GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramil Həsənovun hər kəsi dəhşətə gətirən “oyun qaydaları”

Ramil Həsənovun hər kəsi dəhşətə gətirən “oyun qaydaları”

Tarix: 8-02-2019, 21:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 009
Ramil Həsənovun hər kəsi dəhşətə gətirən “oyun qaydaları”


Bir müddət bundan öncə Səfərli Sevinc Ramiz qızı “Gündəm Xəbər”in redaksiyasına illər öncə üz-üzə qaldığı problemlərlə bağlı müraciətini təqdim etmişdi.

Adı çəkilən şəxs yazmış olduğu müraciətində qeyd edir ki, “Mən 2010-cu ildən 2013-cü ilə kimi Dubayda gözəllik salonunda işləmişəm. Həmin vaxtlarda orada Mişel əl Məhəmməd adlı şəxslə rəsmi nikaha daxil olsaq da, övladımız olmadı və buna görə də ayrılmalı olduq. Bir qədər vaxt keçdikdən sonra mən Bakıya qayıtmalı oldum və üç ildən sonra Həsənov Ramil Barat oğlu adlı şəxslə tanış oldum. Ramil Heydər Əliyev adına Hava Limanında işləyirdi və tez-tez də Dubaya gedib gəlirdi. Bu şəxsin Hava Limanında işləyə-işləyə tez-tez Dubaya gedib-gəlməsinə əsas səbəb, onun Üzeyir və Kamran adlı şəxslərlə əlaqələrinin olması idi. O, hər iki şəxsin zərgər işlədiyini bildirirdi. Yəni, onlar “SUM” univermağı adı ilə tanınan ticarət mərkəzinin 1-ci mərtəbəsində ikinci girişin sağ hissəsinin birinci sırasında otururdular. Ramil Dubaya gedib gələrkən Bakıya gizli yollarla, həmçinin vergidən yayınmaqla briliant, daş-qaş və digər zinət əşyaları gətirirdi. BƏƏ-də “Qoldsuq” (Dubayda qızıl bazarı belə adlanır) lazımi şeyləri alırdı, günorta saatlarında hoteldə qalırdı və zəng gözləyirdi. Ramil Həsənovun Heydər Əliyev adına Hava Limanında tanışı işləyirdi, həmin şəxs növbədə olarkən o, geri qayıdırdı. Məqsədi gətirdiyi malları maneəsiz keçirmək idi ki, lazım olan xeyrini götürə bilsin. Hava Limanına çatdıqda onun gətirdiyi bağlama təyyarədə qalırdı. Hətta, ona deyirdilər ki, sən hər kəs təyyarəni tərk etdikdən sonra düşərsən. Sərnişinlər təyyarədən düşdükdən sonra Ramilin tanışları onun gətirdiyi bağlamanı ona çatdırırdı. O, çox keçmədi ki, mənimlə yaxınlıq etdi və biz 7 il bir yerdə yaşadıq. Ramil hər zaman mənim imkanlarımdan istifadə edirdi. Günlərin birində onun anasına bir dəst briliant komplekt bağışladım.

Ramil Həsənovun hər kəsi dəhşətə gətirən “oyun qaydaları”


O, mənimlə ailə quracağına söz verdi və məni özünə inandıra bildi. Bir qədər vaxt keçdikdən sonra o, mənə anasının xərcəng xəstəsi olduğunu və buna görə onlara pul lazım olduğu bildirdi. Mən Capayev küçəsindəki 1 otaqlı həyət evimi 32 min manata satdım və ona iki min dollar pul verdim. Bir qədər vaxtdan sonra o, məndən 8 min manat pul adı və mənə həmin pulu Almaniyada mualicə olunan anasına göndərəcəyini bildirdi. Sonra dəqiqləşdirə bildim ki, o, həmin pulu Almaniyada yaşayan Faiq adlı dayısına verib. Ramil hər vaxt mənə “Üzeyirlə qızıl işinə başlamışam, verdiyin pulların hamısını sənə qaytaracağam” deyirdi. Mən Dubayda yaşayarkən imkanım çox yaxşı idi. O, mənə deyirdi ki, “Gəl salon acaq, mən isə razılaşmırdım”. Ramil Dubaya gələndə onun şəhərdə olan bütün xərclərini mən cəkirdim. Elə hallar olub ki, dəfələrlə Dubaydan Ramilin adına “Westelunion” bankı ilə pul göndərmişəm. Bu şəxs Bakıdan Dubaya gedəndə evimə gəlib, oteldə də qalıb, hətta birlikdə Türkiyəyə də getmişdik. 2016-ci ilin hansı ayı idi, heç cür xatırlaya bilmirəm Ramili Hava Limanında rüşvətlə bağlı işdən çıxartdılar. Elə ki, o, başqa bir qadınla ailə həyatı qurdu, o halda ondan soyumağa başladım. Zəng etdikdə isə, müxtəlif bahanələrlə ondan qaçırdım. Bacımın ölümündən sonra Bakıda qalıb bacımın üşağına baxmalı oldum. Bu Ramilin heç də xoşuna gəlmirdi. Daim məndən soruşurdu ki, “Daha Dubaya getməyəcəksən?” Cavab verirdim ki, yox!. Belə bir cavabım heç də onun xoşuna gəlmirdi. Təxminən 2015-ci ilin son vaxtları idi, Ramil Dubaya gəlmişdi və o, bizdə olarkən İradə adlı rəfiqəm də bizdə gəlmişdi. Hətta, İradə Ramillə də dostlaşmışdı. Həmin vaxtlarda İradənin oğlunu həqiqi hərbi xidmətə çağırmışdırlar. Hərbi xidmətdən söz düşür və İradə Ramilə deyir ki, “Mənə 4000 manat pul lazımdır. Oğlumun cəbhə bölgəsinə düşməsini istəmirəm”. Ümumi söz-söhbət zamanı Ramil bildirir ki, “Məmim bir tanışım var, həmin şəxsin övladının ciddi xəstəliyi var, ona görə də o, hər ay övladını İrana mualicəyə aparır. Eyni zamanda o, faizlə pul verir, istəsən Sevincə görə (məni nəzərdə tuturdu) ona ağız açaram”. O halda ona (təklikdə) dedim ki, mən heç kəsə “qarant” durmuram və onu da bildirim ki, İradə heç də pis qız deyil . Çox keçmədi ki, o, Bakıdan Dubaya 20 faizlə 1000 dollar pul köçürtdü. Özü Kamranla Bakıya gəldikdə isə, 20 faizlə 3000 dollar pulu qıza əlbəəl verdi. Təxminə 2014- cü idə hər ay 20 faizlə pul verdi. Bir sözlə, 2 il mütəmadi olaraq ona 800 dollar faiz pulu göndərdi. O, İradənin dəqiqliyini gördü və ona əlavə 3000 dollar pul da verdi (o vaxt onun yanında deyildim). İradə mənə dedi ki, “Ramil mənə 3000 dollar pul verdi”. İradə hər ay ona 1400 manat faiz pulu göndərirdi. O, pulu ona hissə-hissə, yarısını mənim adımla göndərirdi. Dubayda belə bir qayda var, kim 1000 dollar pul göndərirsə səhəri səni sorğu-sual olunur. Dubayda Gülnarə adında bir qadın var idi və hər kəs ona “Gülya” deyirdi. Onun geyim mağazası var idi və elə ki, Bakıya pul göndərmək lazım gəlirdi, o halda ona yaxınlaşırdıq. Adı çəkilən xanımın da Bakıda “SUM”-un arxasında zərgər işi ilə məşğul olan bir kişi qohumu var idi. Çox vaxt faiz pulunu “Gülya”nın vasitəsilə göndərirdik. Əvəzində ona təqribən 50, yaxud da100 dirhəm hörmət edirdik. O da telefonla kişi qohumuna zəng edib tapşırırdı ki, “Yanına Ramil adlı şəxs gələcək. Əvvəlcə onun kimliyini yoxla, sonra hər ay ona təxminən 3050 dollar pul ver”. Ramil isə yalandan deyirdi ki, “Kişi faizi alarkən bizə dua edir”. Guya kişi Ramilə 50 dollar hörmət edirdi. Beləliklə o, hər ay faiz pulunu alırdı. O, 2 il 6 ay mütəmadi olaraq İradədən 3 min 50 dollar faiz pulunu ya bank, ya da ki, “Gülya”nın Bakıdakı tanışı vasitəsilə götürürdü. Bundan başqa o, Əsmər adlı qadına da 2600 dollar pul verdi. 600 dollara 150 dollar, 2000 dollara isə 400 dollar faiz pulu alırdı. Əsmər bir il iki ay ona 550 dollar faiz pulu verdi. Sonra İradə və Əsmər mənə dedilər ki, “Artıq biz faiz pulu vermirik, ona 2 il 6 ay faiz pulu vermişik. Daha verməyəcəyik. Biz faiz pulu verə-verə küçələrdə qalmışıq. Hara gedir getsin, biz daha ona faiz pulu verməyəcəyik”. Mən Ramilə dedim ki, bu işlərə qarışmıram, bunu sənə əvvəl də demişdim. Sənə demişdim ki, faiz məsələsinə məni qatma, bu məsələ ilə bağlı mənə zəng etmə. Get onları həbs etdir, ya etdirmə özün bilərsən. Anam deyil, bacım deyil. Onlar düz doqquz ona pul vermədilər və bildirdilər ki, “Biz Bakıya gedib cənab Prezidentə Ramil Həsənovdan şikayət yazacağıq. Hər ikimiz pulsuzluq səbəbindən uşaqlarımızın üzünə həsrət qalmışıq. Bir il pul məsələsi dayandı. Ramil yanıma gəlib gedirdi və mənə deyirdi ki, “Sən mənə yaxşılıq eylə, onların soyadlarını mənə de. Mən onların ad və soyadlarını teleonla ona dedim. Həmin vaxtdan iki ay keçdi və üç aylıq vizam başa çatdığı üçün Bakıya qayıtdım. Məqsədim ikinci vizanı almaq idi. Elə ki, mən onunla Badamdardakı “Qurd Qapısı” restoranında görüşdüm, o halda ona dedim ki, mən qızların koordinatlarını sənə verməkdə düz eləmədim. Çünki, sənə əvvəldən demişdim ki, məni bu işlərə qarışmıram. Qızlar sənə kifayət qədər pul veriblər indi vəziyyətləri heç də yaxşı deyil. Onlar yazıqdırlar, faizi dayandır, hər ay sənə pulun mayasından 500 manat pul versinlər. Cavabında o, dedi ki, “O, adam razı deyil, “deyir get pulumu gətir”. Mən qızların ünvanlarını ona vermişdim, o da, risk edib onların qapısına getmədi. Qızlar ona demişdi ki, “Biz pis yola sənə görə düşdük”. “20 Yanvar” dayanacağında Aidə Abdullayeva adlı bir rəfiqəm var idi, o, Xırdalanda yaşayırdı və Ramilli də tanıyırdı. O, Ramilin faizə pul verdiyini bilirdi və ondan 2000 dollar pul götürmüşdü. Ramil ona dedi ki, “Yaxşılıq edib sənə pulu 15 faizlə verə bilərəm”. Ramil Aidəyə yanımda 2000 dollar pul verdi və o, ona 18 ay faiz pulu ödədi. Elə ki, Aidə Abdullayevanın anası rəhmətə getdi, o halda o, faiz pulu verməyi dayandırdı. O, dedi ki, “Anam rəhmətə gedib, daha sənə faiz pulu verməyəcəyəm”. Çox keçmədi ki, hər ikisi telefonda əməlli-başlı mübahisə etməyə başladılar. Aidə dedi ki, “Get ver məni məhkəməyə, hakim qərar çıxararsa o halda sənə ayda 50 manat pul verərəm. 18 ay sənə faiz pulu ödəmişəm”. 2015-in oktyabr ayından Ramilin söz-söhbəti dayandı və o, qızlarla bağlı nə məhkəməyə, nə də polisə müraciət etdi. Buna baxmayaraq, bizim Ramillə münasibətimiz davam edirdi. Mən yenə Dubaya gedib-gəlirdim və heç bir problemim yox idi. Bakıya gəldikdə o, məndən pul istəyirdi və “Maşın almışam, kreditim var, mənə pul ver, bir az mənə köməklik eylə” deyirdi. Mən bəzi söz-söhbətlər eşitdiyimə, həmçinin mənə demədən evləndiyinə görə, ondan aralanmaq qərarına gəlmişdim. Ondan aralandıqca o, məndən əl çəkmirdi. 2017-ci ildə Bakıda idim. O, mənimlə yaxınlıq etməyə başladı və dedi ki, “Səni sevirəm. Anam xəstə olduğu üçün evləndim ki, anama baxan olsun. Arxada qardaşlarım da var idi, onlar da evlənməli idilər”. 06 iyun 2017-ci il tarixdə bacımgildə idim. Ramil mənə zəng etdi və “gəl görüşək” dedi. Bir qədər götür-qoy etdikdən sonra, görüş vaxtını axşam saatlarına təyin etdik. O, həmin gün saat 8-9 radələrində məni Nizami metrosunun arxa tərəfindən götürdü və birlikdə “Çapayev” küçəsindəki çay evinə getməyi təklif etdi. O halda bildirdim ki, mənim bir tanışım var onun obyekti “VİP” yeridir, oturaq orada və ətraflı söz-söhbətimizi də edək. Çıxanda da tantuni yeməyə gedək. Belə bir təklifimi etsəm də, Ramil məni Nərimanovda zirzəmidə yerləşən çay evinə apardı. Getdik həmin çay evinə və bizi bir arıq ofisant hörmət-izzətlə qarşıladı. Biz iki divan və ortada bir stol olan kabinədə əyləşdik. Çay dəsgahı və bir qəlyan sifariş etdik. Kabinədə təxminən 10 dəqiqə oturmuşduq ki, o, bayıra çıxdı və mənə “Sən otur, on dəqiqəyə gəlirəm” dedi. Geri qayıtdıqda ofisiantdan qələm və kağız istədi. Mən ona nə olub deyə sual etdim. Cavabında bildirdi ki, “O, qadınlar üçün götürdüyüm pul sahibinə bir kağız yazaq ki, məndən əl çəksinlər, mən boğuluram”. O, həmin vaxt mənə ərizə yazdırdı ki, güya mən 15 min ABŞ dolları pul götürmüşəm, ayda da 500-nü ödəməyə razıyam. Ramil yalvardı ki, “Sən yaz, mən zibildən qurtara bilim, atama xəbər çatmasın. Atam məni qumar oynadığıma görə “silib”, bu xəbəri də eşitsə məni evdən qovacaq. Mən harda qalaram, sən yaz, sonrakı işlər mənlikdir”. Mən ona xəttimin pis olduğunu bildirsəm də, o, dedi yaz, kimdi xəttə baxan! Mən yazmaqdan imtina etdim və bildirdim ki, götürmədiyim pula görə niyə yazmalıyam? Beş dəqiqə keçmədi ki, qapı açıldı və içəri iki nəfər daxil oldu. Onlardan biri iri cüssəli kök dolu oğlan idi, o biri isə, idmançı geyimində qapıda dayanmışdı. Həmin şəxslərdən biri Ramilə dedi ki, “Səni nə vaxta qədər gözləyəcəyik? Sən bilirsən ki, bu pul böyuk adamındır. Əlimizdən hara qaçacaqsan? Oğlanın sifətində sızıqlar var idi. O, çox keçmədi ki, hay-həşir saldı və əlində də buçaq tutmuşdu. İdman geyimində olan iri cüssəli oğlan isə, əlində təsbeh fırladırdı. Həmin oğlan Ramili söyüb ölümlə hədələdi və dedi ki, “biz bu işə “kurs olmuşuqsa”, deməli sənə pis olacaq. O halda Ramil bildirdi ki, “Bu dəqiqə kağızı yazıb veririk, bizə bir az vaxt verin”. Həmin an oğlan əlindəki bıçağı mənə tərəf fırlatdı. Ramil mənə yalvardı ki, “Sən tez yaz ki, mən bu işi yoluna qoya bilim”. Mən Ramilə inanın həmin kağıza dediklərini yazdım. Onu da bildirim ki, həmin an bərk qorxmuşdum, eyni zamanda Ramilə görə də narahat idim. Qorxdum ki, onu və məni öldürərlər. Oğlanlardan birinin adı Orxan idi, o birinin adını isə dəqiqləşdirə bilmədim. Söyüşdən sonra Ramil həmin oğlana dedi ki, “brat” bu söhbəti edərik”. O da cavab verdi ki, “gəlmişik edək”. Hər ikisinin mübahisəsindən sonra Ramil mənə dedi: “Yaz, bu zibil canımdan qurtarsın”. Ramil “diktə etdi” mən də yazdım.Yazıb qurtardıqdan sonra o, Orxana dedi ki, “brat” mən söhbətdən qaçan deyiləm, al bu qəbzi vaxt ver, gələn ayda 500 dollar ödəniləcək”. Onlar mənim yazıb verdiyim kağızı götürüb getdilər. Ramil isə ofisiantı çağırıb çağıraraq “qaqaş, qəl hesabı apar”. Hesabı onun özü verdi və biz “Milli Bank”dan aşağıda yerləşən “Tantuni” restoranına getdik və 6 ədəd tantuni aldıq. Tantunilərdən birini Ramil yedi, 5-ni isə mənə verdi. Çölə çıxdıqda Raminə dedim ki, “Mən şikayət vermək üçün polisə gedirəm, şikayətimi verib Orxanı diz çökdürəcəyəm. O belə bir istəyimin qarşılığında “Qaracılıq eyləmə, gəl otur maşına, camaat bizə baxır” dedi. Dedim gedirəm polisə, o, Orxan mənə hücum çəkdiyinə, hədə gəldiyinə görə onu həbs etdirəcəyəm, sən də baxarsan. O halda Ramil bildirdi ki, Yasamalda xalam oğlu Fəxri işləyir, onun ləqəbi “Fəxi”dir. Sabunçuda Emil prokuror işləyir, o mənə yaxın şəxsdir, əmim də DİN-nin 102 xidmətində işləyir. “Seva” sən heç də narahat olma, onları mən “mələdim” sən də baxarsan. Və həmin an o, məni maşında qucaqladı və sakitləşdirməyə də çalışdı. “Bu “razborka”nı özüm yoluna qoyacağam” dedi. Sonra maşını sürdü və “Capayev” küçəsində yaşayan bacımgildə düşürtdü. Bu hadisə 2017-ci ilin iyun ayında baş vermişdi.

2018-ci ilin avqust ayında Cəlilabad rayon Məhkəməsindən məktub gəldi və həmin məktubda Ramilin mənə qarşı mülki qaydada iddia tələbi irəli sürdüyünü və buna görə şikayətçi olduğunu gördüm. O halda anladım ki, bu Ramilin mənə qarşı qurduğu oyunlardan biridir. 2017-ci ilin 11 fevral ayında bacım Ləman rəhmətə getdi və 22 mart 2017-ci il tarixdə onun qırx yas mərasimi oldu. Ramil bacımın bütün hüzüründə, məsciddə, cümə axşamlarında yaxından iştirak etdi. Həmin vaxt o, mənə “Sən Dubaya gedəcəksən?” deyə sual verdi. Cavab verdim ki, bacımın yas mərasimini yeni yola vermişik, hələlik onun uşaqlarına baxıram. O halda o, mənə “Ora getsən vəziyyətdən çıxa bilərsən, əlim aşağıdır, yoxsa sənə köməklik edərdim” dedi. 11 fevral 2017-ci ildə Ramil məni hava limanından Dubaya yola saldı və “Ailədən nigaran qalma, mən buradayam, deyə, mənə təsəlli verdi. Orada təxminən 11 gün qaldım və işlərimi müəyyən qədər də sahmana saldım. Az sonra Bakıya qayıtmalı oldum. O, həmin ərəfədə tez-tez zəng edirdi və mənimə görüşürdü. O, 2017-ci ilin 6 iyun günü zəng etdi və məni çay işməyə dəvət etdi. Mən razı oldum və o halda o, mənə “Tanışımın bir yeri var” ora gedək dedi. O, gəlib məni maşınla götürdü və Nizami metrostansiyasının arxa tərəfinə apardı.

Hüzürdən sonra mənə zəng edib görüşdükdən və pul söhbəti etdikdən sonra, o, məni fırlada bildi. Mən ona dedim ki, daha Dubaya getməyəcəyəm. O, isə bildirdi ki, “Pul söhbətinə görə məni incidirlər”. Ona dedim ki, axı mənə kağız yazdırdınız. Məndən daha nə istəyirsən? Pulu kimə vermisən, get ondan da pulunu al dedim. Məlum hadisədən sonra xəbər tutdum ki, o, məni məhkəməyə verib. Məhkəmədən kağız gələndə başa düşdüm ki, bütün bunlar Ramilin düzüb-qoşduğu oyunlardır. Onu da bildirim ki, Ramilin ərəblərlə sıx əlaqəsi var idi və Bakıya gələn ərəblərə qız satırdı. O, bir neçə dəfə zəng edib məni də dəvət etmişdi. Deyirdim ki, ərəblər birdən mənə də sataşarlar, o halda cavab verirdi ki, “Qorxma gəl, sən gələndə səni özümlə götürərəm”. Ramil iki yaraşıqlı qız çağırırdı və onları ərəblərə “satdı”. Belə bir addımının qarşılığında o, mənə bir dəfə 200 dollar, bir dəfə də 150 dollar pul verdi. Həmin qızlara isə ərəblərlə münasibətdə olduqları üçün 300 dollar pul verdi. Mən onunla mübahisə etdim ki, sən bu qızları hardan tanıyırsan? Cavab verdi ki, “Gic-gic danışma, mən səni heç kəsə dəyişən deyiləm”. Seva adında bir “mamaroza” tanıyıram, bu qızları o gətirir. Ramil daim mənə deyirdi ki, “Qardaşım Emilin hayat yoldaşının əmisi Daxili İşlər Nazirliyi, İnsan Alveri qarşı Mübarizə İdarəsində məsul vəzifədə çalışır”.

Sevinc Səfərli
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Səfərlidən ölkənin rəsmi şəxslərinə şok müraciət - FOTOLAR

    Sevinc Səfərlidən ölkənin rəsmi şəxslərinə şok ...

    12-12-2018, 18:14

  • 
  • Beynəlxalq Hava Limanında dərəbəylik

    Beynəlxalq Hava Limanında dərəbəylik ...

    17-09-2013, 12:47

  • 
  • Bakı aeroportunda sərnişin başqasının pasportu ilə DSX-dan sərbəst keçərək gözləmə zalına gedib

    Bakı aeroportunda sərnişin başqasının pasportu ...

    4-06-2017, 20:46

  • 
  • Ancelina Coli bu dəfə təkbaşına hava limanında - fotolar

    Ancelina Coli bu dəfə təkbaşına hava limanında - ...

    14-09-2017, 14:33

  • 
  • Londonda hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

    Londonda hava limanında terrorçuluqda şübhəli ...

    9-04-2018, 10:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
Aposte no BetBoom cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu