GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Delta Qrup C.O." MMC rəhbərliyinin kimliyini nədən gizlədir? – ARAŞDIRMA

"Delta Qrup C.O." MMC rəhbərliyinin kimliyini nədən gizlədir? – ARAŞDIRMA

Tarix: 28-11-2018, 16:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 781
"Delta Qrup C.O." MMC rəhbərliyinin kimliyini nədən gizlədir? – ARAŞDIRMA


Bu gün Azərbaycanda fəaliyyət göstərən və bir çox sahələri əhatə edən "Delta Qrup C.O." MMC 1999-cu ildə təsis edilsə də, bu şirkət haqqında demək olar ki, elə də geniş məlumat verilmir. Belə ki, adıçəkilən MMC-nin rəsmi saytı olan delta-group.az-da müəssisənin hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutduğu, yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq etdiyi, çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi ilə çalışdığı qeyd olunsa da, "Delta Qrup C.O." MMC-nin rəhbərliyi haqda bir cümlə belə, məlumat verilmir.

GundemXeber.Az bildirir ki, əsas fəaliyyət sahəsinə yerli istehsalat və distribusiya (dağıtım) aid olduğu deyilsə də, nədənsə MMC-nin səhmdarları və ya təsisçiləri barədə məlumatlar gizlədilir. Maraqlıdır, görəsən niyə? Əgər "Delta Qrup C.O." MMC həqiqətən də deyildiyi kimi, ölkə bazarında əhəmiyyətli yerə sahibdirsə və istehsal etdiyi, o cümlədən idxal etdiyi məhsulların keyfiyyətinə tam zəmanət verirsə, o zaman nədən adıçəkilən şirkətin rəhbərliyi ilə bağlı delta-group.az saytında heç bir informasiya yoxdur? Təbii ki, bu amil həm "Delta Qrup C.O." MMC, həm onun rəhbərliyi, həm də əhaliyə təqdim etdiyi məhsullarla bağlı çoxlarında ciddi şübhələrin yaranmasına səbəb olur.

Hurriyyet.org-un əldə etdiyi digər məlumatda isə deyilir ki, sözügedən MMC-nin ünvanında - Sumqayıt, Azərbaycan, Sülh küç., 76-cı məhəllə, 10 D-da tamam başqa adda və fərqli sektorda fəaliyyət göstərən zavod yerləşir. Bunun nə dərəcədə doğru olduğunu, daha doğrusu həmin zavodun "Delta Qrup C.O." MMC ilə bağlı olub-olmadığını deyə bilməsək də, şirkətin 447 73 40/41/42 nömrəli telefonlarına etdiyimiz çoxsaylı zənglərin cavablandırılmaması şübhələri birə-beş artırır. Özünüz qərar verin: Şirkətin adı var, rəsmi saytı mövcuddur, həmin saytda MMC-nin yaranma tarixi, gördüyü işlər, markaları, partnyorları və missiyası haqda bütün zəruri bilgilər öz əksini tapıb, lakin rəhbərliyin kimliyinə aydınlıq gətirilməyib. O cümlədən, göstərilən ünvanda başqa zavod fəaliyyətdədir və telefon nömrələrinə də cavab verən yoxdur. Sizcə, buna nə ad vermək olar? Hesab etmək olar ki, adıçəkilən MMC-nin sahibi hansısa yüksəkçinli məmur, vəzifə sahibi olduğundan bu gün şirkəti idarə edən şəxslər onun adını qeyd etməkdən çəkinirlər. Kim bilir, bəlkə də bunun hansısa başqa bir səbəbi var. Ümid edirik ki, "Delta Qrup C.O." MMC-nin yetkili şəxsləri tezliklə Hurriyyet.org-la əlaqə saxlayıb bu və digər önəmli suallarımıza aydınlıq gətirəcək. Eyni zamanda, nəzərinizə çatdırmalıyıq ki, sözügedən şirkətlə bağlı müvafiq dövlət qurumlarına ünvanladığımız sorğuların nəticəsindən sonra "Delta Qrup C.O." və onun məhsulları ilə əlaqədar geniş araşdırmamızı oxuculara təqdim edəcəyik.

Bu arada, onu da qeyd edək ki, "Delta Qrup C.O." MMC ölkəyə kərə yağı idxal edən iri şirkətlərdən biridir. Heç kimə sirr deyil ki, bu gün müxtəlif dükan və marketlərdə satışa çıxarılan kərə yağlarının böyük əksəriyyətinin keyfiyyəti, hazırlanma və saxlanma şəraiti standartlara cavab vermir, ştrixkodları (barkod) düzgün vurulmur. Kərə yağından söz düşmüşkən, bir məsələni də diqqətinizə çatdırmalıyıq ki, Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes sahəsinin isə "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun inhisarında olduğu deyilir. Ümumiyyətlə, hazırda ölkədə əhalinin kərə yağına olan illik tələbatı təxminən, 35-40 min tondur. Bunun isə bir qismi sözdə xaricdən gətirilir, əslində isə müxtəlif sexlərdə, zavodlarda istehsal olunur. Yəni satışda olan yağların 85-90 faizi burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır. Halbuki hər bir istehlakçı barkod vasitəsilə məhsulun original və ya saxta olduğunu müəyyənləşdirə bilər. Bunun üçün xüsusi proqramlar mövcuddur. Əgər həmin proqram barkodu oxuyarsa, deməli məhsul originaldır. Yox, əgər proqram kodu qəbul etməsə, deməli həmin məhsul saxtadır və burda istehsal olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hurriyyet.org-a açıqlamasında qeyd etdi ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: "Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar. Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, "naturalnaya maslo" yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək".

Azad İstehlakçılar Birliyinin apardığı işin nəticəsində bir neçə yağ növünün bazardan çıxarıldığını vurğulayan Eyyub Hüseynovun sözlərinə görə, kərə yağını kəsdirdə, o parçalanıb tökülməlidir: "Bizim gördüyümüz işlərin sayəsində, yəni anti-reklam vasitəsiylə üzərində "ekoloji təmiz" yazılmış Norveç yağı, üzərində qırmızı ilə şəkli olan "Redkao" yağları bazardan çıxarılıb. Lakin onların yerinə spred, yəni qarışıq yağlar, üzərində "naturalnıy" yazılmış yağlar bazarda hökmranlıq sürür. Yağ məsələsini tədqiq etmək üçün Yeni Zelandiyaya yolum düşmüşdü. Orda Azərbaycan üçün göndərilən "Westgold" yağının zavoduna - "Westland Milk Products" süd emalı zavoduna baş çəkdim, fermer təsərrüfatında oldum. Bir dənə həmin yağı gördüm ki, təmiz fermer təsərrüfatında hazırlanır və zavodda Azərbaycan dilinə markalanmaqla ölkəmizə idxal olunur. Ancaq digər yağların tədqiqatını apara bilməmişik. Qeyd edim ki, nehrə yağı adı altında əldə satlan yağlarda da problemlər müşahidə olunur. Belə ki, marqarin və bitki yağlarını nehrəyə atıb qatıqla, qaymaqla qarışdırıb çalxaladıqdan sonra ağlagəlməyən bir şey ortaya çıxır və onun adını kərə yağı qoyurlar. Kərə yağı adı ilə satılan yağların 60 faizi müxtəlif bitki yağlarının qarışığından hazırlanır və onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Əhaliyə məsləhətim odur ki, buna inanmasınlar. İstehlakçı marketlərdən kərə yağı alarkən onları sıxsın, hansı yağ daha bərkdirsə, deməli o daha təmizdir. Bundan başqa, kərə yağını kəsdirdə, o parçalanıb tökülməlidir. O cümlədən, kərə yağları digər yağlardan daha tez əriyir".

Azad İstehlakçılar Birliyinin sədri hesab edir ki, "Delta Qrup C.O." MMC-nin ölkəyə idxal etdiyi məhsulların üzərindəki barkod xarici ölkənin yox, Azərbaycandakı hansısa şirkətin barkodudursa, deməli həmin məhsullar burda qablaşdırılır: "Ola bilsin ki, həmin məhsulları gətirib burda qablaşdırırlar və buranın ştrixkodu vurulur. Ümumiyyətlə, bir qədər əvvəl qeyd etdiyim zavodda olarkən gördüm ki, məhsullar yerindəcə Azərbaycan dilində markalanır. Əgər yağa əl dəyilibsə, guman ki, hansısa müdaxilələr olunur. Təəssüf ki, heç kəs də bunu ayırd etmir. Bir daha nəzərinizə çatdırım ki, gəlib burda qablaşdırılıb satışa təqdim olunan mallara çox guman ki, müdaxilələr olunur".
P.S. Kərə yağları, o cümlədən "Delta Qrup C.O." MMC ilə bağlı araşdırmalarımız nəticəsində əldə etdiyimiz bilgiləri müvafiq qurumlarla da payaşacağıq. Yəqin ki, aidiyyatı orqanlar sözügedən MMC-nin kimliyi haqda Hurriyyet.org-u da məlumatlandıracaqlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirkət rəhbərinin qanunsuz hərəkətləri ifşa edilmişdir

    Şirkət rəhbərinin qanunsuz hərəkətləri ifşa ...

    1-04-2015, 16:59

  • 
  • MMC ilə bağlı cinayət işi başladı

    MMC ilə bağlı cinayət işi başladı ...

    13-11-2013, 16:08

  • 
  • Azərbaycana təhlükəli süd məhsulları gətirilir

    Azərbaycana təhlükəli süd məhsulları gətirilir ...

    4-08-2013, 23:28

  • 
  • "Azərtelekom"un rəhbəri dəyişdi

    "Azərtelekom"un rəhbəri dəyişdi ...

    20-07-2017, 11:45

  • 
  • İnternetin sürətində yaranan problemlərin səbəbi bəlli oldu

    İnternetin sürətində yaranan problemlərin səbəbi ...

    26-10-2017, 13:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu