GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən Elmar Məmmədyarovun xəbəri olubmu?

Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən Elmar Məmmədyarovun xəbəri olubmu?

Tarix: 5-11-2018, 19:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 589
 Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən Elmar Məmmədyarovun xəbəri olubmu?


Azərbaycanın Ukraynadakı keçmiş və hazırki səfirləri arasındakı qarşıdurma günlər keçdikcə daha biabırçı hal alır. Xatırladaq ki, sabiq səfir Tələt Əliyev bir neçə gün öncə keçirdiyi mətbuat konfrasında hazırda səfir vəzifəsini daşıyan Azər Xudiyevin ondan Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirmişdi.

Dünya diplomatiyası tarixində çətin ki, bənzəri olan bu hadisəni özünə qarşı qisasçılıq kimi dəyərləndirən sabiq səfir deyib ki, Azər Xudiyev hələ onun səfir olduğu dövrdə özünü qeyri-adekvat aparıbmış: “Mən səfir olanda bu adam mənim diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə, barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölklərin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.

Qeyd edək ki, hazırki səfirimizin T.Əliyevin səfirliyə ayrılan vəsaitləri mənimsəməsinə dair şikayətindən sonra Ukraynanın hüquq-mühafizə orqanları araşdırmaya başlayıb, hətta sabiq səfirin evində axtarış aparılıb. Bundan hiddətlənən T.Əliyev ümumiyyətlə, Azər Xudiyevin Ukraynadakı nüfuzlu azərbaycanlılara qarşı qərəzli mövqedə olduğunu iddia edib: “Azər Xudiyev Ukraynadakı azərbaycanlılara, Azərbaycan üçün böyük işlər görmüş insanlara müharibə elan edib və o, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur…”

“Bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir…”

Gundemxeber.Az Azpolitika.info-ya istinadla bildirir ki, diplomatlar arasında baş verən bu insidentə Milli Məclisin bəzi üzvləri də təpki verib. Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun Azərbaycandan olan rəhbəri Rüfət Quliyev parlamentdəki çıxışında qeyd edib ki, ölkəmizi təmsil edən sabiq və indiki səfir arasındakı problemlər bu şəkildə üzə çıxmamalıdır: “Axı nəyə görə başqa dövlətin və başqa xalqın nümayəndələri bunu eşitməlidirlər? Mən onun tərəfdarıyam ki, bu kimi problemlər ortaya çıxanda o Azərbaycanın hüquq-mühafizə orqanlarının gücü ilə həll olunmalıdır”.

Millət vəkili Zahid Oruc isə məsələyə daha sərt münasibət bildirib: “Düz bir aydır Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfiri arasında dartışma davam edir. Mövzu nədir? 10 il öncə səfirliyin binası təmir olunanda yeyintiyə yol verilib, yoxsa yox. Ay qardaş, bu məsələ Azərbaycanın kompetensiyasında olan bir problemdir, bunu Ukrayna prokurorluğuna müraciət edəndə bir sabiq və indiki səfir arasındakı bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir. Kimsə bu məsələ ətrafında polemika açmaq istəyirsə, gizli bir məktubla Azərbaycanın prokurorluğuna, daha yuxarı hakimiyyət orqanlarına müraciət etsin, yoxsa bu məsələ ətrafında polemikanın media vasitəsilə ictimailəşməsinə yol vermək olmaz. Onların buna ixtiyarı yoxdur… “.

“Tələt Əliyev Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəsaitini mənimsəyib…”

Ancaq Azər Xudiyevin ittihamları da kifayət qədər ciddi və əsaslandırılmış görünür. Səfir “Ölkə.Az”a açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman külli miqdarda vəsait mənimsədiyini və hətta onun bir hissəsini qaytarmağa nail olduqlarını söyləyib: “Tələt Əliyev səfir olan zaman Ukraynada səfirliyin adına hektarlarla yerlər alıb, sonra da həmin obyektləri həyat yoldaşının adına keçirib. Əlimizdə bütün bunların hər birini sübut edən faktlar və sənədlər var. Tələt Əliyev 2007-2008-ci illərdə Azərbaycan dövlətinin vəsaiti hesabına alınan həmin mülkləri həyat yoldaşının və Səbinə Qasımova adlı xanımın adına keçirib. Konkret faktlarla da sübut olunub ki, Tələt Əliyev səfir işlədiyi dövrdə Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəsaitini mənimsəyib. Təsəvvür edin ki, Tələt Əliyev Bakıdan geri çağırılması barədə məktubu alandan dərhal sonra tələm-tələsik bankdan hər həftə 320-350 min dollar vəsaiti çıxararaq, guya dövlət üçün otel-restoran tikdirmək adı ilə mənimsəyib. Sonra da həmin obyektləri öz həyat yoldaşının adına keçirdib. Mən bütün bunları bilən kimi prokurorluğa, məhkəməyə müraciət edərək, həmin mülkləri Azərbaycan dövlətinin adına keçirməyə nail olmuşam. Hazırda Tələt Əliyevin öz adına keçirdiyi mülklərdən biri qalıb. Çalışıram ki, o da Azərbaycan dövlətinin adına keçsin. Çünki o mülklərin hamısı Azərbaycan dövlətinin vəsaiti hesabına əldə edilib. Mən səfirəm və bütün bunlara göz yummaq dövlətimə xəyanət olardı…”

Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləyib:
“Əlbəttə ki, mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim. İndiyədək bu məsələni ictimailəşdirmək fikrimiz yox idi. Tələt Əliyevin öz çirkin əməllərini ört-basdır etmək üçün düzəltdiyi şou bizi buna vadar etdi…”

Bunlar kifayət qədər ciddi itihamlardır və doğrudan da araşdırılmasına ehtiyac var. Lakin görəsən bunun ölkəmizin nüfuzuna xələl gətirəcək formada həyata keçirilməsi nə dərəcədə doğrudur?

Səfirin şikayətindən Məmmədyarovun xəbəri olubmu?

Əlbəttə ki, Azərbaycan dövlətinin Ukraynadakı səfirliyimiz üçün ayırdığı vəsaitin mənimsənilməsinə dair şikayətin bizim ölkənin yox, Ukraynanın hüquq-mühafizə orqanlarına göndərilməsi birmənalı qarşılana bilməz. Lakin məlum deyil ki, səfirin Ukrayna Prokurorluğuna müraciətindən şəxsən xarici işlər nazirinin xəbəri olubmu? Doğrusu, dövlətin adını və nüfuzunu uca tutan bir nazir buna razılıq verməyə ən azından tərəddüd edərdi. Və məsələnin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həllinə üstünlük verərdi. Lakin Elmar Məmmədyarovun “xüsusiyyətlərini” nəzərə alsaq, onun məsələdən xəbərdar olduğu və səfirin şikayətinə razılıq verdiyi də istisna edilə bilməz.

Digər tərəfdən, əgər doğrudan da Ukraynadakı səfirliyimizdə mənimsəmə faktı olubsa və zamanında bu məsələ arşdırılaraq, həllini tapmayıbsa, deməli buna görə nazirin, yəni Elmar Məmmədyarovun özü də məsuliyyət daşıyır! Nədən bu məsələ T.Əliyevin səfir olduğu müddətdə, yaxud ondan qısa müddət sonra yox, 2016-cı ildə Azər Xudiyevin səfir təyin olunmasından sonra qabardılıb? Axı T.Əliyevdən sonra 5 il müddətində həmin vəzifəni başqa bir diplomat – Eynulla Mədətli daşıyıb.

Bir sözlə, XİN rəhbərliyinin mövqeyi, daha doğrusu mövqesizliyi də bu qalmaqalın yaranmasında həlledici rol oynayıb – səfirin biri korrupsiyada ittiham olunur, digəri də öz ölkəsini təmsil etmiş diplomatdan yad ölkənin hüquq-mühafizə orqanına şikayət göndərir. Hər halda bu mənzərə nə ölkə olaraq Azərbaycana, nə də Elmar Məmmədyarovun nazirliyinə baş ucalığı gətirmir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Erməni nazirə şikayət etmək biabırçılıqdır” – "Azər Xudiyev XİN-ə çağırılmalıdır”

    "Erməni nazirə şikayət etmək biabırçılıqdır” ...

    2-11-2018, 12:08

  • 
  • "Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar dövlət vəsaitini oğurlayıb" — İndiki səfirdən SENSASSİON AÇIQLAMALAR + SƏNƏDLƏR

    "Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar ...

    31-10-2018, 22:04

  • 
  • Fuad Muradov Elmar Məmmədyarov ixtilafı Ukraynaya sıçrayıb?

    Fuad Muradov Elmar Məmmədyarov ixtilafı Ukraynaya ...

    5-10-2018, 15:00

  • 
  • Ukraynanın Azərbaycandakı səfirindən mühüm açıqlamalar

    Ukraynanın Azərbaycandakı səfirindən mühüm ...

    18-03-2014, 18:40

  • 
  • Səfir müavini Azərbaycanda saxta diplom almaq istədi

    Səfir müavini Azərbaycanda saxta diplom almaq ...

    26-02-2016, 15:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu