GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GƏDƏBƏYDƏ NÖVBƏTİ ÖZBAŞINALIQ - “Əhali çox acınacaqlı vəziyyətdə yaşayır, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”

GƏDƏBƏYDƏ NÖVBƏTİ ÖZBAŞINALIQ - “Əhali çox acınacaqlı vəziyyətdə yaşayır, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”

Tarix: 28-02-2019, 11:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 8 759
GƏDƏBƏYDƏ NÖVBƏTİ ÖZBAŞINALIQ - “Əhali çox acınacaqlı vəziyyətdə yaşayır, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”


Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının sabiq direktoru Yusif Murğuzovla bağlı mətbuatda dəfələrlə tənqidi məqalələr yer alıb. Amma, deyəsən, Murğuzov vəzifəsindən kənarlaşdırılsa da, adıçəklən kombinatla bağlı problemlər aradan qaldırılmayıb. Gədəbəy şəhərinin sakini Fəqani Hüseynovun ünvanladığı şikayət məktubu belə düşünməyə əsas verir. Məktubu olduğu kimi sizə təqdim edirik:

“Əkbər Kazımov bütün vəzifələrə öz yaxın qohumlarını təyin edib, bütün yerli sürücü və traktorçuları isə işdən kənarlaşdırıb”

“Mən, Hüseynov Fəqani Faiq oğlu, 1962-ci ildə anadan olmuşam. Gədəbəy şəhərinin Şəhriyar küçəsindəki 8-ci binada yaşayıram.

Bildiyiniz kimi, cənab prezident işsizliyin aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb. “Dost iş Mərkəzi” MMC yaradılıb, həmin cəmiyyətin bir filialı da Gədəbəy rayon Məşğulluq Mərkəzinin nəzdində fəaliyyət göstərir. Amma əfsuslar olsun ki, Məşğuluq Mərkəzinin öz direktoru olduğu halda, Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının yeni təyin olunmuş direktoru Əkbər Kazımov vəzifəsindən sui-istifadə edərək, özünü orda rəhbər kimi aparır. Səfalət içində yaşayan yoxsulları işə qəbul etmək əvəzinə, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Rüstəm Nağıyevlə əlbir olan kombinat direktoru öz yaxınlarını, tanışlarını kombinatda işlə təmin etdirir.

Bu ilin yanvar ayının əvvəlində həyat yoldaşım, Gədəbəy şəhər sakini, 35 il Gədəbəy Rayon Məhkəməsində dəftərxana müdiri işləyən Hüseynova Natella Aydın qızı bütün lazımi sənədləri Məşğulluq Mərkəzinə təqdim etdi, rəsmi qaydada əmək müqaviləsini də imzaladı. Onunla eyni vaxtda Saratovka kəndinin sakini, 5 atasız uşaq böyüdən Yeganə Ələsgərova, Gədəbəy şəhər sakini, Qarabağ müharibəsinin veteranı Məmmədəli Cəfərov, veteran oğlu Fariz Qasımov (ailədə 5 nəfər var - iki qadın, üç kişi - heç biri də işləmir, maddi vəziyyətləri çox ağırdır) və digər aztəminatlı ailələrin nümayəndələri sənədlərini təqdim edib, əmək müqaviləsini imzaladılar. Yanvarda işə qəbul olunan vətəndaşlara fevralda işdən azad edildikləri bildirdi. Heç əmək haqları da verilmədi. Maaş kartlarını belə ala bilmədilər. Yenə də kombinat direktoru ailə ansamblını ətrafına toplayıb, bu adamları işsiz qoydu.

“İstəyirəm, haqq-ədalət öz yerini tapsın. Dövlət səviyyəsində yoxlama təşkil edilsin, işə götürülən bütün vətəndaşların şəxsi işləri araşdırılsın”

GƏDƏBƏYDƏ NÖVBƏTİ ÖZBAŞINALIQ - “Əhali çox acınacaqlı vəziyyətdə yaşayır, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”


40 ilə yaxındır Bakının Xəzər rayonunda qeydiyyatda olan, Gədəbəyin yolunu, küçələrini tanımayan, ötən ilin dekabr ayında rayonun Kommunal Müəssisələri Kombinatına direktor təyin edilən Əkbər Kazımov kombinatı çapıb-talayır, amma gözü doymur, Məşğulluq Mərkəzinin işinə də müdaxilə edir. Kombinatda bütün vəzifələrə öz yaxın qohumlarını təyin edib, bütün yerli sürücü və traktorçuları isə işdən kənarlaşdırıb. Heç kəsi də saya salmır. Hətta o həddə çatıb ki, işçilərlə nalayiq ifadələrlə danışır, Məşğuluq Mərkəzinin müdiri Sənan Mürsəlova deyir ki, mən olan yerdə sən kimsən, kimi deyirəmsə, onların da əmirini verin.

Mən özüm 18 ilə yaxın mətbuat işçisi olmuşam, ona qədər 20 il polisdə çalışmışam, Qarabağ müharibəsi veteranıyam. Bir müddət işsiz qaldım. Amma icra başçımız İbrahim Mustafayevin sayəsində, onun şəxsi göstərişi ilə 6 aydır ki, adıçəkilən kombinatda bağbanlıq edirəm. Onu da deyim ki, artıq ikinci aydır əmək haqqımızı ala bilmirik. Əvvəlki maaş kartımızı bizdən alıblar, yenisini isə hələ verməyiblər.

