GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda xəstəni necə öldürdülər?

Bakıda xəstəni necə öldürdülər?

Tarix: 18-04-2014, 10:11 Bölmə :Ölkə Baxış: 913
Bakıda xəstəni necə öldürdülər?
58 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub. O, “Azad Azərbaycan” (ATV) telekanalında yayımlanan “Çox yaşa” verilişinin aparıcısı, uroloq Vasif Ismayıl tərəfindən bu il fevralın 5-də “City Hospital”da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb.
Qeyd edək ki, S.Ələkbərovanın sidik kisəsində xoşxəssəli şiş olub və o, əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, Vasif Ismayıla müraciət edib. Həkim isə sidik kisəsinin ümumiyyətlə götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib. Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib.
S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. Iynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə martın 8-nə qədər “City Hospital”da reanimasiyada qalıb. Məlum olub ki, əslində, S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Qarnının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikiməyib, tamamilə açıq qalıb və irinləyib.
1 ay yarım “City Hospital”da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün “Medistyle” özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.
Həkim Vasif Ismayıl isə bildirir ki, xəstə müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişib: “Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağ ciyərində də ləkələr var idi. Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək xəstəni reanimasiyadan çıxardı”.
S.Ələkbərovanın yaxınları bu məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindədir. “Bu adam ölümünə bais olduğu xəstənin həyatına görə qanun qarşısında cavab verməlidir. Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən vəsait də geri qaytarılmalıdır. Bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik”, - deyə Z.Ələkbərov bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neyrocərrahlar virtual gözlüklə əməliyyat aparıblar

    Neyrocərrahlar virtual gözlüklə əməliyyat ...

    22-02-2016, 17:12

  • 
  • Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama

    Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama ...

    25-12-2013, 13:55

  • 
  • Xəstənin sağlam ayağını kəsən cərrah: "Səhvsiz adam olmur"

    Xəstənin sağlam ayağını kəsən cərrah: ...

    5-07-2016, 13:09

  • 
  • Komaya düşən qadın öldü - Həkim terroru

    Komaya düşən qadın öldü - Həkim terroru ...

    9-01-2014, 13:32

  • 
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    10-01-2014, 16:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu