 15 min manatlıq qızıl aparmaqda təqdirləndirilən şəxslərin çikayəti əsasında məhkəmə iclası keçirilib Onlar Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadədir. Təqsirləndirilən şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsində hakimi Sahibxan Mirzeyevin sədrliyi ilə baxılıb. Təqdirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi üçün verdikləri apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, hadisə 2016-cı il may ayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb. Hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, C. Hümbətov isə 10 il 6 ay, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər./musavat
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?