İnanın ki, mən bu məktubu nə özümə, nə də ailəmə görə yazmıram. Mənə təsir edən yerli məmurların cənab prezidentin sərəncamına məhəl qoymaması, aztəminatlı ailələrin işlə təmin edilməsi üçün dövlət büdcəsindən ayrılan pulun işbazlar tərəfindən mənimsənilməsidir.

GƏDƏBƏYDƏ NÖVBƏTİ ÖZBAŞINALIQ - “Əhali çox acınacaqlı vəziyyətdə yaşayır, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”


“Bu gün sərhəd bölgəsi olan Gədəbəyin əhalisi çox acınacaqlı vəziyyətdə yaşayır. Hətta doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”

İstəyirəm, haqq-ədalət öz yerini tapsın. Dövlət səviyyəsində yoxlama təşkil edilsin, işə götürülən bütün vətəndaşların şəxsi işləri araşdırılsın. O zaman məlum olacaq ki, onların hamısı kifayət qədər təminatlı insanlardır, hamısı da kombinat direktorunun qohumu və tanışdır.

Məndə olan məlumata görə, ötən həftənin sonu icra başçısı toplantıda Əkbər Kazımovu yetərincə tənbeh edib, hətta iclasdan belə çıxarıb. Amma hələ ki, kombinat direktoru vəzifəsindən kənarlaşdırılmayıb, özbaşınalığından da əl götürməyib.



Bu gün sərhəd bölgəsi olan Gədəbəyin əhalisi çox acınacaqlı vəziyyətdə yaşayır. Hətta vəziyyət o yerə çatıb ki, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq. Yəni, regionlarda işsizliyin aradan qaldırıldığını bəyan edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, "ailədə 2 nəfər işləyəndə, iki yerdə çalışanda 180 manatla dolanmaq olar" söyləyən millət vəkili Hadi Rəcəbli burda baş verən özbaşınalıqlardan xəbərsizdir?

Sizin qəzetiniz vasitəsilə ölkə prezidentinə, aidiyyati qurumlara müraciət edirəm, onlardan adıçəkilən məsələni hərtərəfli araşdırıb günahkarları cəzalandırmalarını xahiş edirəm”.

Sözügedən məsələyə aydınlıq gətirmək və qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının baş mühasibi Bayram Abbasovla telefon bağlantısı qurduq. Bayram Abbasov şikayətçinin dediklərini qəti surətdə təkzib edib, “burda belə söhbət yoxdur” söyləyərək dəstəyi asdı.

Gədəbəy rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Mürsəlovla danışmaq cəhdlərimizsə boşa çıxdı. Əvvəlcə katibə Sənan müəllimin 10-15 dəqiqəyə kabinetinə qayıdacağını bildirdi, deyilən vaxtda zəng vurduq, bir neçə uğursuz cəhddən sonra nəhayət mərkəzin özünü təqdim etməkdən boyun qaçıran əməkdaşı zəngimizə cavab verdi. Sənan Mürsəlovun toplantıda olduğunu, nə vaxt qayıdacağının bəlli olmadığını söylədi. Ondan vəziyyətə aydınlıq gətirməsini xahiş etdik. Bildirdi ki, adları çəkilən şəxslər yanvarda deyil, oktyabrda işə qəbul ediliblər, 3 aydan sonra əmək müqavilələrinin müddəti bitdiyinə görə işdən azad ediliblər.

Onların nə səbəbə işdən azad edildiyini soruşduq, cavab verdi ki, dəqiq bilmir. Amma çox guman ki, həmin şəxslərin kifayət qədər imkanlı olduğu aşkar edildiyindən, onlarla əmək müqviləsi bağlanmayıb. “5 uşaqlı dul qadın necə kifayət qədər imkanlı ola bilər?” sualı onu çaşdırdı. “Bəlkə vaxtlı-vaxtında işə gəlməyib, yaxud hansısa başqa səbəbdən işdən azad edilib”,- deyə sualımızı cavablandırdı.

Ondan kombinatdakı özbaşınalıqlardan, direktorun öz ətrafına qohum-əqrəbasını yığdığından xəbərdar olub-olmadığını soruşanda səsindən karıxdığını hiss etdik, söylədi ki, heç nədən xəbəri yoxdur, adi işçidir, bu suallara ancaq Sənan Mürsəlov cavab verə bilər. Bizdən əlaqə nömrəsi xahiş etdi və Sənan müəllimin bizimlə əlaqə saxlayacağını bildirdi. Amma az sonra söylədi ki, Sənan Mürsəlovla danışıb və direktor bildirib ki, yalnız mərkəzə rəsmi məktubla müraciət etdiyimiz halda suallarımız cavablandırılacaq.

Rəsmi məktubların necə “cavablandırıldığını” yaxşı bildiyimizdən burdan Sənan Mürsəlova müraciət edərək onun mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəy rayon sakini bıçaqlanıb

    Gədəbəy rayon sakini bıçaqlanıb ...

    23-01-2017, 20:53

  • 
  • Gədəbəy sakini Gəncədə öldürüldü

    Gədəbəy sakini Gəncədə öldürüldü ...

    10-12-2018, 09:52

  • 
  • Gədəbəy sakini qayadan yıxılıb, vəziyyəti orta-ağırdır

    Gədəbəy sakini qayadan yıxılıb, vəziyyəti ...

    18-06-2017, 20:04

  • 
  • Gədəbəy sakini Şəmkirdə bıçaqlandı

    Gədəbəy sakini Şəmkirdə bıçaqlandı ...

    18-04-2017, 10:13

  • 
  • Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

    Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ağır ...

    21-04-2016, 23:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu