GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - GƏLİŞMƏ

Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - GƏLİŞMƏ

Tarix: 16-01-2019, 12:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 495
Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - GƏLİŞMƏ


Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının adı ətrafında başlamış qalmaqal artıq hüquqi müstəviyə yönəlməkdədir. Qeyd edək ki, ötən ilin sonundan onun Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Rəsmi olaraq bu qadağanın səbəbi bilinmir. Ekspertlərə görə, sabiq dövlət məmurunun ölkədən çıxışına qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür. Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma daha çox o ehtimal edilirdi ki, R.Aslanlının çıxışına hansısa cinayət işinə görə qadağa qoyulub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də keçirdiyi mətbuat konfransında R.Aslanlı ilə bağlı suala sensasion hesab oluna biləcək cavab verib.

Mətbuat konfransında K.Əsədovdan son günlər mətbuatda R.Aslanlı ilə bağlı türk iş adamı tərəfindən ona ünvanlanan şikayət məktubu barədə soruşublar. K.Əliyev məsələ ilə bağlı geniş danışmaq istəməyib: “İcazə verin, mən Rüfət Aslanlı ilə bağlı suala cavab verməkdən yayınım. Çünki bu məsələ ilə bağlı araşdırma aparılır. Mən indi deyəcəyim sözlə gələcəkdə atılacaq addımı qarşılamış olaram. Hər hansı bir ifadəm istintaqa təsir edə bilər. Ona görə də araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

K.Əliyevin dediklərindən çıxan iki mühüm nəticə var. Əvvəla, dolayısı ilə təsdiqlənir ki, R.Aslanlının ölkədən çıxışına yasaq qoyulub və bu, medianın da iddia etdiyi kimi, məhz istintaqla bağlıdır. K.Əliyevin açıqlamasından gəlinən daha bir mühüm qənaət isə sabiq məmur haqda istintaqın başlanmasıdır. Onun bu vaxta qədər ifadəsi alınmayıbsa, demək, o, tezliklə müstəntiqlərin suallarına cavab verməli olacaq.

Yada salaq ki, R.Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə Türkiyənin “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan müraciət edib. Müraciət müəllifi bildirib ki, 2012-ci ildə R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. ABŞ, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb. Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da, o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.

Qeyd edək ki, müraciət əsasında ilkin dövr üçün araşdırma aparılmalı, konkret şəxs(lər)i məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır. Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanda nəticələrdən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq, yaxud da cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər.

Ehtimal etmək olar ki, R.Aslanlı təkcə türk iş adamının müraciəti əsasında istintaqa cəlb edilməyib, onun digər əməlləri də araşdırılır. Çünki R.Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Korrupsiya yolu ilə sürətlə varlanan R.Aslanlı kralsayağı həyat tərzi keçirib və gündəlik xərcləri on minlərlə manat təşkil edib. O cümlədən korrupsiya yolu ilə əldə etdiyi vəsaitlərdən Böyük Britaniyada daşınmaz əmlak alıb. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda da yazıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa qoyuldu

    Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa ...

    27-12-2018, 12:17

  • 
  • Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər - Məhşər ayağı...

    Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa ...

    28-12-2018, 13:00

  • 
  • Rüfət Aslanlının ölkədən çıxışının yasaqlanmasının ilginc detalları - GƏLİŞMƏ

    Rüfət Aslanlının ölkədən çıxışının ...

    8-01-2019, 11:14

  • 
  • Rüfət Aslanlı HƏBS OLUNA BİLƏR - ŞOK İDDİA

    Rüfət Aslanlı HƏBS OLUNA BİLƏR - ŞOK İDDİA ...

    18-10-2018, 15:37

  • 
  • Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına qadağa qoyulub?

    Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına ...

    13-09-2018, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu