GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ​Zamirənin həbsi Azərbaycanın xahişi ilə bağlıdır - İlginc faktlar

​Zamirənin həbsi Azərbaycanın xahişi ilə bağlıdır - İlginc faktlar

Tarix: 8-11-2018, 12:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 696
​Zamirənin həbsi Azərbaycanın xahişi ilə bağlıdır - İlginc faktlar


Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. "The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun 3 uşaq anası olduğunu söyləyib.

GundemXeber.Az "Yeni Müsavat”a istinadən xəbər verir ki, vəkil xahiş edib ki, bunu nəzərə alaraq qadının həbsi girov əvəzində ev dustaqlığı ilə əvəz edilsin. O, vəsatətində göstərib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyununda baş tutacaq məhkəməyə qədər o, ev dustağı kimi Londonda qalmalıdır.
Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı "dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, Zamirə Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib. Barrister bununla razılaşmayıb: "Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu, heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.
Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.
55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyəri olan evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı” olmadığını deyirlər. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Məhkəmədə məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır. O, 2 mənimsəmə ittihamı ilə üz-üzədir və noyabrın 1-də polisə təslim olduqdan sonra təcridxanada saxlanılır. Zamirə Hacıyevanın vəkilinin təqdim etdiyi apelyasiya şikayətinə bu gün Ali Məhkəmədə baxılacaq.

Bəs 55 yaşlı bu qadın kimdir?

Zamirə Hacıyeva bir vaxtlar orta məktəb müəlliməsi işləyib. Ali təhsilini Moskvada alıb, rus dili və ədəbiyyatı müəllimidir. Orta məktəbdə dərs deyib. Ailə qurandan sonra çalışmayıb. Adı müxtəlif vaxtlarda mətbuatda hallanıb. Keçmiş bankir Cahangir Hacıyevin arvadı olduğu üçün oğurlanaraq 1 ay girov saxlanıb. Daha sonra MTN-in xüsusi əməliyyatı ilə azad edilib. 3 övlad anasıdır. 2 oğlu, 1 qızı var. 2 dəfə ailəli olub. Birinci nikahdan olan qızı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub. 2 oğlu hazırda Böyük Britaniyada "boarding school”da təhsil alır. Zamirə Hacıyevanın məhz övladlarına görə bu ölkədə yaşadığı deyilsə də, bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
Artıq Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Z.Hacıyeva zinət əşyalarını qeyri-qanuni satmaq cəhdi ilə əlaqəli istintaqa cəlb olunaraq saxlanılıb. Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır.
Xatırladaq ki, Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir. 2016-cı il iyunun 1-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində axtarışlı həbs-qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib. Böyük Britaniyada mühakiməsinin ardından Zamirə Hacıyevanın gələn ilin yayında Azərbaycana təhvil veriləcəyi gözlənilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zamirə Hacıyeva şokda - Azadlığı üçün 500 min istənildi

    Zamirə Hacıyeva şokda - Azadlığı üçün 500 min ...

    7-11-2018, 12:32

  • 
  • Zamirə Hacıyeva həbs edildi

    Zamirə Hacıyeva həbs edildi ...

    6-11-2018, 21:56

  • 
  • Zamirə Hacıyevanın xərclədiyi milyonlar Azərbaycana qaytarıla bilər

    Zamirə Hacıyevanın xərclədiyi milyonlar ...

    12-10-2018, 20:50

  • 
  • Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar - ZAMİRƏNİN MALİKANƏSİ, BRİLYANTLARI VƏ ŞƏXSİ TƏYYARƏSİ...

    Londonda çirkli pullara qarşı mübarizəni Cahangir ...

    8-10-2018, 13:22

  • 
  • Zamirə Hacıyevanın London mülkləri müsadirə olunur

    Zamirə Hacıyevanın London mülkləri müsadirə olunur ...

    31-07-2018, 16:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu