GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayev də Səlim Müslümovun yolunu gedir... - Müraciət

Sahil Babayev də Səlim Müslümovun yolunu gedir... - Müraciət

Tarix: 4-03-2019, 12:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 650
Sahil Babayev də Səlim Müslümovun yolunu gedir... - Müraciət


“Hörmətli Mehriban xanım!

İndi özünüz nəticə çıxarın, mənim özümə yazığım gəlsin, ya gəlməsin? Yuxarıda qeyd etdiyim məsələlər, mənzillə, avtomobillə, ildə bir dəfə ƏMƏSMN-dən birdəfəlik yardım almaq da, ildə bir dəfə sanatoriya müalicəsi götürmək də mənim haqqımdır. Mən bu dövlət üçün qanımı töküb əlil olmuşam. Necə olur, bizim vəzifə sahibləri dünyanın, o cümlədən ölkəmizin hər yerində dəyəri milyonlarla ölçülən imarətlər tikib yağın-balın içində yaşayırlar, ailələri bahalı avtomobil kolleksiyası yığır, mən və mənim kimi insanlara da zülm verməkdən isə yorulub dayanmırlar? Doğurdanmı, mən bu ölkədə heç bir hüququ olmayan qul, köləyəm?”

Gundemxeber.az xəbər verir ki, bu sətirlər 2-ci qrup Qarabağ əlili Məstəliyev Kamal İslam oğlunun I Vitse-prezident Mehriban Əliyevaya yazdığı məktubdandır.

Məktubunda yaşadığı acınacaqlı durumdan bəhs edən əlil çarəsiz vəziyyətdə problemlərinin həll ediləcəyi günü gözləyir. Əlilin ürək yanğısıyla və gözlədiyimizdən xeyli səliqəli, əsl peşəkar yazar kimi qələmə aldığı məktubu oxuduqdan sonra onu redaksiyamıza dəvət etdik və müsahibəsini aldıq. Yaxın günlərdə sağlamlığını vətən uğrunda fəda edən bu dəyərli insanın müsahibəsini də təqdim edəcəyilk. Hələlik isə, yazı üslubu ilə bizi heyrətləndirən həmin məktubu nöqtə-vergülünə toxunmadan yayımlayırıq.

Məktubda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin keçmiş komandası barədə bəzi ağır ifadələr olsa da, əlilin müəlliflik hüququna hörmət etdiyimizdən yazı üzərində hər hansı korrektə aparmamağa qərar verdik:



Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədova

Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 30/97, 3 saylı Evtikmə Kombinatının həyətində məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili Məstəliyev Kamal İslam oğlu tərəfindən

Ə R İ Z Ə

Hörmətli Mehriban xanım!

Bu müraciəti sizə ürək ağrısı ilə yazıram, ona görə ürək ağrısı ilə yazıram ki, özümə yazığım gəlir. Səbəbini isə çalışacağam ki, mümkün qədər aydın, açıq şəkildə sizə çatdıra bilim.

Mən sovet ordusunda hərbi xidməti başa vurandan sonra əlimə silah alaraq, yenidən hərbi paltar geyərək Qarabağ müharibəsinə getmişəm. Torpaqlarımız uğrunda gedən müharibədə başımdan, sinə nayihəmdən, qolumdan və omba çanağından yaralanaraq sağlamlığımı itirmişəm. Yuxarıda qeyd olunan ünvanda uzun illərdir ki, qeyri-insani şəraitdə yaşayıram. Özüm bir neçə xroniki xəstəliklərdən əziyyət çəkirəm və daim müalicə kursu keçirəm. Həyat yoldaşım isə bir dəfə ağır cərrahiyyə əməliyyatı keçirib və ikinci cərrahiyyə əməliyyatına ehtiyac var. Mənim aldığım təqaüdün çox hissəsi, demək olar ki, ancaq dərman pereparatlarının alınmasına sərf olunur. Qarabağ müharibəsində ağır yaralanan mənim kimi əlillərə ildə bir dəfə 200-300 manat birdəfəlik maddi yardım verilir. Mən bundan heç vaxt yararlanmamışam. 2018-ci ilin oktyabr ayında ailəmizdə maddi durumun ağır olması ilə əlaqədar ilk dəfə olaraq mənə də birdəfəlik maddi yardım göstərilməsi üçün həm Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etdim. Bir müddət cavab almadığımdan Dövlət Sosial Müdafiə Fonduna getdim və Cavid Hüseynov adlı bir əməkdaş məni qəbul edərək bildirdi ki, ərizəni mənə əlbəəl verməyibsən k? Get, təzədən müraciət elə. Üstündən bir müddət keçəndən sonra mənə həm gülməli, həm də ağlamalı bir cavab gəldi. 10 yanvar 2019-cu ildə üstündən 2 aydan çox bir müddət keçəndən sonra direktor müavini Səfər Mehdiyevin imzası ilə aldığım cavabda göstərilib ki, ailəmizin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün mən elektron müraciət etməliyəm.

Hörmətli Mehriban xanım!

Özümə yazığım gəlməsinin elə səbəblərindən biri də budur. Hansı ünvanlı sosial yardımdan söhbət gedə bilər? Məgər mən onlardan ünvanlı sosial yardım istəmişəm? Doğrudanmı, bizim taleyimiz oxuyub dərk edə bilməyən gerizəkalıların əlindədir?

Yuxarıda qeyd etdiyim kimi mən Qarabağ müharibəsində bir neçə yerimdən yaralanmışam, hərəkətimdə məhdudiyyət var. Lənətəgəlmiş Səlim Müslümov nazir olan vaxtlar avtomobil növbəsinə götürmədilər. Mən də yazılı müraciət edərək Səlim Müslümovla görüşüb məsələyə aydınlıq gətirmək istədim. Məni və mənimlə birgə müraciət edən Qarabağ veteranı və illərlə müharibəni ən qaynar nöqtələrində olan zabit, müharibə veteranı Hüseynov Nurəddin Muxtar oğlunu Firudin adlı bir əxlaqsız nazirliyə dəvət etdi, biz 4 saat orada gözləyəndən sonra qapıda duran polisdən soruşduq ki, Firudin bizə deyir ki, tədbirdəyəm, gözləyin, tədbir qurtarmadı? Polis gülə-gülə dedi ki, Firudin 20 dəqiqə tədbirdə olub, 3 saatdır ki, yerində oturub. Sonra biz Firudinin otağına daxil olub onun bu hərəkətinin adını soruşduq. Səlim Müslümova əshabəlik eləyən bu canlı varlıq bu yaramaz hərəkətinə cavab tapa bilmədi. Biz də öz sözümüzü onun sürtülmüş sifətinə deyərək nazirliyi tərk etdik.

Hörmətli Mehriban xanım!

Qeyd etdiyim kimi mənim ailəm uzun müddətdir ki, zavodun həyətində qeyri-yaşayış sahəsində məskunlaşıb. Dəfələrlə, bəlkə də yüzə yaxın müraciətlər edərək mənim və həyat yoldaşımın sağlamlıq durumunu, mənim Qarabağ əlili kimi imtiyazlı olduğumu nəzərə alaraq mənim də ailəmə məcburi köçkünlər üçün inşa edilən binalardan mənzil verilməsini xahiş etmişəm. Məni futbol topu kimi bir-birinin üstünə atıblar. Azərbaycan Respublikasının Qanunu var, həmin Qanunda açıq-aşkar qeyd olunur ki, müharibə əlilləri güzəştli əsaslarla birincilər sırasında mənzillə təmin olunur. Düz, 20 ildir ki, “mənə bu qanun şamil edilir”. Yaxşı mənzil olmaz, avtomobil növbəsinə dayanmaq olmaz, onda bəs nə olar? Bu sualın cavabını kimdən alım?

Başqa bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. 2019-cu ilin əvvəllərində Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə müraciət edərək mənə bir ədəd Naftalan sanatoriyasında müalicə kursu keçmək üçün putyovka verilməsini xahiş etdim. Mənə konfederasiyadan zəng edib soruşdular ki, iş yerin haradır? Mən də cavab verdim ki, Qarabağ əliliyəm, mən sovetlər dövründə kalxozda işləmişəm, sonra sovet ordusuna, oradan da Milli Orduya gedib 4 ilə yaxın müharibədə olmuşam, indi əliləm, işləmirəm. Bundan sonra mənə başqa bir yerdən, Azərbaycan kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri (Kənd-Qida-İş) Həmkarlar İttifaqının Federasiyasından məktub gəldi. Bu məktub da həm gülməlidir, həm ağlamalı. Cavabda bildirilir ki, növbəyə alınmağım üçün iş yerindən arayış və s. təqdim etməliyəm. İş yerim kalxoz olub, sovetlər də dağılıb, kolxoz da, kolxozun yerləşdiyi Cəbrayıl rayonu da.

Hörmətli Mehriban xanım!

İndi özünüz nəticə çıxarın, mənim özümə yazığım gəlsin, ya gəlməsin? Yuxarıda qeyd etdiyim məsələlər, mənzillə, avtomobillə, ildə bir dəfə ƏMƏSMN-dən birdəfəlik yardım almaq da, ildə bir dəfə sanatoriya müalicəsi götürmək də mənim haqqımdır. Mən bu dövlət üçün qanımı töküb əlil olmuşam. Necə olur, bizim vəzifə sahibləri dünyanın, o cümlədən ölkəmizin hər yerində dəyəri milyonlarla ölçülən imarətlər tikib yağın-balın içində yaşayırlar, ailələri bahalı avtomobil kolleksiyası yığır, mən və mənim kimi insanlara da zülm verməkdən isə yorulub dayanmırlar? Doğurdanmı, mən bu ölkədə heç bir hüququ olmayan qul, köləyəm? Məhz başıma bu neçə ildə gələn haqsızlıqları yadıma salanda özümə yazığım gəlir, özüm diri-diri özümə ağlayıram. Nə edim, başqa əlillər kimi çəliyi əlimə götürüb 20-30 nəfərlə yolları kəsək? Axı buna vicdanım yol vermir, mən bunu istəmirəm. Məni elə bir vəziyyətə salıblar ki, artıq görmə qabiliyyətim zəifləyib. Başıma gələn müsibətlərdən sadəcə birini nəzərinizə çatdırıram. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən bir arayış almaq üçün 14 ay qapılarda sürünüb zülm çəkdim.

İndi isə ikinci bir zülmün içindəyəm. Belə ki, mən təqaüdə çıxanda pulun miqdarı düz hesablanmayıb. Mən 1994-cü ilin yanvar ayından 1996-cı ilin fevral ayına qədər Murovdağ yüksəkliklərində vuruşmuşam, ancaq təqaüd hesablananda mənim yüksəklikdə hərbi xidmətim nəzərə alınmayıb. Təqaüdün yenidən hesablanması üçün 2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciətlər etmişəm. Bundan əlavə Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəisi cənab Kişiyevə yazılı müraciət edərək qəbuluna getdim. Onun işçisi Emil adlı kapitan heç məndən ərizəni də götürmədi, 10 gün məni gözlədəndən sonra bildirdi ki, Rauf Kişiyevin qəbuluna təzədən yazılmalıyam. Daha sonra 18.02.2019-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi Rəşad Qənbərovun imzası ilə aldığım məktubda göstərilib ki, 172 №-li hərbi hissənin pul təminatlarının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün arayış verə bilməzlər. Mənim xidmət etdiyim hərbi hissə bu gün də Murovdağ yüksəkliklərində yerləşir. İndi Müdafiə Nazirliyindən bu haqda bir arayış almaq böyük bir problemə çevrilib.
Hörmətli Mehriban xanım!

Sizdən rica edirəm ki, nümayəndəniz məni qəbul edib dinləsin, bəlkə bu haqsızlıqlara bir son qoyula. Mənim başqa sözüm yoxdur.

İmza: Məstəliyev Kamal İ.
II qrup Qarabağ əlili
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya müraciət etdi

    25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya ...

    21-08-2014, 13:07

  • 
  • “Prezident deyir ki, məmurlar xalqa xidmət etməlidir, amma onlar bizə zülm edirlər” – İKİNCİ QRUP ƏLİL ÇARƏSİZ VƏZİYYƏTDƏ

    “Prezident deyir ki, məmurlar xalqa xidmət ...

    27-07-2018, 16:09

  • 
  • Qarabağ əlili intihar edəcək

    Qarabağ əlili intihar edəcək ...

    21-02-2015, 12:37

  • 
  • “Səlim Müslümovun işçisi çörəyimi kəsdi”

    “Səlim Müslümovun işçisi çörəyimi kəsdi” ...

    6-06-2016, 16:47

  • 
  • Sahil Babayev Qarabağ əlillərini niyə qəbul etmir? - ETİRAZ

    Sahil Babayev Qarabağ əlillərini niyə qəbul ...

    2-08-2018, 13:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu