GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AzTV sədrinin müəmmalı dissertasiya işi

AzTV sədrinin müəmmalı dissertasiya işi

Tarix: 5-11-2018, 14:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 392
AzTV sədrinin müəmmalı dissertasiya işi


“Təzadlar” qəzeti AzTV sədri Arif Alışanovun elmi işi ilə bağlı maraqlı yazı hazırlayıb.

GundemXeber.Az saytı həmin məqaləni təqdim edir:
“80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır”
AzTV sədrinin plagiat elmi işində Rusiya izi…
…Arif Alışanov uzun illərdir millət vəkilidir, amma bir dəfə də olsun dil açıb danışdığının şahidi deyilik. Sizcə, Milli Məclisdə qızğın müzakirələrə susan belə bir adam elmi iş yaza bilərdimi? Özü də rus dilində… AzTV əməkdaşlarından birinin söylədiyi yadımıza düşür: “Arif müəllim rus dilində pis danışır…”.

AzTV sədrinin müəmmalı dissertasiya işi

Amma o, elmi iş yazır, elmlər doktorluğuna iddialıdır… Ən maraqlısı və sual doğuranı budur ki, redaksiyaya 6 ay əvvəl belə bir məlumat daxil olanda dəfələrlə bu elmi işin referatını axtarmışıq, bir qayda və qanun olaraq Azərbaycan Mərkəzi Kitabxanasına verilməli olan bu elmi işin izi belə yoxdur, tapılmır. Niyə? Nə baş verir?
Beləliklə, “Təzadlar”ın Araşdırma Qrupu Arif Alışanovun elmi işinə tam aydınlıq gətirdi… Onun müdafiə etdiyi dissertasiya Rusiyanın elmi mərkəzlərinə verdiyimiz sorğu, ardınca bu araşdırma ilə bağlı ezamiyyədə olan əməkdaşımızın gətirdiyi sənədlər hamımızı dəhşətə gətirəcək səviyyədədir.
Təsəvvür edirsinizmi, Arif Alışanov 2004-cü ildə müdafiə etdiyi və rus dilində yazılmış elmi işində görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin hakimiyyətini pis vəziyyətə qoyur, mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə Bakıda ruslara qarşı təcavüzdən bəhs edir, sonra belə bir yaramaz elmi iş üzrə namizədlik müdafiə edir, doktorluğa, professorluğa iddialı olur… Gəlin tələsməyək, sənədli araşdırmamızı az sonra oxuyun və özünüz nəticə çıxarın…
Arif Alışanov dissertasiyasında niyə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi deyil, “statusu üstündə münaqişə aparılan ərazi” kimi təqdim edir?
… Bəzi məmurların alimlik eşqinə düşməsi çox vaxt səthi və aşağı səviyyəli işlərin ortaya çıxmasına səbəb olur. Ölkədən kənarda “müdafiə” olunan belə “elmi” işlər isə hətta müəyyən siyasi-tarixi və mənəvi saxtalaşdırmalara yol açır. Hələ AzTV-nin maliyyə və texnika işləri üzrə sədr müavini olduğu dövrdə elmdə də “iz qoymağa” cəhd etmiş Arif Alışanov 2004-cü ildə Moskvada Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutunda dissertasiya müdafiə etmişdir. Lakin uzun müddət həmin dissertasiyanı ictimaiyyətdən gizli saxlamağa çalışmışdır. Nİyə???
İndi məlum olur ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya məsələlərinə həsr olunmuş həmin “araşdırmada” ciddi siyasi təhriflər vardır. Bu təhriflər daha çox rusların və etnik ermənilərin Azərbaycanı tərk etməsinin səbəbləri və bu prosesə aid statistikada özünü göstərir. Məsələn, Alışanov faktiki olaraq Azərbaycanı ruslar üçün dözülməz şəraitin yaradılmasında günahlandırır və avtoreferatın 19-cu səhifəsində belə yazır: “Sovet İttifaqının dağılmasından sonra (…) Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi”.
Təbii ki, bu, problemə sırf Rusiya baxışıdır, çünki 1997-ci ildə Azərbaycanda tam sabitlik hökm sürürdü, Moskva ilə münasibətlər qaydasında olduğundan heç bir rus Bakıdan getmək məcburiyyətində qalmamışdı.
A.Alışanov “əsərində” Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini qeyd etsə də, bu konfliktin ərazi iddiaları ilə bağlılığını göstərmir, dolayısı ilə Azərbaycanın ərazi bötövlüyünün əleyhinə gedərək Qarabağın statusunun mübahisəli olduğunu qeyd edir: “80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12). Belə “incə” yanaşmaya əhsən!
Düşünmək olar ki, belə “siyasi obyektivliyə” və “neytral mövqeyə”ə görə Ermənistanda Alışanovun şərəfinə abidə ucaldılmalıdır. Bu adam, sanki Azərbaycan ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan “diplomatik” şəkildə imtina edir, yəni rus alimləri qarşısında “qərəzsiz” görünməyə çalışır. Çünki ona həqiqət yox, Vətən təəssübü yox, elmlər namizədi diplomu lazımdır.
Həmin diplomu verəcək şəxslərə xoş görünmək üçün Alışanov “araşdırma”sında şayiə səviyyəsində gəzən fikirlərə, o cümlədən, guya Rusiyada çalışan azərbaycanlıların hər il öz vətənlərinə 2,5 milyard dollar vəsait göndərməsi mülahizəsinə də istinad edir. Ən pisi odur ki, “iqtisadçı alim” bunu naşıcasına Qərb investorlarının Azərbaycanın neft sahəsinə qoyduğu sərmayə ilə müqayisə edir.
Dissertasiyada Azərbaycan iqtisadiyyatının durumu, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, miqrasiya prosesinin səbəb və mərhələləri, miqrantların gəlirləri, neft sənayesinə qoyulan investisiyalar, H.Əliyev dövründə aparılmış iqtisadi siyasət və s. barədə də ciddi yanlışlıqlar vardır ki, bunların açıq müzakirəsi və A.Alışanovun bunlara cavab verməsi çox vacibdir.
(Davamı var)

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim Məmmədov AzTV-dən çıxarıldı

    İbrahim Məmmədov AzTV-dən çıxarıldı ...

    11-09-2015, 16:25

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ

    ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ ...

    14-04-2016, 15:22

  • 
  • Arif Alışanov çətin durumda

    Arif Alışanov çətin durumda ...

    19-02-2013, 11:10

  • 
  • ​“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – AzTV sədrinin tutdurduğu brokerin qızı

    ​“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – ...

    15-02-2018, 22:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu