GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bələdiyyə sədri icra başçısının “sınaq imtahanı”ndan keçə biləcəkmi?

Bələdiyyə sədri icra başçısının “sınaq imtahanı”ndan keçə biləcəkmi?

Tarix: 5-11-2018, 14:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 414
Bələdiyyə sədri icra başçısının “sınaq imtahanı”ndan keçə biləcəkmi?


Arxiv sənədlərinə müdaxilələri və arayışların hazırlanmasını bələdiyyədə çalışan Humay adlı xanım həyata keçirir ki, o da, bu yöndə rəhbərliyin ona vermis olduğu tapşırıqlar əsasında addımlarını atır
Bakı şəhəri, Səbail rayonunun Bayıl yamacı ərazisindəki sürüşmə prosesinin daha çox Badamdar yaşayış massivi ərazisində yaşayan sakinlərə ciddi problemlər yaratması, artıq hər kəsə bəlli olan həqiqətdir. “GündəmXəbər”ə daxil olan məlumatlara görə, bu gün problemin aradan qaldırılması istiqamətində atılan addımlarla bərabər, belə bir problemin əmələ gəlməsində rolu olan hər bir vəzifə sahibinin məsələsi də, artıq gündəmə gəlib. O da hər kəsə bəlli olan həqiqətdir ki, Səbail rayonunun istənilən ərazisində torpağın qiyməti fantastik dərəcədə bahadır və illər öncə həmin torpaq sahələrinin bir çoxu, bələdiyyələr və icra hakimiyyətinin məsul şəxsləri tərəfindən qanunsuz olaraq başqa-başqa şəxslərə satılıb. Bəli, rayonun ərazisində elə torpaq sahələri var ki, həmin torpaq sahələri ayrı-ayrı imkanlı şəxslər tərəfindən zəbt olunub və müəyyən tikinti işləri də aparılıb. Amma inşası başa çatdırılmış elə tikililər də var ki, onların heç bir sənəd-sübutları yoxdur. Tərəfimizdən apardığımız apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Səbail rayonu ərazilərində torpaqların zəbt olunması prosesi, daha çox 2007-ci ildən sonra geniş vüsət alıb. Onu da bildirək ki, 2009-cu ildən 2015-ci ilə kimi Səbael rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini, bu gün Nəsimi rayonuna rəhbrlik edən Asif Əsgərov daşıyıb. Onu da unutmaq olmaz ki, həmin illərdə nə Səbail bələdiyyəsinin, nə də ki, Batamdar bələdiyyəsinin rəhbərliyi, RİH-i başçısının icazəsi olmadan hansısa addımlarını ata bilməyiblər. Belə bir halların baş verməsinə baxmayaraq, bu gün sürüşmə prosesi ilə bağlı araşdırmalar aparılarkən, Asif Əsgərov özünü “sudan quru” çıxartmağa çalışır və öz təsir imkanlarından yararlanaraq, bütün günahları hər iki bələdiyyə rəhbərliyinin boynuna qoymaq istəyir. Amma, bu heç də o demək deyil ki, belə bir problemin əmələ gəlməsində Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov və Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov “Aydan arı, sudan duru”durlar. Hal-hazırda hər iki bələdiyyə sədrlərinin ciddi nəzarətə götürüldükləri və fəaliyyətlərinin təftiş olunduğu da bildirilir. Əslinə baxsan, belə bir problemlərin əmələ gəlməsində bələdiyyələr ciddi məsuliyyət daşımasalar da, bu gün durumun fərqli olduğu da iddia olunur.
Belə təlatümlü bir vaxtda başı üzərində dolaşan “kabus”dan Badamdar bələdiyyəsinin sədrinin özünü qorumağa çalışması, daha çox diqqəti cəlb etməkdədir. “Gündəm Xəbər”in əldə etdiyi səhih məlumatlara görə, 8 noyabr 2018-ci il tarixdə Səbail rayon İcra Hakimiyyəti başçısı cənab Vüqar Zeynalovla, Batamdar bələdiyyəsinin şura üzvləri arasında görüş keçiriləcək və həmin görüşdə Həbib Əsədovun “sınaq imtahanı” verəcəyi də bildirilir. Çatdırılan məlumatlara görə, adı çəkilən bələdiyyənin sədri bu görüşə ciddi hazırlıq işləri görməkdədir. Belə ki, həmin görüşdə Həbib Əsədova yaxın bir neçə şəxsin “odlu-alovlu” çıxış edəcəyi, hətta Badamdar bələdiyyəsi sədrinin “əvəzolunmaz şəxs” olacağı, Səbailin yeni icra başçısının diqqətinə də çatdırılacaq. Belə bir addımların atılması yöndə Həbib Əsədova yaxınlığı ilə seçilən şəxslərin, bir neçə gün bundan öncədən başlayaraq bu yöndə səfərbər olunmaları haqda məlumatlar əldə etmişik.
Əgər həmin görüşdə bir kimsə RİH-nin yeni başçısına çatdırsa ki, təkcə 2011-ci ildən bu günə kimi Badamdar bələdiyyəsi sədrinin “xeyr-duası” ilə satılmış torpaqlarla bağlı araşdırmalar aparılsın, o halda yəqin ki, bir çox “qaranlıq məsələlərə” aydınlıq da gətirilər. Daxil olan məlumatlara görə, təkcə son iki ay ərzində adı çəkilən bələdiyyədə vergi şöbəsinin rəisi vəzifəsini daşıyan Ramil Mustafanın vasitəsilə, qəsəbənin 3-cü massiv adlanan ərazisində 30 sot torpaq sahəsinin satıldığı bildirilir. (Verilən məlumatlara görə 1 sotu 30 min manatdan satılıb) Bu bələdiyyəyə ildə orta hesabla 30-35 min manat məbləğində dotasiya verilsə də, həmin dotasiya təyinatı üzrə xərclənmir və bunun da araşdırılmasına ciddi ehtiyac duyulur. Batamdar ərazisində Ramil Mustafanın qardaşına məxsus villaların sayı-hesabının bilinmədiyi də iddia olunur. “GündəmXəbər”in əldə etdiyi məlumatlara görə, 2007-ci ildən bələdiyyələrin torpaq sahələrini açıq-aşkar şəkildə satmaları qadağan olunsa da, Həbib Əsədov satışa çıxartdığı torpaq sahələrinə köhnə tarixə sənəd verir və o, belə bir yolla da atdığı qanunsuz addımlarını qanuniləşdirir. Bu yöndə araşdırmalar aparılarsa, o halda da bəzi mətləblərə aydınlıq gətirilə bilər. Çünki, bələdiyyə rəhbərliyinin göstərişi ilə arxiv sənədlərinə müdaxilələr olunur və yaxın vaxtlarda torpaq sahəsi satılmış şəxslərə arayışlar verilir ki, guya həmin şəxslər 2005-ci ildə, yaxud da 2006-cı ildə torpaq sahələri alıblar. Arxiv sənədlərinə müdaxilələri və arayışların hazırlanmasını bələdiyyədə çalışan Humay adlı xanım komputerdə həyata keçirir ki, o da, bu yöndə rəhbərliyin ona vermiş olduğu tapşırıqlar əsasında addımlarını atır. Ayrı-ayrı vaxtlarda keçirilən və məzmun etibarı ilə bir-birindən fərqlənən tədbirlər zamanı da, bələdiyyə büdcəsinə məxsus vəsaitlər mənimsənilir. Tutaq ki, Novruz-Bahar bayramı ilə bağlı hansısa konsert proqramı keçiriləcək, o halda həmin tədbirə xərclənəcək vəsaitlər şişirdilmiş rəqəmlər əsasında sənədləşdirilir. Tədbirin keçirilməsinə az məbləğdə vəsait xərclənsə də, rəsmi sənədlərdə şişirdilmiş rəqəmlər qeyd olunur və belə bir yolla da, həmin vəsaitlər ələ keçirilərək mənimsənilir. Həbib Əsədovun gəlir mənbələri təkcə bunlarla yekunlaşmır, o, hətta bələdiyyədə “ölü canlar” saxlamaqla da, hər ay xeyli məbləğdə “irəli düşə bilir”. Həmin “ölü canlar” Batamdar bələdiyyəsinin ştat cədvəlində bələdiyyə qulluqçuları hesab olunurlar. Onlardan Səfərov Samir Knyaz oğlu nəzarətçi, Mayılova Qiymət Cümşüd qızı xadimə, Bağırov Taleh Eldar oğlu sürücü, Xoşbəxt Məmmədovanın isə bağban olduğu bildirilir. Bütün bunlar da onu sübut edir ki, Batamdar bələdiyyəsinin sədri Həbib Əsədov rəhbərlik etdiyi sahəyə özünün dədə mülkü kimi yanaşır və hər cür qanunsuzluqlara da imza atmaqda davam edir.
Araşdırmamız davam edəcək.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Asif Əsgərovla Yavər Allahverdiyevin himayədarına necə çevrildi?

    Eldar Mahmudov Asif Əsgərovla Yavər ...

    24-10-2018, 14:15

  • 
  • Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

    Səbail rayonunun icra başçısının oğlu qəza ...

    29-09-2014, 13:06

  • 
  • Teleqüllə yaxınlığında yaşayan sakinlərin köçürülməsinə başlanıldı - YENİLƏNİB

    Teleqüllə yaxınlığında yaşayan sakinlərin ...

    24-01-2018, 20:56

  • 
  • Asif Əsgərov yeni “qurbanlar tapdı”

    Asif Əsgərov yeni “qurbanlar tapdı” ...

    22-10-2018, 14:20

  • 
  • Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ayrıldı — EKSKLÜZİV

    Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ...

    25-01-2018, 23:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu