gundemxeber.az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, şagirdlərin zəhərlənmələrinin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.
Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?