Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olanların insanları necə aldatdığının şahidiyik. Son illər belə hallarla çox tez-tez qarşılaşırıq. Ev almaq istəyənlərdən pul yığıb aradan çıxanlar, bir mənzili 4-5 nəfərə satanlar, pul yığdıqdan sonra binanın tikintisini yarımçıq saxlayanlar, layihəni bir yana qoyub binanı öz istədiyi kimi tikdirənlər, 12 mərtəbə əvəzinə 14 mərtəbəyə qaldıranlar azmı olub?
Söz yox ki, ev almaq istəyən sakinləri aldadan tikinti şirkətinin rəhbərləri və ətrafı həbs olunur. Bəs olan-olmazını satıb ev almaq istəyi ilə var- yoxlarından çxanların aqibəti necə olsun? İndi isə qəribə hadisə baş verib. Hündür mərtəbəli binaya reketlər rəhbərlir edir. Necə deyərlər, sakinlərin başında qoz sındırırlar. Özü də rayon icra hakimiyyətinin gözü qarşısında. Xətai rayonunda Gəncə prospekti 29/31 nömrəli 12 mərtəbəli (indi 14 mərtəbə olub) binanın sakinlərinin günü məhkəmələrdə keçir. Bu binaya Ayxan və Elçin adlı reketlər sahiblik edir. On iki mərtəbəli binanın özülü “Ələsgəroğlu” MKT tərəfindən qoyulub. Tikinti şikətinin o vaxtkı rəhbəri Kazım Kazımov (Xalq qartisti Aygün Kazımovanın qardaşı) binanın pulunu sakinlərdən müqavilə bağlamaq yolu ilə alıb. Bina hazır olmağa yaxın məlum olub ki, K. Kazımov hər bir mənzili 3-4 nəfərə satıb. Çoxsaylı şikayətlərdən sonra K.Kazımov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olundu. Binanın tikinti işlərinin tamamlanması “ ANT” MKT-yə tapşırıldı. Bu şirkətin Ələkbər adlı rəhbəri “Ələsgəroğlu” MKT-nın rəhbərinin atasına rəhmərt oxutdurdu. Çünki “ANT” şirkətinin rəhbəri bir mənzili 5-6 nəfərə satdı. Bu şirkətin rəhbəri də çoxsaylı şikayətlərdən sonra həbs olundu. Həmin vaxtdan bu binanın sakinlərinin qara günləri başlayıb. Ayxan və Elçin adlı iki “sahibkarın” özbaşınalığına, mənəm –mənəmliyinə görə. İki ilə yaxındır ki, hündürmərtəbəli binaya Ayxan və Elçin adlı iki şəxs sahiblik edir. Onları kim təyin edib, hansı qüvvə idarə edir, bilən yoxdu. Bu qoçular Azərbaycan Prezidentinin qanunsuz tikililərin qadağan edilməsi haqqında göstərişinə də məhəl qoymur. On iki mərtəbəli bina artıq 14 mərtəbə olub. Binanın qarşısı, birinci mərtəbəsi isə qarış-qarış satılıb. Birinci mərtəbədə o qədər əlavə, layihədənkənar tikinti aparılıb ki, sakinlər mənzillərini zorla tapırlar. Halbuki, bura xeyir-şər məclisi üçün nəzərdə tutulmuşu. Birinci mərtəbədə aparılan qanunsuz tikili hissələrə bölünrək satılır. Ayxalna Elçin isə böyük bir hissəni zəbt edərək özlərinə kabinet düzəldiblər. İndi binanın birinci mərtəbəsində hara baxırsan “Satılır” yazılıb. Ən qəribəsi də budur ki, Bakıda hündürmərtəbəli binaların heç birində olmayan “yenilik” bu binada var. Binaya yamaq vurulub. Çöl tərəfdən, görünən yerdən əlavə otaq tikilib və adını da “gözətçi otağı” qoyublar. Azəbaycanda heç bir hündürmərtəbəli binada belə yamaq yoxdu. Binaya sahiblik edən Ayxan və Elçin sakinlərə deyir ki, kimə istəysiniz, gedin şikayət edin. Xətai Rayon İcra hakimiyyətinə pulumuzu verib, işimizi görürük. Özbaşına heç bir tikinti aparmırıq. Xətai Rayon İcra Hakimiyyətində hər şeyi bilirlər. Puluna minnət. Kimə istəyirsiniz şikayət edin. Bu yerdə Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədova oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından bir faktı xatırlatmaq istərdik: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır”. Dövlət başçısı bu sahədə müvafiq sərəncamın imzalandığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də binanın tikilə bilmədiyini qeyd edib. Prezident bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini və qanunsuz tikilən binaların dərhal söküləcəyini bildirib. Ancaq, deyəsən, Xətai rayonunda Gəncə prospekti 29/31 nömrəli binadakı qanunsuz tikintini rayon icra hakimiyyətinin rəhbərliyi “görmür”. Ən dəhşətlisi odur ki, Ayxan və Elçin hər ay sakinlərdən kommunal haqqı yığır və əvəzində qəbz vermir. Pulllar nağd şəkildə yığılır. Qəbz istəyən sakinlərə isə hədə-qorxu gəlirlər. Bunaya elekrtik xətti çəkilən zamanı bu iki şəxs hər sakindən 300 manat yığdı. Su çəkiləndə də 300 manat yığıldı. İndi də qaz çəkmək adı ilə hər sakindən 1000 manat pul yığılır. Deyirlər ki, yığılan pullar “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın rəhbər işçilərinə verilir. Ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarızə aparıldığı bir vaxtda bu nə özbaşınalıqdı? Məgər bunun qarşısını alan olmayacaq? Binanın sakinləri ümidlərini Bakı Şəhər İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bağlayıblar. Xətai Rayon İcra Hakimiyyətindən isə ümidlərini tamamilə üzüblər. Görəsən bu binada qayda qanunu bərpa edən olacaqmı? Qanunsuz tikililər söküləcəkmi? Prezidentinin tapşırıq və tövsiyələrinə əməl olunacaqmı? Sakinlər ümid edir ki, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsi Ayxan və Elçinin qanunsuz əməllərinə, reketçiliyinə son qoyacaq, bu vaxta qədər yığdıqları pulların hesabını soruşacaqlar. “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın rəhbərləri də bu ”sahibkarlarla” əlbir olan işçilərini müəyyənləşdirəcək, bu vaxta qədər yığılan pulların hara sərf olunmasını araşdıracaqlar.
Sorğu
Yeni dizaynımız necədir?