GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT

İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT

Tarix: 30-01-2019, 14:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 679
İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT


İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsini GundemXeber.Az saytında dərc olunmasını xahiş etmişdir.

Vətəndaş Hacızadə Elvin Babaverdi oğlu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevdən, eləcə də Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdən şikayətçidir. Məlumat üçün bildirək ki, Çərşənbə axşamı "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda ölkə başçısı İlham Əliyev deyib: “yerli icra strukturları yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər". Beləliklə, vətəndaşın redaksiyamıza ünvanladığı şikayət ərizəsini olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq: “Cənab Prezident! Mən Babaverdi Hacıyevin oğluyam. Atam Babaverdi Hacıyev cavabdehlər Qasımov Fərhad Barat oğlu, Novruzova Şukufə Telman qızı, Qasımlı Nərgiz Barat qızı və Qasımlı Fərhad Barat oğlu tərəfindən tutulmuş ona məxsus İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətin tamamilə boşaldılaraq atamın sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmasına baxmayaraq icra şöbəsinin qanuna müvaviq tədbir görməməsi haqqında dəfələrlə cənab Prezident sizə Vitse- Prezident Mehriban xanım Əliyevaya Ədliyyə Nazirliyinə, Milli Məclisin Hüquq Məsələləri və Dövlət Quruculuğu Komitəsinə müraciətlər etmişdir. Bu müraciətlərə baxmayaraq bu günə kimi heç bir tədbir görülməmişdir. Atam Babverdi Hacıyevin müraciətlərinə belə cavablar verilib. “Cavabdehlər qaçqın olduqlarına, 1997-ci ildən bu ünvanda müvəqqəti məskunlaşdıqlarına və onların başqa yaşayış yerləri olmadığına görə, bu qətnamənin icrası müvəqqəti dayandırılmışdır”.

Atam Babaverdi Hacıyevə verilmiş bu cavablar qanunsuz və əsassızdır. Çünki, Cavabdehlər 2000-ci ildən sonra atama məxsus M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətdə yerləşiblər. Bunu subut edən əlimizdə tutarlı sənədlər var. Belə ki, 2000-ci ildə cavabdeh Qasımlı Nərgiz Barat qızı birinci sinfə qəbul olunan zaman ona yaşayış yerindən arayış verilib. Həmin arayışda cavabdehlərin yaşadığı yer İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda deyil, İsmayıllı şəhəri Nizami küçəsi 8 nömrəli ünvan qeyd olunub. Mən bu arayışın bir sürətini ərizəmə əlavə edirəm. Qeyd edim ki, Şəki Apellyasiya məhkəməsidə 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsini əsas bu iki arayışa əsaslanaraq çıxarmışdır. Eyni zamanda məhkəmə qətnaməsinin dördüncü və beşinci səhifələrində Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin verdiyi saxta arayışla Qasımov Barat Fərhad oğlunun və ailə üzvləri ilə birlikdə guya 1997-ci ildən İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda məcburi köçkün kimi məskunlaşdıqları göstərildiyi xususi qeyd olunub.

İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT


Qeyd edim ki, bizə verilən belə cavabların səbəbkarları İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdir. Bu iki vəzifəli şəxslər bizə məlum olmayan səbəblərə görə, əlaqəyə girərək müraciət etdiyimiz aidiyyatı orqanlara cavabdehlərin atama məxsus mülkiyyətində guya 1997-ci ildən yaşamaqları ilə bağlı saxta arayışlar təqdim edirlər. Belə saxta arayışlar verməklə Taleh Quliyev və Tahir Əliyev cənab Prezident sizi və müraciət olunmuş digər şəxsləri aldadaraq vətəndaşları sizdən və sizin təyin etdiyiniz rəhbər şəxslərdən narazılıq yaratmağa çalışırlar.

İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT


Mülkiyyətimizə qarşı olan bu haqsızlığa və qanunsuzluğa dözməyən atam infarkt keçirdərək bir müddət reanimasiyada qaldıqdan sonra dünyasını dəyişdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevin və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin vəzifəsini daşıdıqları dövlətə həmin dövlətin rəhbərinə və vətəndaşına etdikləri xəyanəti atam həzm edə bilmədi. Ona görə də dünyasını dəyişdi. Hal-hazırda onun varisi mənəm. Varislik haqqında rəsmi sənədim var.

İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT


Mən inanıram ki, bizə qarşı olan bu qanunsuzluğun və haqsızlığın qarşısını alacaqsınız və bu ümüdlədə sizə müraciət edirəm. Xahiş edirəm İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəsi Taleh Quliyevin, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin mülkiyyətimizə qarşı etdikləri bu qanunsuzluqların və haqsızlıqların obyektiv araşdırılaraq qarşısının alınmasına və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz.”
Hörmətlə : Hacızadə Elvin Babaverdi oğlu.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: "Yaddan çıxarmamalıdırlar ki…"

    İlham Əliyev: "Yaddan çıxarmamalıdırlar ...

    30-01-2019, 12:57

  • 
  • Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda iştirak edir

    Prezident İlham Əliyev "Regionların ...

    29-01-2019, 11:27

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22

  • 
  • Prezident regionların inkişafının növbəti mərhələsinə yekun vurur - YENİLƏNİB

    Prezident regionların inkişafının növbəti ...

    29-01-2018, 11:00

  • 
  • Prezident İlham Əliyev: "Bu il bütün sosial proqramlar tam icra ediləcək"

    Prezident İlham Əliyev: "Bu il bütün sosial ...

    26-01-2016, 13:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu