GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazirlik 5 milyonluq icarə müqaviləsini Baba Rzayevin qardaşı ilə bağlayıb - Fərid Fərhadzadə Rahib Rzayevin şirkətində təmsilçidir?

Nazirlik 5 milyonluq icarə müqaviləsini Baba Rzayevin qardaşı ilə bağlayıb - Fərid Fərhadzadə Rahib Rzayevin şirkətində təmsilçidir?

Tarix: 22-12-2018, 23:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 186
Nazirlik 5 milyonluq icarə müqaviləsini Baba Rzayevin qardaşı ilə bağlayıb - Fərid Fərhadzadə Rahib Rzayevin şirkətində təmsilçidir?


Dünən ölkə mediasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir fiziki şəxslə 5 milyon manatlıq icarə müqaviləsi bağlaması haqda informasiya yayıldı. İlk olaraq yayılan xəbərlə bağlı rəsmi açıqlama yox idi.

Fərhadzadə Fərid adlı fiziki şəxslə 4,8 milyon manatlıq icarə müqaviləsi bağlanması məlum idi. Lakin rəsmi mənbələrdə icarə obyekti və müqavilənin məqsədi haqqında məlumat açıqlanmamışdı.

Bu gün nəhayət nazirlik 5 milyonluq icarə müqaviləsi məsələsinə aydınlıq gətirib. Nazirlikdən verilən açıqlamada deyilir ki, nazirlik adı çəkilən şəxslə Yasamal rayonundakı böyük binanın icarəsi üçün müqaavilə bağlayıb.

"Həmin binada ƏƏSMN tabeliyində olan DOST Agentliyi və Agentliyin Bakıda yaradılacaq ilk “DOST” mərkəzi yerləşəcək. «Bu məqsədlə Fərhadzadə Fərid Rüfət oğluna məxsus 3,7 min kv.metrlik sahəsi olan binanın 5 illik icarəyə götürülməsi üçün onunla 23.11.2018-ci il tarixdə müqavilə bağlanılıb» deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Rəsmi açıqlamada deyilir ki, icarə müqaviləsinə əsasən binanın hər kv.m-nin icarə haqqı 15 AZN, ƏDV və təmir xərcləri daxil olmaqla isə 22 AZN nəzərdə tutulub. İcarə müqaviləsinin ümumi məbləği 4 874 760 AZN olub. «Müqavilənin bağlanılması müvafiq satınalma qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İcarəyə götürən binada hazırda təmir işləri davam etdirilir»-deyə nazirlikdən bildirilib.

Lakin ortada qalan açıq suallara cavab verilməyib.

Sual 1. Niyə nazirlik dövlət qurumu üçün 5 milyon manata bina inşa etmir və ya satın almır?

Sual 2. 3.7 min kv.metrlik binanı inşa etmək üçün 5 milyon manat kifayət etmirmi?

Sual 3. İcarəyə götürülən bu binada yerləşək dövlət qurumları 5 illik yaradılıb? 5 ildən sonra bu dövlət qurumlarına inzibati bina lazım olmayacaq?

Sual 4. Fərhadzadə Fərid Rüfət oğlu fiziki şəxsdirmi?

Əlbəttə bu suallara cavab almaq üçün Gundeminfo.az-ın əməkdaşları araşdırma aparıblar və məlum olub ki, əslində Fərhadzadə Fərid Rüfət oğlu sadəcə fiziki şəxs deyil. O, eyni zamanda ötən ilin aprel ayında dövlət başçısının sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub.

Və Fərid Fərhadzadə hazırda "Azərenerji" ASC-nin rəhbəri olan Baba Rzayevin qardaşı Rahib Hüseynağa oğlu Rzayevin rəhbəri olduğu "Gök-Nur Bakı LTD" MMC-də müdir vəzifəsində çalışır.

Ötən ilin aprel ayının 17-də Yevlax şəhərində dövlət başçısı İlham Əliyev cənablarının sədrliyi ilə keçirilən "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə iştirak edən şirkətlərdən biri də "Gök-Nur Bakı" MMC olub.

Müşavirədə "Gök-Nur Bakı" MMC-nin müdiri Fərhadzadə Fərid çıxış edərək şirkətin son illər ərzində ixrac etdiyi məhsulun dəyərinin 21 milyon 639 min ABŞ dolları miqdarında ölçüldüyünü, istehsal etdikləri məhsulların Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstan respublikalarına ixrac edildiyini vurğalıyıb. Həmçinin müəssisə rəhbəri məqsədlərinin növbəti illərdə daha da artırmaq olduğunu bildirib.

Deməli Sahil Babayevlə qarşı tərəf olaraq icarə müqaviləsi imzalayan Baba Rzayevin qardaşı Rahib Rzayevin işçisidir. Və əslində Baba Rzayev dövlət proqramlarında adının və yaxud da soyadının hallanmasını istəmədiyindən Fərid Fərhadzadəni irəli verir.

Rahib Hüseynağa Rzayev 1961-ci il avqustun 4-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisliyi İnstitutuna daxil olub. 1978-ci ildən elektrik enerjisi sahəsində çalışıb. Bakıelektrikşəbəkə ASC-də "Elektrik enerjisindən istifadəyə nəzarət" şöbəsində müxtəlif vəzifələrdə işləyib. 4 dekabr 2003-cü ildən etibarən GBS direktoru olub.

Gundeminfo.az-ın araşdırmaları zamanı "Gök-Nur Bakı LTD" MMC-nin əslində elektrik avadanlıqları istehsalı və satışı ilə məşğul olduğu ortaya çıxıb. "Gök-Nur Bakı LTD" MMC uzun zamandır 70 fazilik payı ilə Baba Rzayevə məxsus olduğu söylənilən Dərnəgül şossesində yerləşən "Santral Elektrik"lə eyni ünvanda təsis olunub.

Həm “GBS MMC”nin, həm də “Gök-Nur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var.

Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır.

“Gök-Nur Bakı”nın nizamnamə kapitalı isə 6349000.00 ABŞ dollarıdır.

Bütün bunlar bir daha göstərir ki, əslində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayev arasında şəxsi münasibətlər olduğundən dövlətin vəsaiti məhz fiziki şəxs olaraq göstərilən, əslində isə B.Rzayevin qardaşı Rahib Rzayevlə icarə müqaviləsi əsasında bağlanıb. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda icarə haqları kəskin düşür

    Bakıda icarə haqları kəskin düşür ...

    11-12-2015, 02:55

  • 
  • Nurçular yataqxanadan çıxarılır - Bakıda

    Nurçular yataqxanadan çıxarılır - Bakıda ...

    14-05-2014, 10:55

  • 
  • Sumqayıtda “Bazarstore”-“Qızılgül” qalmaqalı

    Sumqayıtda “Bazarstore”-“Qızılgül” qalmaqalı ...

    4-08-2015, 11:57

  • 
  • Alqı-satqıya pul ödəyib əvəzində icarə müqaviləsi alanlar

    Alqı-satqıya pul ödəyib əvəzində icarə müqaviləsi ...

    22-11-2013, 15:42

  • 
  • “Azərbaycan” Nəşriyyatı “Gündəm Xəbər"lə icarə müqaviləsini ləğv edib

    “Azərbaycan” Nəşriyyatı “Gündəm Xəbər"lə ...

    6-02-2018, 22:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu