Hazırda Ağsuya rəhbərlik edən Ənvər Seyidəliyev yerli sakinlər tərəfindən axtarılır.
Gundemxeber.az bildirir ki, bu barədə DİA.AZ-a müraciət edən rayon sakini Ağamusa Nəcəfov deyir.
Daxil olan müraciətdə bildirilir:
"Neçə vaxtdır ki, icra başçısının qəbuluna düşmək istəyirik. Elə bir sistem qurublar ki, Ənvər müəllimlə görüşmək mümkün olmur. Həftədə bir dəfə əsas qəbulu var. Onda da başçı gah Bakıda olur, gah da "ərazi"də".
Narazı vətəndaş bildirir ki, artıq son altı aylıq müddətdir ki, Ənvər Seyidəliyevlə hansıa sakin görüşə bilməyib:
"Deyəndə də cava verirlər ki, Ənvər müəllim bu boyda rayonu idarə edir, Başı qarışıqdır. Biz də cənab prezidentdən xahiş edirik ki, rayonumuza xalqı düşünən başçı göndərsin ki, dərdimizi deyə bilək".
Onu da bildirək ki, iddia olunanlarla bağlı Ağsu RİH-dən mövqe öyrənə bilmədilk.
Yenə də istənilən bir maraqlı şəxsi dinləməyə hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?