GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər

Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər

Tarix: 19-11-2018, 15:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 646
Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər


Bu gün qaranlıq yollarla əldə etdiyi milyonları xərcləyib istirahət edən sabiq nazirin və onun oğlu Anar Məmmədovun ətrafında cərəyan etmiş qətl kabusu

2015-ci ildə vəzifəsini itirən sabiq nəqliyyat naziri Ziya Məmmədov sonuncu dəfə 1 ay əvvəl mətbuata danışıb. O deyib ki, hazırda istirahət edir. Niyə də etməsin? 13 il nazir olub, bu illər ərzində böyük var-dövlətə sahiblənib. Azərbaycandakı multimilyonçular sırasında ilk yerlərdə qərarlaşa bilib. O, nazir vəzifəsinə 2002-ci ildə təyin olunmuşdu. Həmin zaman Ziya Məmmədov, təbii ki, milyonçu yox, maksimum “yüzminçi” idi. Nazir postundan gedəndə isə o, büdcədən yayındırılan, oğurlanan vəsaitlər hesabına milyonçu idi…

Vəzifədə olduğu illərdə Ziya Məmmədov və ailəsi ölkə büdcəsindən maliyyələşən layihələri icra edən bir sıra şirkətlərə sahib idi. Bu şirkətlər sırasında nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “ZQAN Holdinq”, “Bank of Azerbaijan ASC”, Qarant Sığorta, “ZQAN Construction”, “AZBENTONİT”, “Goranboy Gips”, Göyçay Çınqıl Zavodu, “TransEuroCom”, “Delfin” və “Meridian” mehmanxanaları, “Royal Estate” daşınmaz əmlak şirkətlərinin adları çəkilirdi. Ümumilikdə isə Ziya Məmmədov vəzifədə olduğu illər ərzində onun adı daim qalmaqallarda, müəmmalı ölüm işlərində hallanıb.

Vəzifədən gedəndən sonra da adı mətbuatın gündəmindən düşməyib. Sonuncu dəfə Z.Məmmədovun adı İsveç məhkəməsində araşdırılan iş üzrə mətbuatda hallanmışdı. Məsələnin mahiyyəti bu idi ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər. İsveç məhkəməsi həmin vəzifəli şəxslərin kimliyini araşdırdığı bir vaxtda yerli mətbuatda həmin məmurların Ziya Məmmədov və onun müavini olmuş Arif Əsgərovun ola biləcəyi haqda iddialar yer alıb. Sonradan isə bu məbləğin 360 milyon olması açıqlanmışdı.

Ziya Məmmədovun ailə şirkətinin siyahılarında gözə çarpan şirkətlərdən biri də “Goranboy Gips”dir. Əvvəllər həmin şirkətin sahibi 1970-ci il təvəllüdlü Füzuli Şubay oğlu Qasımov idi. Ziya Məmmədov Fizulu Qasımovdan həmin şirkəti almaq istəyirdi, sonuncu isə şirkəti sıfırdan yaratdığını bildirməklə nazirin təkliflərini rədd edirdi. Z.Məmmədovun şirkəti ilə 3 illik məhkəmə davasından sonra 2015-ci il martın 11-də F.Qasımovun meyiti Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkarlandı. O, odlu silahdan ürək nahiyəsinə açılmış atəş nəticəsində həyatını itirmişdi. İş adamının ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı və sonradan işə xitam verildi…

Beləliklə, Z.Məmmədovun ailə holdinqi Füzuli Qasımovun Goranboydakı gips karxanasını ələ keçirdi. Ölümündən 3 il əvvəl, 2012-ci ilin martında F.Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, nəqliyyat naziri Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin.

O dövrdə iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il 1 aprel tarixli sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Həmin vaxt nazirlə çəkişən iş adamı qəzetimizə bunları demişdi: “Biz bu torpaqları ermənidən almışıq. İndi də Ziya Məmmədov, onun oğlu Anar Məmmədov və ətrafları bu torpaqları əlimizdən almaq istəyir. Sovet vaxtı ”Goranboy Gips” ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. Bilmək istəyirəm ki, biz ermənilərlə üz-üzə gələndə Ziya Məmmədovun oğlu Anar Məmmədov harda idi? “Goranboy Gips” ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası 2006-cı ildə iki mərhələdə Füzuli Qasımovdan alınaraq “ZQAN holdinqə” daxil olan “Azbentonit” MMC-yə verilib. “ZQAN-ın tərkibindəki ”Azbentonit” MMC-yə dövlət zəmanəti ilə 52 milyon manat kredit ayrılıb. Yarandığı gündən “Azbentonit” MMC xammal olmadığına görə fəaliyyət göstərə bilmirdi. Buradakı gips mədənlərini ələ keçirib özlərinə məxsus zavodu xammalla təmin etməyə nail olmaq istəyirlər. Digər tərəfdən də, Ziya Məmmədov “Azbentonit”i yaratmaqla ölkədə gips məhsulları istehsalını monopoliyaya almaq istəyir. Onların bu planları isə bizim kimi fərdi sahibkarların sıradan çıxarılmasından keçir”.

Bu gün F.Qasımov dünyada, onun “Goranboy gips”in karxanası isə artıq Ziya Məmmədovda deyil. Ziya Məmmədovun vəzifə pillələrində irəlilədiyi illərdə belə ölümlər az olmayıb.

“Yeni Müsavat”ın 23.06.2010-cu il tarixli sayında “Ziya Məmmədovun adı şübhəli ölüm işində” sərlövhəli yazıda Dövlət Dəmir Yol İdarəsinin rəisi işləmiş Adil Məmmədovun müəmmalı ölümündən söhbət gedirdi. Bu haqda qəzetə açıqlama verən A.Məmmədovun qardaşı F.Məmmədov bunları demişdi.

Sitat: “Adil Moskva Dəmir Yol İnstitutunu qırmızı diplomla bitirdi. 80-ci illərin əvvəllərində Bakıya qayıdaraq Dövlət Dəmir Yol İdarəsində (DDYİ) işə düzəldi. Həmin vaxt indiki nəqliyyat naziri Ziya Məmmədov da həmin idarədə depoda işləyirdi. Bildiyimə görə, Ziya Məmmədov institutu qiyabi, güc-bəla ilə 10-11 ilə bitirib. 90-cı ilin əvvəllərində Dövlət Dəmir Yol İdarəsinin tabeçiliyində ”Azərreyl” şirkəti yaradılıb. O vaxt bu şirkəti MDB məkanında Boris Berezovski təsis etmişdi. Adildən əvvəl həmin şirkətin prezidenti Bəhram adlı şəxs olub. Adil isə onun müavini idi. 1999-cu ildə Adil həmin şirkətin prezidenti oldu. Ziya Məmmədov Dəmir Yol İdarəsinə rəis təyin ediləndən sonra qardaşımla münasibətləri pisləşdi. Bundan sonra Adil Məmmədov “Azərreyl” prezidenti vəzifəsini itirdi. Adil 1999-cu ildə “Azərreyl” şirkətində mühasib işləyən Şəlalə Rəhman qızı Verdiyeva ilə ailə qurmuşdu. Adil gec evləndi… 2004-cü il iyul ayının 15-də gecə Adilin səhhəti Mərdəkandakı bağ evində qəfil pisləşib. Həmin gecə intuitiv olaraq nəsə hiss etdiyimdən Adilin mobil telefonuna zəng etdim. Bunu lazım olsa rəsmi qurumlar yoxlaya bilərlər. Həmin vaxt Adilin yaxın dostları da ona zəng ediblər, amma telefona cavab verən olmayıb. İyulun 16-da axşamtərəfi eşitdim ki, qardaşım dünyasını dəyişib. Bakıya gəldik. “Göy məscid”də meyiti ekspertizadan keçirmədən kəfənə bükülmüş vəziyyətdə bizə təhvil verdilər. Biz də meyiti Qubaya aparıb orada dəfn etdik. Deyilənə görə, Adil vəziyyəti pisləşəndən bir neçə saat sonra Mərdəkandakı Kordioloji Mərkəzə gedib və orada ona iynə vurublar. Vəziyyəti yaxşılaşsa da, sonradan qəfildən ölüb”.

F.Məmmədov qardaşının ölümü ilə bağlı bir neçə müəmmalı məqama toxunmuşdu. Onlardan ən sensasionu və diqqət çəkəni sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. F.Məmmədov demişdi ki, qardaşının həyat yoldaşı söhbət zamanı ona Adilin Ziya Məmmədov tərəfindən öldürüldüyünü deyib.

Sitat: “Mən Şəlalədən niyə telefona cavab vermədiyini və vaxtında təcili yardım çağırmadığını soruşanda o, rusca ”Eqo Ziya ubil da” deyə cavab verdi”.

F.Məmmədov qardaşının ölümündən sonra hüquq-mühafizə orqanlarından heç kimin ölüm işi ilə bağlı onları dindirmədiyini də demişdi.

Sitat: “Qardaşımın ölümündə bir neçə şübhəli məqamlar var. Hamı deyirdi ki, Adili öldürüblər…”

Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb. O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər.

2014-cü il iyulun 11-də sabiq nazirin oğlu A.Məmmədova məxsus “Garant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı ünvanda aşkarlanmışdı. Salyandan olan bu xanımın evində usta işləmiş şəxs tərəfindən öldürüldüyü açıqlanmışdı…

2008-ci ildə isə Ziya Məmmədovun şəxsi mühafizəçisi Eldəniz Qurbanov də qətlə yetirilib. Onun ölümü də müəmmalı olaraq qalır, qatilləri tapılmayıb…

Ziya Məmmədov vəzifədə olduğu müddətcə “ZQAN Holdinq” ölkədə ən məşhur şirkətlərdən biri idi. Beynəlxalq telekanallar Azərbaycanda korrupsiyaya həsr olunmuş verilişlərdə Ziya Məmmədovun şirkətindən bəhs edir, şirkətin adındakı hərflərin nəqliyyat nazirinin ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olduğunu vurğulayırdılar. Həmin dövrlərdə Nəqliyyat Nazirliyinin sifarişi ilə avtovağzal tikintisinə xərclənən böyük pullardan da söz açılırdı. O avtovağzala ki, onu da elə ZQAN tikmişdi və tikinti zamanı böyük korrupsiya əməllərinə yol verildiyi haqda bu günə qədər təkzib edilməyən məlumatlar yayılmışdı. Hazırda Londonda məskunlaşmış nazirin oğlu Anar Məmmədov da “ZQAN Holdinq”in prezidenti idi. Təqdimat mərasimlərində Anar Məmmədov holdinqin rəqabət davamlılığından ağız dolusu danışırdı. Hərçənd ki, hamıya gün kimi aydın idi ki, holdinqin yaranması, ayaqda qalması Ziya Məmmədovun nazir kreslosunun verdiyi imkanlara dayanırdı. Ziya Məmmədov vəzifədən gedəndən sonra holdinq də, onun sahibləri də olmayacaq. 2015-ci ildə belə də oldu. Ziya Məmmədov sadə vətəndaş statusuna gətirilməmişdən öncə artıq Anar Məmmədovun sorağı ölkə hüquqlarından kənarda gəlirdi…

Bu gün isə Ziya Məmmədov istirahət edir, vəzifədə olduğu müddətdə onun sərvətinə çevrilmiş büdcə pullarından xərcləməkdə davam edir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: -  Londona köçdü

    Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: - Londona ...

    9-08-2017, 15:10

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Ziya Məmmədovun daha bir kadrı qovuldu

    Ziya Məmmədovun daha bir kadrı qovuldu ...

    2-12-2017, 19:00

  • 
  • Ziya Məmmədovun oğlunun şirkəti bağlandı

    Ziya Məmmədovun oğlunun şirkəti bağlandı ...

    24-02-2016, 14:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu