GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN QITLIĞI...

Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN QITLIĞI...

Tarix: 7-12-2018, 13:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 468
Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN QITLIĞI...


Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 29, mənzil 12-də yaşayan Məmmədov Araz Nəsrəddin oğlu onkoloji xəstəliyin müalicəsi üçün tələb olunan dərmanların Azərbaycanda olmamasından şikayətçidir.
GundemXeber.Az bildirir ki, Cebhe.info-ya müraciət edən şikayətçinin sözlərinə görə, 2013-cü ildə prostat vəzinin bədxassəli şişi xəstəliyinə tutulub. Həkimlər müalicəsinin Azərbaycanda mümkün olmadığını deyib və buna görə həmin ilin sentyabrında ağır vəziyyətdə Almaniyanın Mannheim şəhərindəki “Uniklinika”ya aparılıb. Orada olduğu zaman şişin artıq yayıldığı bildirilib və təcili əməliyyat olunub. Əməliyyat zamanı prostat vəzi və limfa düyünlərinin əksəriyyəti çıxarılıb: “Bu əməliyyata görə 30 min avro ödəməli oldum. Həkimlər əməliyyatdan sonra bildirdilər ki, hər 3 aydan müayinə və müalicə olunmalıyam. 2014-cü ilin oktyabrında yenidən əməliyyat edildim. Bu dəfə də daimi nəzarətdə saxlanmalı olduğum bildirildi və olduqca bahalı müalicə kursu yazıldı. Həkimlərin yekdil rəyi bu oldu ki, ildə 4 dəfə müvafiq prosedurları keçməli, "Bikalutamed" adlı dərmanı gündəlik olaraq istifadə etməliyəm. 90 günlük dərman 3500 avrodur. "Firmagen 80 mg" iynəsi ayda bir dəfə vurulmalıdır. Bu isə ayda 500 avro deməkdir. Ancaq bunlar da tam müalicə kursu deyildi. Əlavə yoxlamalara, analizlərə ehtiyac yaranırdı. 2013-cü ilin mayından 2018-ci ilin mayınadək məni müalicə edən həkim tərəfindən gündəlik istifadə üçün bu bahalı dərman və iynə yazılıb. Bundan başqa hər 6 aydan bir ümumi bədən PCT vasitəsilə də yoxlanılır ki, bu da 3500 avrodur. Bu ilin mayından həkimlər müalicə metodikasını dəyişiblər. Analizlər bunu vacib edib. İndi mənə başqa dərman qəbulu tapşırılıb. "Zytiga 500" dərmanından istifadə etməliyəm ki, bu dərmanın da bir qutusunun qiyməti 3500 avrodur. 90 gün üçün 4 qutu tələb olunur”.

Araz Məmmədov bildirib ki, özünün və yaxın qohumlarının müalicəni davam etdirmək üçün maddi imkanı tükənib. Müalicəni dayandırmaq isə pis nəticə verə bilər. Buna görə də Səhiyyə Nazirliyinə müraciət edərək sözügedən 2 dərman vasitəsinin əldə edilməsinə kömək istəyib:

“Hər şeyimizi satmışıq, amma müalicəni qarşılamaq daha mümkün olmur. Son 2 ildə bütün imkanlarım tükənib. Bu müalicəni götürmək artıq mənim imkanım xaricindədir. Müalicəni dayandırmaq isə fiziki məhvolmadır. Xərçəng xəstələri pulsuz müalicə edilir. Dövlət büdcəsindən hər il bu məqsədlə külli miqdarda vəsait ayrılır. Ancaq dərmanlar üçün Səhiyyə Nazirliyinə müraciət edəndə bildirilir ki, ölkədə dərman yoxdur. Mən səhiyyə naziri Oqtay Şirəliyevdən bunun səbəbini soruşmaq istəyirəm ki, xərçəng xəstələrinin müalicəsi ölkədə aparıla bilmirsə, ən azından onları dərmanla təmin etmək olmaz? Büdcədən vəsait ayrılır. Dünyada xərçəng xəstələri üçün təsirli olan müalicə üsulları, məxsusi dərmanlar var ki, onları ölkəyə gətirmək lazımdır. Bəlkə də gətirilir, sadəcə bizim kimi xəstələrə verilmir. Belə münasibətə görə də xəstələr xaricə qaçır. Görəsən, bundan Oqtay Şirəliyevin xəbəri var? Hər halda bununla maraqlanmalıdır, çünki səhiyyə naziri odur”.

Şikayətçinin sözlərinə görə, dərman təminatı ilə bağlı bu ilin noyabrında Səhiyyə Nazirliyinə müraciət edib. Ordan müraciət Milli Onkologiya Mərkəzinə yönləndirilib. Ancaq mərkəzin baş həkimi Azad Kərimlinin imzasıyla daxil olan cavab məktubunda ölkəmizdə sözügedən dərman preparatlarının olmadığı vurğulanıb:

“İndi nə mən, nə ailəm nə edəcəyimizi bilirik. Bunun sonu ölümdür, çünki mənim dərmanları almağa imkanım yoxdur. Ölkəyə isə bu dərmanlar gətirilmir ki onkoloji xəstələrə verilsin”.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarı ilə Azərbaycanda onkoloji xəstələrin dərman vasitələri ilə təminatı, onların cərrahiyyə əməliyyatından polikimyəvi terapiyasına qədər müalicəsi pulsuzdur. Bura sıra müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacı Nuranın müalicəsi davam edir

    Hacı Nuranın müalicəsi davam edir ...

    16-07-2018, 21:00

  • 
  • Xalq artisti əməliyyat olundu

    Xalq artisti əməliyyat olundu ...

    30-06-2017, 12:16

  • 
  • Azərbaycanda bu xəstələrin sayı artır

    Azərbaycanda bu xəstələrin sayı artır ...

    25-05-2017, 13:41

  • 
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35

  • 
  • Bakıda xəstəni necə öldürdülər?

    Bakıda xəstəni necə öldürdülər? ...

    18-04-2014, 10:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu