«Bazarstore» icarəyə götürdüyü «Qızılgül» firmasına məxsus obyektdən çıxmaq istəmir "Bazarstore” MMC Sumqayıtda icarəyə götürdüyü obyekti ələ keçirmək istəyir. MMC Sumqayıt şəhəri, 30-cu məhəllə, N.Nərimanov 3 ünvanında yerləşən "Qızılgül” firmasına məxsus təxminən 2000 kv.metrlik obyekti icarəyə götürüb. Firmanın direktoru Azər Nəbiyev gundemxeber.az-a ünvanladığı məktubda yazır ki, əmlak bazarındakı hazırkı durumu nəzərə alaraq icarə haqqını artırmaq, qarşı tərəf razı deyilsə, obyektin boşaldılmasını istəyir. Lakin "Bazarstore” MMC nə icarə haqqının artırılmasına razıdır, nə də obyekti boşaltmağa: "Hazırda Sumqayıtda iri ticarət sahəsindəki bazara girmək istəyən bir şirkət firmanın mülkiyyətində olan və icarəyə verilmiş obyektin hər iki mərtəbəsini ayda 40-45 min manata icarəyə götürməyə hazırdır. ”Bazarstore”nin icarə haqqı olaraq ödədiyi məbləğ isə bundan 3,5 dəfə azdır. Hər iki hüquqi şəxsin nümayəndələri görüşüb yeni icarə haqqı barədə müzakirələr aparandan sonra əsas icarə müqaviləsinə əlavə qəbul etməklə icarə haqqını yeniləməlidirlər. Əks halda, yəni müraciətə cavab verilməsi üçün nəzərdə tutulan vaxta kimi cavab verilmədiyi təqdirdə "Qızılgül” firması icarəyə götürülmüş obyektin boşaldılmasını xahiş edib. Amma "Bazarstore” MMC ona təklif ediləni müzakirə etməyib və "Qızılgül” firmasına müxtəlif vasitələrlə təzyiqlər etməyə başlayıb. Özünü "Bazarstore”nin rəsmiləri kimi təqdim edən Ərdal bəy və Mərdan bəy qiymət artımından söhbət getməyəcəyini, obyekti boşaltmayacaqlarını bildirib. Aramızdakı mübahisə mülki məsələ olmasına baxmayaraq qarşı tərəf bizdən Antiinhisar Komitəsinə, prokurorluğa və polis orqanlarına şikayətlər edib. Firma icarəyə görə aldığı icarə haqqından qanunvericilklə nəzərdə tutulmuş vergini vaxtında və qəpiyinə qədər ödəməsinə baxmayaraq onlar bizi vergi orqanının əliylə sıxacaqlarını deyirlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?