Psixoloq Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə təhqiramiz açıqlaması Ciddi reaksiya doğurmaqdadır.
O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb: “Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.
Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri Mili Qəhrəman barəsində söylənilən bu fikirlərə görə psixoloqun məsuliyyətə cəlb olunmasını tələb ediblər. Ümumiyyətlə, Milli Qəhrəmanın böhtan və yaxud təhqirə məruz qalması məsuliyyət yaradırmı? Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, qanunvericilikdə istənilən şəxs, yaxud onun xatirəsinin təhqir edilməsiylə bağlı məhkəməyə müraciət nəzərdə tutulub: “Təhqir və ya böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət nəzərdə tutulur. İnsan sağdırsa, özü müraciət edir. Dünyasını dəyişibsə, onun hüquqi varisləri məhkəməyə müraciət edə bilər. Düzdür, mən o fikirlərlə tanış deyiləm. Ona görə də bilmirəm ki, bu fikirlər böhtana, ya təhqirə uyğundur, ya yox. Hər halda ikisindən biri, yaxud da hər iki məsələ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür”. Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı fikirlərə etiraz edib. İfaçı özünün İnstaqram səhifəsində Mübariz İbrahimovun fotosunu "Tarix boyu Azərbaycanın, Türk dünyasının şərəf lövhəsində, qəlbimizdə yaşayacaq Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimov" qeydi ilə paylaşıb. "Düşmənə, şəərfsizə isə ən gözəl cavab sənin varlığındır. Çünki şəhidlər ölmür!", - deyə Azərin vurğulayıb.
Nərmin Şahmarzadə deputat Bəxtiyar Əliyevin ən sevimli tələbəsi olub və...
Nərmin Şahmarzadənin sarsaqlaması ətrafında müzakirələr davam edir. Bəs maraqlıdır, bu qız harada təhsil alıb? Ona dərs deyən müəllimləri kimlər olub və ona necə dərs deyiblər ki, o, hələ də minlərlə soydaşımızın qətlinə bais olmuş, torpaqlarımızı işğal etmiş, Xocalı soyqırımı kimi bir bəşəri qətliama imza atmış erməni murdarlarına qarşı döyüşüb həlak olmuş Mübariz İbrahimovun kimliyini hələ də bilmir??? "Təzadlar" araşdıraraq müəyyən etdi ki, Nərmin Şahmarzadə BDU-nun Psixologiya fakültəsinin 3-cü kurs tələbəsidir. O, Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, nəhayət, Ağdam 118 saylı seçki dairəsindən millət vəkili Bəxtiyar Əliyevdən dərs alıb, deputatın indi də ən sevimli tələbəsidir. Mənbə söyləyir ki, maraqlıdır, B.Əliyevin namizədlik dissertasiyası ermənilərlə dostluğumuza həsr olunub və görünür, Nərmin Şahmarzadə bu elmi işdən bəhrələnib və indi də gələcəyin psixoloqu kimi sarsaqlayır... ölkə Prezidenti, Ali Baş Komandan erməniləri törətdikləri qətliamlara görə tezliklə cavab verəcəklərini deyir, deputat Bəxtiyar Əliyevin dərs dediyi tələbəsi isə ermənilərə qlymır, onları müdafiə edir. Soruşmaq lazımdlr, cənab deputat, cənab Bəxtiyar Əliyev, bəs tələbələrinizə vətənpərvərlik öyrətmirsiniz???
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?