GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Erməni nazirə şikayət etmək biabırçılıqdır” – "Azər Xudiyev XİN-ə çağırılmalıdır”

"Erməni nazirə şikayət etmək biabırçılıqdır” – "Azər Xudiyev XİN-ə çağırılmalıdır”

Tarix: 2-11-2018, 12:08 Bölmə :Cəmiyyət Baxış: 742
"Erməni nazirə şikayət etmək biabırçılıqdır” – "Azər Xudiyev XİN-ə çağırılmalıdır”


Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qalmaqal səngimək bilmir. A.Xudiyevin 2001-10-cu illərdə Ukraynada səfir olmuş T.Əliyevi bu illər ərzində 2,4 milyon dollar yeyintiyə yol verməkdə ittiham etməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət ünvanlaması məsələni daha da ciddiləşdirib. Artıq T.Əliyevin evində axtarış da aparılıb.

Bütün bunlarla bağlı sabiq səfirimiz mətbuat konfransı keçirərək, ittihamlara cavab verib: "Mən səfir olanda bu adam diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o, məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölkələrin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.

İki diplomatın savaşı Milli Məclisdə də müzakirələrə səbəb olub. Qanunverici orqanın 30 oktyabrdakı iclasında deputat Zahid Oruc məsələnin bu şəkildə gündəmə çıxarılmasının əleyhinə çıxış edərək, bunun yolverilməz olduğunu bildirib. Eyni zamanda deputat iki diplomatın qarşıdurmasının Ukraynada deyil, Azərbaycanda müzakirəsini vacib sayıb. Həmkarı Rüfət Quliyev ona dəstək verib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycan XİN-in bu məsələ ilə yaxından maraqlanmasını vacib sayır: "Baş vermiş hadisə və iki diplomat arasında belə vəziyyətin yaranması heç də yaxşı hal deyil. Bu utandırıcıdır. Bizə başucalığı gətirməyən hadisədir. Buna son qoymaq lazımdır. Son qoymaq üçün də xarici işlər naziri məsələyə müdaxilə etməlidir. Xüsusilə Azər Xudiyev ya XİN-ə dəvət olunmalı, ya da hansısa formada onunla söhbət edilməlidir. Baş vermiş hadisənin şişirdilərək erməni olan bir nazir səviyyəsində çözülməsi çox biabırçı bir faktdır. Bu hər birimizi narahat edən bir faktdır. Qətiyyətlə bu vəziyyəti pisləyirəm. Çox istərdim ki, buna son qoyulsun. Azərbaycanın müvafiq strukturları artıq bununla bağlı konkret addımlar atmalıdır. Mətbuat müstəvisində gedən xoşagəlməz müzakirələr dayandırılmalıdır. Onların ikisi də Azərbaycan vətəndaşıdır. Hansı günahkardırsa, ölkə qanunları ilə cəzasını almalıdır. Günahı olmayanın isə hüquqları qorunmalıdır”.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Ukraynada Azərbaycan səfirliyi ilə bağlı qalmaqalın davam etməsi Azərbaycanın beynəlxalq imicinə zərbə vurur: "Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfirlərinin bir-birilərinə qarşı ittiham irəli sürmələri diplomatiyada görülməmiş hadisədir. Əgər indiki səfir Azər Xudiyevin keçmiş səfir Tələt Əliyevin keçmiş fəaliyyəti ilə bağlı narazılığı varsa, bunu Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova bildirməsi kökündən yanlışdır. Avakov Ukraynadakı erməni diasporunun ən fəal nümayəndəsidir. O, Azərbaycan səfirliyindəki qalmaqaldan özünün və erməni diasporunun məqsədləri üçün istifadə edəcək. Bu sadə həqiqəti səfirimizin niyə anlamadığını söyləməkdə çətinlik çəkirəm. Əgər anlamırsa, demək yerində deyil. Tutaq ki, keçmiş səfir hansısa yeyintilərə yol verib. Bunun da həll yolları bəllidir. Hazırkı səfir tabe olduğu XİN-ə müraciət edir və tədbir görülməsini xahiş edir. Bilmirəm, indiki səfirə Ukrayna daxili işlər nazirinə müraciət etməyi kim məsləhət görüb, bunu özbaşına edibsə, səfirin geri çağırılması haqqında qərar vermək lazımdır.

Yox, əgər XİN-dən səfirə məsləhət görüblər ki, erməni nazirə şikayət etsin, demək, həmin təlimatı verən də elə səfir ağıldadır. Tələt Əliyevlə bağlı da sualım var. Pis ənənə yaranıb ki, səfir fəaliyyət müddəti tamamlandıqdan sonra ölkəsinə qayıtmır, qalır çalışdığı ölkədə. Ona görə də xarici ölkələrə elə şəxslər səfir təyin etmək lazımdır ki, çalışıdığı ölkəyə yox, Azərbaycana bağlı olsun. Azərbaycan XİN-in qovğaya səssiz qalmasının özü də absurddur. Səfirlikdəki qalmaqal Ukrayna cəmiyyətində müzakirə olunur. Şübhə etmirəm ki, bundan Ermənistan və erməni lobbisi öz məqsədləri üçün istifadə edəcək. Erməni lobbisinin təmsilçiləri vaxtilə Serj Sərkisyanın idarəetməsindən narazı idilər, ancaq bunu daxildə həll etməyə çalışırdılar. Ümumiyyətlə, son qalmaqal göstərdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyəti qənaətbəxş deyil. Nazirimiz ana dilində danışa bilmir, səfirlər ağıllarına gələni edirlər və s. Nə qədər ki, nazir Elmar Məmmədyarovdur, Ukraynadakına bənzər qalmaqallardan sığortalanmamışıq”./Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar dövlət vəsaitini oğurlayıb" — İndiki səfirdən SENSASSİON AÇIQLAMALAR + SƏNƏDLƏR

    "Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar ...

    31-10-2018, 22:04

  • 
  • Fuad Muradov Elmar Məmmədyarov ixtilafı Ukraynaya sıçrayıb?

    Fuad Muradov Elmar Məmmədyarov ixtilafı Ukraynaya ...

    5-10-2018, 15:00

  • 
  • ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

    ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb ...

    23-05-2014, 10:36

  • 
  • Ukrayna xarici işlər naziri Azərbaycanın Xarkovdakı fəxri konsulunu qəbul edib

    Ukrayna xarici işlər naziri Azərbaycanın ...

    22-08-2014, 12:40

  • 
  • Ukraynanın Azərbaycandakı səfirindən mühüm açıqlamalar

    Ukraynanın Azərbaycandakı səfirindən mühüm ...

    18-03-2014, 18:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu