Redaksiyamıza müraciət edən Şamaxı sakini dərdinin prezident İlham Əliyevə çatdırılmasını xahiş edir. Gundemxeber.Az həmin müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli Cənab Prezident.Yazıb sizə bildirmək istəyirəmki,Şamaxı rayon Göylər kəndinin Bələdiyyə sədri Nəbi Nəbiyevin qanunsuz əmələrinə göz yuman məmurlarda cəzalanmalıdır.Onun arxasında Şamaxı rayon icra hakimiyyətindən dayanan məmurlar var,ona görədə sizə və digər orqanlara gedən məktubları Şamaxı rayon icra hakimiyyətində özlərinə sərf edən tərdə ləğv edirlər.Mən Salahov Toğrul Saleh oğlu YAP-nin fəal üzvülərindən biriyəm,Azərbaycan Respublikasının idman ustasıyam,Dövlətimi,Millətimi,Bayrağımı sevən bir vətəndaşam,ona görədə qanun pozuntuları və ozbaşınalıqlar görəndə sizə məlumat verməyi özümə borc bilirəm.Həmin Nəbi Nəbiyev 9 ildirki Göylər kəndinin Bələdiyyə sədridir.Sizin səlahiyyətli nümayəndənizin iştirakı iylə 9 ilin hesabatın versin. Kənd camahatına 9 il ərzində kəndə qaz cəkilən zaman köhnə qaz turbaların satdı kəndə hec bir iş görmədi,kəndin kənarında daş karxanası deyilən dağ vardı onuda satdı yol idarəsinə yenə kəndə hec bir iş görmədi,Çöl-Göylər və Dağ Göylər ərazisində boş yer qalmadı hamısını satdı, öz şəxsi əmlakı kimi yenə kəndə hec bir iş görmədi.Boş torpaqlar qurtardıqdan sonra saxta sənədlər düzəldirərək kəndin əkin torpaqlarını satmağa başladı,kəndin əkin torpaqlarındada restoranlar və yaşayış evləri tikilib,hətda qədimi məzarlığı dağıdaraq oradada ev tikmək ücün yerlər satdı.Bu saxta sənədlərin düzəlməsində ona köməklik edən şəxslərdə var,onlardan biri Şamaxı torpaq idarəsində işləyir Fərid,o birisi isə keçmiş torpaq və xəritə cəkmə idarəsinin işçisi Elxandır.Onlar bu torpaqları indi də satan zaman aqro islahat sənədlərinin adıyla satırlar,amma aqro islahat komisiyasının üzvülərindən çoxu çoxdan rəhmətə gedib.Bu bəs deyilmiş kimi Göylər kəndindəki 1 nömrəli məktəbində ərazisindən kəsib obyekt yeri kimi satdilar.Bizim kəndimizin ərazisindən Bakıya kamazlar vasitəsi ilə torpaqlarda satırlar,Ekalogiya nazirliyi 3 gün əvvəl bu hadisənin birini aşkarlayaraq tutdu,yəqin ki qanuni tədbirlər görəcək.Bizim kəndimizə təzə cəkilən yolun kənarları zibil içidədir,kəndin dörd yanı zibillik icindədir,başı pula qarışdığı ücün Bələdiyyə sədrinin kəndimiz heç yadına da düşmür.Bələdiyyə sədrinin arxasında duran Şəxslərdə Şamaxı rayon İcra Hakimiyyətində işləyənlərdir.Ona görə icra hakimiyyətin qeyd edirəm ki,hər dəfə məktublar rayon icra haimiyyətində it bata düşür,həm də Bələdiyyə sədri Nəbi Nəbiyev kənd camahatı soruşandakı bu qədər pul qazanırsan kənd üçün heç bir iş görmürsən,Nəbi Nəbiyev isə cavabında bildirir ki,mən o pulları yemirəm ki aparıb lazımı adamlara verirəm.Hörmətli Cənab Prezident sizdən artıq dərəcədə xahiş edirəm,bu faktların araşdırılması ücün lazımı qurumlara tapşırıq verəsiniz.Biz Xalq olaraq sizi sevirik və uzaq görən siyasətinizi dəstəkləyirik". Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?