Redaksiyamıza daxil olan məlumata görə bir neçə saat öncə Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Məktəbdə təhsil alan qız şagirdlərdən birinə görə baş verən mübahisə sonda qanla nəticələnib. Hazırda hadisə yerində rayonun hüquq mühafizə orqanlarının araşdırma apardığı bildirilir. Yaralı şagird isə xəstəxanaya yerləşdirilib. Baş verənlərlə bağlı 9 saylı orta məktəbin direktoru Həcər xanımla telefon əlaqəsi yaradaraq, məlumat almaq cəhdlərimiz boşa çıxdı. Həcər xanım mətbuatdan olduğumuzu bilən kimi dəstəyi asdı. Hadisə barədə araşdırmalarımız davam edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?