GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)

Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)

Tarix: 19-12-2018, 16:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 799
Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)


Elxan Süleymanov: “Altı villamın dəyəri 50 milyon manatdan çoxdur, amma həmin ərazidə olan yaşayış evlərinin ümumi dəyəri, heç bir milyon manat da etmir. Buna görə də, həmin evlər sökülməli və Göyçay çayının məcrası dəyişdirilməlidir”

Bir-iki gün bundan öncə Göyçay şəhəri, H.Hacıyev küçəsi ev-31 ünvanda yaşayan Həsənov Seyran Əmiraslan oğlu, ölkə rəhbəri cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surətini də, “Gündəm Xəbər”in redaksiyasına göndərib. Seyran Həsənov Prezidentə yazmış olduğu ərizəsində qeyd edir:
“Möhtərəm Prezident! Azərbaycan xalqı Sizin ədalətli olmağınıza tam şəkildə inanır. Əgər Sizdən bəzi harın, qudurğan, vəzifəli, imkanlı şəxslər ehtiyat etməsələr, o halda inanın ki, onlar sıravi vətəndaşları tapdaqlar altında tapdalayarlar. Belə əqidə və düşüncə sahiblərindən biri də, əslən Göyçay rayonundan olan və Şamaxı rayonundan deputat seçilmiş Elxan Süleymanovdur. Bu şəxs bir neçə il bundan əvvəl Göyçay çayının düz ortasında altı ədəd möhtəşəm villa inşa etdirib. Hansı ki, həmin villalar Göyçay çayının axın istiqamətini müəyyən qədər dəyişdirir və belə bir səbəb üzündən də, çayın suyu həyatyanı sahələri yuyub aparır. Buna səbəb olan amillərdən ən əsası, Elxan Süleymanovun inşa etdirdiyi villaların çayın hövzəsini daraltmasıdır.

Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)


Hər kəsə o da bəlli oldu ki, bir müddət bundan əvvəl Göyçay körpüsü uçdu və nəticədə böyük bir fəlakət baş verdi. Bu gün həmin villalar uçmasın deyə, Elxan Süleymanov əl-ayağa düşüb və Göyçay çayının məcrasını dəyişdirmək istəyir. Yəni, bu şəxs istəyir ki, çayın məcrasını dəyişdirsin və çay bizim yaşadığımız əraziyə yaxın yerdən axsın. Belə bir plana görə də, təqribən 50-dən çox sakinə məxsus yaşayış evlərinin sökülməsi gözlənilir. Çünki, Elxan Süleymanov bildirib ki, “Altı villamın dəyəri 50 milyon manatdan çoxdur, amma həmin ərazid”ə olan yaşayış evlərinin ümumi dəyəri, heç bir milyon manat da etmir.

Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)


Buna görə də, həmin evlər sökülməli və Göyçay çayının məcrası dəyişdirilməlidir” deyir. Əslində bu cür yanaşma harınlıq və qudurğanlıqdır. Çünki yaşadığımız bu evləri ata-babalarımız halal zəhmətlə, alın təri ilə qazandıqları pulların hesabına tikdiriblər. Yaşadığımız evlər bizim ata yurdumuzdur. Burada 50-dən çox yaşayış evi var və bu evlərdə 300 nəfərdən çox sakin yaşayır.

Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)


Buna baxmayaraq, Elxan Süleymanov qeyri-qanuni yollarla əldə etdiyi haram pullar hesabına, Göyçay çayının kənarında altı ədəd möhtəşəm villa inşa etdirib və bu gün də belə bir xəyala düşüb. Adı çəkilən bu şəxsin Azərbaycanın çox yerlərində möhtəşəm villaları var. O, bura bəlkə də ildə bir dəfə gəlir. Biz kasıb sakinlərik və halal zəhmətimiz hesabına qazandığımız qəpik-quruş pulla ailələrimizi birtəhər dolandırırıq. Elxan Süleymanovun kasıb insanlara yuxarıdan aşağı baxması, artıq onun harınlaşmasından xəbər verir.

Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)


Deputat yaxın günlərdə evlərimizin sökülməsi məsələsini gündəmə gətirmək istəyir. Onu da bildirək ki, Göyçay çayının hövzəsində əmələ gələn problemin kökünü, məhz bu şəxsin qanunsuz yollarla inşa etdirdiyi altı ədəd villanın varlığında axtarmaq lazımdır. Çünki, Elxan Süleymanov həmin villaları inşa etdirməsi səbəbindən, Göyçay çayının hövzəsi daralıb. Bunu müəyyən etmək üçün hansısa ekspert və yaxud da hansısa istintaq orqanı lazım deyil, adi gözlə baxmaqla da müəyyən etmək olar. Elxan Süleymanovun haram yollarla inşa etdirdiyi altı ədəd villası, bu gün biz göyçaylılar üçün böyük bir dərddir.

Göyçay sakinləri deputatdan cənab Prezidentə şikayət etdilər-ŞOK İDDİA (FOTOLAR)


Ona görə də biz sakinlər ölkə rəhbəri cənab İlham Əliyevdən və digər vəzifə sahiblərindən xahiş edirik ki, bizi Elxan Süleymanovun zülmündən xilas etsinlər. Əgər biz bu möhtəkirin zülmündən, hədələrindən xilas ola bilməsək, o halda gələcəkdə seldən, daşqından qurtarmaq bizim üçün çox çətin olacaq. Ona görə də istərdik ki, bu şəxsə məxsus villalar sökülsün. Belə bir addım atılarsa, gələcəkdə baş verə biləcək təhlükənin qarşısı da alınar. Biz sakinlər möhtərəm İlham Əliyevdən bir daha xahiş edirik ki, Elxan Süleymanovun çirkin niyyətinin qarşısını almaq məqsədilə, ona məxsus villaların sökülməsi üçün aidiyyəti üzrə lazımi tapşırlarını versin. Yəqin ki, o halda biz sakinlərin narahatçılığına son qoyular”.
Mövzu diqqətimizdədir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elxan Süleymanov Göyçay çayının məcrasını dəyişdirir - GİLEY

    Elxan Süleymanov Göyçay çayının məcrasını ...

    17-12-2018, 11:30

  • 
  • İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb - FOTOLAR

    İcra başçısı binanın girişini milyarderin ...

    29-08-2017, 00:20

  • 
  • Deputatın villaları körpünün uçmasına səbəb olub – ŞOK İTTİHAM (FOTOLAR)

    Deputatın villaları körpünün uçmasına səbəb olub ...

    7-06-2018, 14:00

  • 
  • Göyçaydakı qudalar hakimiyyətindən Prezidentə VİDEO ŞİKAYƏT...

    Göyçaydakı qudalar hakimiyyətindən Prezidentə ...

    8-02-2017, 00:56

  • 
  • Toyda bıçaqlaşma olub

    Toyda bıçaqlaşma olub ...

    7-02-2014, 21:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu