GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…

Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…

Tarix: 1-11-2018, 15:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 372
Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…


“O, həmin vaxt qızımın əynində olan qara rəngli qısaqol köynəyini cırır, şalvarını və alt paltarını çıxarır, sonra isə öz şalvarını və tumanını dizinə qədər çəkərək onunla cinsi əlaqədə olur”

Bir neçə gün bundan öncə Bakı şəhəri, Yasamal rayonu, Ş.Əsgərov küçəsində yaşayan Arzu Həbibova adlı xanım “Gündəm Xəbər” redaksiyasına müraciət ünvanlamışdı. Adı çəkilən xanım yazmış olduğu müraciətində qeyd edir ki, “Qızım Aygül (ad şərtidir) 2016-cı ilin 26 dekabr günü Babayev Hikmət Mirzəli oğlu tərəfindən yaşadığımız mənzildə zorlanır.

Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…


Yuxarıda qeyd olunan ünvanda həyat yoldaşım Baləddin Həbibov, qızım Rəhimə Həbibova, 4 yaşlı nəvəm Rəsul Məmmədov və mən birlikdə yaşayırıq. 2013-cü ildə qızım Aygül Məmmədov Azər Aydın oğlu ilə ailə həyatı qurdu və onların birgə nikahdan bir oğul övladları dünyaya gəldi. Bir qədər vaxt keçdikdən sonra xasiyyətləri üstüsə düşmədi və təxminən 3 (üç) il bundan əvvəl, məhkəmənin qərarı ilə ayrılmalı oldular. Həmin vaxtdan da, qızım Aygül bizimlə birlikdə yaşayır. Mən 64 saylı tam orta məktəbdə müəllimə işləsəm də, həyat yoldaşım heç bir yerdə işləmir və çox vaxt da evdə olur.

Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…


Təxminən 2016-cı ilin əvəllərində Nahid adlı şəxs Türkiyə Respublikasından mal gətirmək adı ilə məndən 4000 (dörd min) manat məbləğində pul aldı və bir xeyli vaxt keçdikdən sonra o, həmin pulu danıb geri qaytarmaqdan imtına edir. Belə bir olayla üz-üzə qaldığımızdan, əvvəllər tanıdığımız Mahir adlı şəxsin vasitəsilə Hikmət adlı bir şəxslə tanış olduq və o, həmin pulun Nahiddən alıb geri qaytaracağına söz verdi. Biz ona etibar etdik və bu işə razı olduğumuzu da bildirdik. Bir qədər vaxt keçdikdən sonra məlum oldu ki, Hikmət Nahidin bizə verməli olduğu pulun 2000 (iki min) manatını ondan alıb xərcləmişdir.
Belə bir məlumatı tam dəqiqləşdirdikdən sonra, Hikmətdən pullarımızı tələb etdik. O, ilk əvvəl pulu almasını boynuna almasa da, sonradan həmin pulu xərclədiyini bildirdi və hissə-hissə qaytaracağına da söz verdi. Hikmət 2016-cı ilin sonlarından başqayaraq Nahiddən aldığı pulun əvvəlcə 300 manatını, bir qədər vaxt keçdikdən sonra isə 200 manatını bizə qaytardı. 26 dekabr 2016-cı il tarixdə qızım Aygül evdə olduğu zaman ona zəng etdim və Hikmətin bizə gələcəyini, həmçinin 400 manat pul verəcəyini də bildirdim. Həmin vaxt bizim evdə qızım Aygül və onun azyaşlı övladı Rəsuldan savayı bir kimsə olmayıb. Təxminən saat 10-11 radələrində evimizin qapısı döyülür, qızım qapını açarkən Hikmətin bizə gəldiyini görür.

Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…


O, əvvəllər bir neçə dəfə bizdə olmuş və həyat yoldaşım Baləddin Həbibovla və mənimlə pul barədə söhbətlər də etmişdi. Hikmət qızımla salamlaşıb içəri daxil olduqdan sonra, qonaq otağındakı divanda əvləşir və çay gətirməsini də xahiş edir. O, çayı içdikdən sonra ayağa qalxıb çöl qapısına tərəf gedir və həmin qapı ilə üzbəüz yataq otağına daxil olduqdan sonra, qızım Aygülə də həmin otağa daxil olmasını tələb edir. O, otağa daxil olan kimi Hikmət onun qolundan bərk tutub çarpayıya uzadır və Aygüllə cinsi əlaqədə olmaq istədiyini ona bildirir. Elə ki, həmin an qızım etiraz edir, o halda o, həm onu, həm də oğlu Rəsulu öldürəcəyi ilə hədələyir və bu barədə kiməsə nəsə danışmamağı da tapşırır. Həmin vaxt Hikmət qızımın əynində olan qara rəngli qısaqol köynəyini cırır, şalvarını və alt paltarını çıxarır, sonra da öz şalvarını və tumanını dizinə qədər çəkərək, onunla cinsi əlaqədə olur. Hikmət Aygüllə cinsi əlaqədə olan zaman əllərini tutub sıxdığından, o, ona heç cür müqavimət göstərə bilmir. Təxminən 3-4 dəqiqə cinsi əlaqədə olduqdan sonra Hikmət şalvarını çəkir və gətirdiyi 400 manat pulu Aygülə verdikdən sonra çıxıb gedir.

Azyaşlı oğul anasının zorakılığa məruz qalması faktı “Gündəm Xəbər”də…

Adı çəkilən bu şəxs qapıdan çıxan zaman ondan şikayət ediləcəyi təqdirdə, qızımı və onun oğlunu öldürəcəyi ilə də hədələyir. Həmin vaxtlarda Aygül həyacanlı olduğundan, bu şəxsin hərəkətləri ilə bağlı kiməsə nəsə danışmağa ehtiyat edir. Təqribən 3-4 aydan sonra bu sirri açıb olduğu kimi mənə danışdı. O halda biz Hikmət Babayevin əməlləri ilə bağlı Qaradağ RPİ-nin 10-cu polis bölməsinə şikayət ərizəsi yazdıq. Onu da bildirim ki, həmin vaxta kimi qızımın heç vaxt onunla hər hansı münasibəti olmayıb. Yalnız onu bir neçə dəfə bizə gələrkən bizimlə birlikdə görmüşdü. Hikmət cinsi əlqədə olan zaman Aygülə qarşı heç bir zor tətbiq etmir, sadəcə olaraq onun biləklərindən tutub bərk sıxır və bundan sonra onunla cinsi əlaqədə olur. O, həmin vaxt qızıma ciddi xəsarət yetirməsə də, yalnız onun köynəyini dartıb cırır. Köynəyi yararsız hala düşdüyündən, Aygül onu zibilliyə tullamalı olur. Hikmət qızımı zorlayan zaman o, qorxusundan bir kimsəni köməyə çağırmır, qaçmağa da cəhd göstərmir. Çünki o, onu və oğlunu öldürəcəyi ilə hədələyir, ona görə də polisə də məlumat verməyə ehtiyat edir. Yalnız o, 3 (üç) aydan sonra baş verənlər haqda mənə hər şeyi olduğu kimi danışdı. Onu da bildirim ki, hadisənin baş verməsindən xeyli vaxt keçdiyindən, Aygülün bədənində olub-qalan müəyyən xəsarət izləri sağalmışdı. Belə bir səbəb üzündən də, o, məhkəmə tibbi ekspertizasından keçmək haqda edilmiş təklifdən imtina etdi.
Məsələnin təəssüf doğuran tərəfi o oldu ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinə ünvanladığımız şikayət ərizəsi əsasında araşdırma işləri aparılarkən, araşdırma işləri bitərəfli qaydada aparıldı və 10-cu polis bölməsinin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev, CPM-nin müvafiq maddələrinin tələblərini əsas tutaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar çıxartdı. Bu da olduqca ədalətsiz bir qərar oldu. Düşünmək olar ki, o, belə bir addımlarını hansısa maraqlar çərçivəsində atır və ona görə də belə bir qərar çıxarır.
Bundan əlavə, Qaradağ polisindən Yasamal rayon Prokurorluğuna daxil olmuş 128-C-18 saylı iş materialları da, prokurorluğun müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Sadıqov Kamran İlham oğlu tərəfindən araşdırılsa da, araşdırma işləri adı çəkilən vəzifə sahibi tərəfindən lazımınca araşdırılmır və sonda cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar çıxarlır. Yəni, müstəntiq çıxarmış olduğu qərarı onunla əsaslandırır ki, guya ki, aparılan araşdırmalar zamanı Babayev Hikmət Mirzəli oğlunun qızım Aygülü qeyd olunan tarixdə zorlaması ilə bağlı xüsusatlar öz təsdiqini tapmır, ortada cinayətin əlamətlərini işarə edən kifayət qədər dəlillər yoxdur, ona görə də cinayət işi rədd edilməlidir. Müstəntiq Azərbaycan Respublikası CPM-nin 85.39.1.1 və 213-cü maddələrinin tələblərini rəhbər tutaraq belə bir qərar çıxarır. Bu cür qərarlar da olduqca gülünc, olduqca əsassız qərarlardır. Əslində belə bir məzmunda qərarların çıxarılması, bizim bir vətəndaş olaraq hüquqlarımızı pozur və qanunun aliliyinin tapdaqlar altına düşməsinə yollar da açır. Ona görə də xahiş edirəm ki, üz-üzə qaldığımız belə bir problemi sosial mediada ictimailəşdirəsiniz ki, hər kəs baş verənlərdən lazımınca xəbərdar ola bilsin. Eyni zamanda, üz-üzə qaldığımız belə bir zorakılıq əməlləri ilə bağlı təkrar araşdırma işlərinin aparılması yöndə, bizə lazımi köməkdarlığınızı da göstərəsiniz”.
Bəli, biz də bir redaksiya olaraq Bakı şəhəri, Yasamal rayonu, Ş.Əsgərov küçəsində yaşayan Arzu Həbibova adlı xanım redaksiyamıza ünvanladığı müraciəti əsasında Hikmət Babayevlə əlaqə saxladıq və adı çəkilən şəxsdən sadalanan ittihamlara münasibət bildirməsini xahiş etdik. O halda o, bir qədər bizi dinləyib “Mən sizə öz mövqeyimi bildirərəm” deməklə, telefonunu qapatdı. Elə ki, həmin gündən bir neçə həftə vaxt keçdi və qarşı tərəfdən heç bir səs-soraq eşidilmədi, son anda məcbur olub bir daha adı çəkilən şəxsə zəng etməli olduq. Növbəti dəfə etdiyimiz telefon zəngimizə cavab verən şəxs Hikmət Babayevin qardaşı olduğunu bildirdi və o da, bizə bir qədər qulaq asdıqdan sonra “Həmin qadın şər-böhtan deyir, dediklərinin hamısı ağyalandır. Həmin qadın bir neçə nəfərə şər-böhtan atıb. Qardaşım Türkiyədədir və bir aydan sonra gələcək. Nə istəyirsiniz gedin onu da yazın, hamısı boş-boş şeylərdir” deməklə, danışıqlarına yekun vurdu. Elə ki, ona o, kimə şər-böhtan atıb, həmin şəxslərdən birinin, yaxud da ikisinin adını çəkə bilərsinizmi deyə sual verdik, o halda həmin şəxs telefonda nəsə demədi, kiminsə adını çəkə bilmədi. Bu da bir çox mətləblərin varlığıdan xəbər verir ki, o haqda da düşünməyə ehtiyac yaranır.
“Gündəm Xəbər” redaksiyası olaraq bir daha qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda oğul anasının cəsədi ilə bir neçə gün mənzildə qaldı

    Bakıda oğul anasının cəsədi ilə bir neçə gün ...

    22-04-2017, 11:00

  • 
  • Ana və 2 oğlu itkin düşüb - Qusarda

    Ana və 2 oğlu itkin düşüb - Qusarda ...

    10-07-2016, 15:43

  • 
  • Məşhur müğənni ailə həyatı qurdu (FOTO)

    Məşhur müğənni ailə həyatı qurdu (FOTO) ...

    22-10-2013, 12:35

  • 
  • "Tanımadığım evdə onunla cinsi əlaqədə oldum" - İtkin düşən azyaşlı qız

    "Tanımadığım evdə onunla cinsi əlaqədə ...

    19-10-2015, 17:43

  • 
  • Bakıda 22 yaşlı qız zorlandı

    Bakıda 22 yaşlı qız zorlandı ...

    15-07-2013, 23:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu