GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  “AG Bank”ın iflasında Eldar Mahmudov izi

 “AG Bank”ın iflasında Eldar Mahmudov izi

Tarix: 12-11-2018, 11:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 438
 “AG Bank”ın iflasında Eldar Mahmudov izi


 “AG Bank”ın iflasında Eldar Mahmudov izi

"AG Bank” ın cəmi kapitalı 11 milyon 787 min manat azalıb. Bundan başqa bankın məcmu kapitalı da 4 milyon 192 min manat azalıb. Gundemxeber.Az bununla bağlı Kommersant.az”a istinadla xəbər verir ki, "AG Bank”ın cəmi kapitalı hər il azalır. Belə ki, bank, 2016 -cı ilin sonunda 53 milyon 804 min manat cəmi kapitala sahib olub. 2017 -ci ilin sonunda isə bu rəqəm 6 milyon 630 min manat azalaraq 47 milyon 174 min manata, cari ilin 3-cü rübünə olan hesabatında isə 5 milyon 157 min manat (ümumilikdə 11 milyon 787 min manat) azalıb.

Bankın Gizlətdiyi Hesabat

"AG Bank”ın bu ilin 3-cü rübünə olan hesabatına əsasən bankın məcmu kapitalı 40 milyon 846 min manat olub. Bu isə 2017 -ci ilin sonuna görə 4 milyon 192 min manat azdır. 2016 -cı ilin sonuna olan hesabatında isə bank məcmu kapitalını gizlədib.

Bununla bağlı banka müraciət etsək də bank rəsmisi Fatimə Ağalarova suallarımızı cavablandırmayıb.

Qeyd edək ki, "AG Bank” da əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 122 milyon 770 min manatdan 89 milyon 149 min manata düşüb. 33 milyon 621 min manatlıq depozit "Ag Bank”dan geri çəkilib.

İflas ərəfəsi: kredit verilmir, iki ilə 10 milyonluq ziyan

Onu da bildirək ki, Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan AG Bank artıq bir neçə aydır ki, kredit verməyi dayandırıb. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta AG Bankın məşhur olduğu ipoteka kreditləri də «limit bitməsi» səbəbindən başa çatıb. Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. AG Bankdan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər. Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil. Bank 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurmuşdu. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib. İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb. Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda AG Bank məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir. Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb.

Eldar Mahmudovun bankı?

Əslində isə "AGbank”ın çökəcəyi ilə xəbərləri yeni və gözlənilməz deyil. 2015-ci ilin oktyabrında bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayevin mandatı ləğv olundu. Çingiz Əsədullayev 10 il parlamentə düşdüyü dairədən qalib kimi keçirilmişdi, amma bir anın içində onun mandat ləğv olundu. O günlərdə bankir təlaşını açıq şəkildə biruzə verməyə başladı. Mətbuata ürkək açıqlamalar verib ləğvetmə qərarını dəstəklədiyini dedi. Ardından Çingiz Əsədullayevin əsas himayəçisi Eldar Mahmudov "vuruldu”. Həmin vaxtdan "AG bank”ın taleyi sual altına düşmüşdü. Daha Əsədullayevin arxaısnda güvəndiyi "MTN dağı”, cibində deputat "knijka”sı yox idi. Lakin o dövrdə "AG bank”la bağlı haqq-hesab bir qədər ertələndi. Səbəb də üzdə idi – Eldar Mahmudova bağlı olan və ölkənin 1 nömrəli bankı "Azərbaycan Beynəlxalq Bankı”ndakı bitib-tükənməyən, mətbuatda "hörmüçək toru” adlandırılan maxinasiyaların araşdırılmasına qərar verilmişdi. Əsədullayevin bankı Hacıyevin bankının yanında "kiçik balıq” idi. Eldar Mahmudov "vurulandan” sonra Cahangir Hacıyevlə yanaşı Çingiz Əsədullayevin də ona bank transferlərində dəstək verdikləri üzə çıxmışdı. "Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə Çingiz Əsədullayevin məhz Eldar Mahmudova görə hədəfə gəldiyi şübhə doğurmurdu. Belə məlumatlar da yayılırdı ki, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Bu ittihamları təsdiqləyən məlumatı İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri yaymışdı. Məlum olmuşdu ki, Ç.Əsədullayev Cahangir Hacıyevlə bərabər dövlətin külli-miqdarda vəsaitini mənimsəyib.

Məsələn, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun cinayət işi ilə bağlı yayılan məlumatlarda "AG bank”, onun əsas səhmdarı Çingiz Əsədullayevin adı qırmızı xətlə keçirdi. Bununla mətbuatda yazılanları cumhuriyyet.az olaraq xatırladırıq: "Vüqar Mahmudov Eldar Mahmudovun ”sağ əli” hesab edilirdi. Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq "AG bank”a daşınıb. Məlumdur ki, "AG bank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir "vurulan”dan sonra Çingiz Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar "AG bank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Çingiz Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı "Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan "qara pul”lar xaricdəki bank hesablarına ötürülüb”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "AG Bank"hesabatını gizlədir...

    "AG Bank"hesabatını gizlədir... ...

    7-11-2018, 16:24

  • 
  • "Günay Bank"a olan güvən günbəgün azalır - HESABAT

    "Günay Bank"a olan güvən günbəgün ...

    12-10-2018, 10:29

  • 
  • “Bank of Baku” ilin sonuna qədər bağlana bilər - Əlillərə kredit verilmir

    “Bank of Baku” ilin sonuna qədər bağlana bilər - ...

    3-09-2018, 23:10

  • 
  • "AmrahBank" "qırmızı zolaqda": Bağlana bilər - GƏLİŞMƏ

    "AmrahBank" "qırmızı ...

    25-09-2018, 19:44

  • 
  • Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində... - GƏLİŞMƏ

    Eldar Mahmudovun şəriki olduğu bank iflas ...

    16-08-2018, 17:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu