GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun dostuna yüksək vəzifə verdi

Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun dostuna yüksək vəzifə verdi

Tarix: 6-03-2019, 14:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 8 377
Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun dostuna yüksək vəzifə verdi


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.

“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur.

Qeyd edək ki, Səhət Həbibbəylinin MR-nın Gömrük Komitəsinə sədr təyin olunacağı çoxdan idi gözlənilirdi. Belə ki, Asəf Məmmədovun Gömrük Komitəsinin sədri olduğu zaman belə Vasif Talıbov Səhət Həbibbəylini ora nəzarət etmək üçün göndəribmiş. Məhz, Səhət Həbibbəylinin ötürdüyü “donos”lar nəticəsində Asəf Məmmədovun “torba”sı tikilmiş, Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov intihar edilməyə məcbur qalmışdı.

Əvvəlki yazılarımızda bu barədə geniş məlumat verərək bildirmişdik ki, muxtar respublikanın Daxili İşlər Nazirliyində işgəncələr və təhqirlər sonunda intihar etməyə məcbur qalan Mirməhəmməd Seyidovdan Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun “qara kassa”dan böyük həcmdə vəsait mənimsənilməsi ilə bağlı informasiyaları dəqiqləşdirmək istəyiblər:

“Naxçıvan Gömrük Komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclis üzvü İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli muxtar respublika rəhbərliyinə Asəf Məmmədovun xaricdən ölkəyə daxil olan maşınlardan və yüklərdən 400-500 milyon manat qazanması ilə bağlı xəbər çatdırıb. Səhət Həbibbəylinin bu məlumatı ötürməkdə məqsədi Asəf Məmmədovu zərərsizləşdirib, onun yerinə keçmək istəməsi olub. Bu məlumatdan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov işi araşdırmaq üçün qudası olan daxili işlər naziri Fazil Ələkbərova tapşırıq verib.

Mənbənin məlumatına görə, Fazil Ələkbərovun araşdırmaları sonunda Asəf Məmmədov 24 noyabr 2018-ci il tarixində vəzifəsindən çıxarılır və onun barəsində cəzalandırma tədbirləri başlayir. Bakı başda olmaqla müxtəlif rayonlardakı obyekt və biznes sahələri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovun adına keçirilir. Amma Fazil Ələkbərov gömrükdən mənimsənilən 400-500 milyon manat vəsaitin izini tapa bilmədiyindən Asəf Məmmədovun ən yaxın adamı Mirməhəmməd Seyidova və onun yaxın qohumlarına psixoloji təzyiqlərlə yanaşı işgəncələr verdirir. Mirməhəmməd Seyidov bütün işgəncələrə baxmayaraq israrla Səhət Həbibbəylinin Vasif Talıbova ötürdüyü informasiyanın yalan olduğunu bildirir. Fazil Ələkbərov isə Mirməhəmməd Seyidova qarşı “Beriya sayağı” işgəncələri davam etdirir. Nəticədə isə işgəncə və təhqirlərə dözməyən Mirməhəmməd Seyidov intihara əl atmalı olur.

Mənbə bildirir ki, Mirməhəmməd Seyidovun intiharı Fazil Ələkbərovu çıxılmaz vəziyyətə saldığından baş verən cinayət hadisəsini Asəf Məmmədovun boynuna qoymaq üçün ona ağlasığmaz şəkildə işgəncələr verdirib.

Məlumatlarda həmçinin iddia olunurdu ki, əslində Naxçıvanın Gömrük Komitəsindəki rəsmi və ya qeyri-rəsmi maliyyə axınları ilə bağlı Vasif Talıbovun detallı şəkildə məlumatı varmış. Belə ki, 2017-ci ildə Asəf Məmmədovun rəhbərlik etdiyi komitədə 300 milyon manat dəyərində kəsr müəyyən edilir. Bu məbləğin 60 milyonunu həmin vaxt Gömrük Komitəsində birinci müavin olan hazırda isə Komitəyə rəhbərlik edən Səfər Mehdiyev ödəyir. Qalan məbləğ isə Asəf Məmmədov tərəfindən muxtar respublika rəhbərliyinə çatdırılır. Bu hadisədən sonra Vasif Talıbov tələbə yoldaşı olan Asəf Məmmədovu ciddi nəzarət altında saxlayır və maliyyə axınlarına nəzarət etmək üçün etibar edəcəyi adamları komitəyə yerləşdirir.

Mənbənin sözlərinə görə, Asəf Məmmədovun hədəfə gəlməsinin əsas səbəbi Fazil Ələkbərovla yola getməməsi olub. Bu səbəbdən də kurəkəni Seymur Talıbovun vasitəsi ilə Asəf Məmmədovun zərərsizləşdirilməsi üçün tədbirlər görülməyə başlanılır. Bu prosesdə də əsas aparıcı fiqur kimi Səhət Həbibbəylidən istifadə edilib”.

Başqa bir məlumatda isə bildirilir ki, Səhət Həbibbəylinin “donos”ları sayəsində Asəf Məmmədovun Bakıda tikilən otel istifadəyə hazır olan zaman ondan alınaraq Vasif Talıbovun oğlu Rza Talıbovun adına keçirilib. Bununla yanaşı Asəf Məmmədovun otel tikmək üçün nəzərdə tutduğu Səngəçalda dənizkənarı ərazidə yerləşən 72 hektarlıq torpaq sahəsi, “Varovski”dəki malikanəsi, “Neptun” Marketlər Şəbəkəsindəki payı və başqa əmlakları da Vasif Talıbovun oğlanları Seymur və Rza Talıbovların adına keçirilib. Həmçinin, Asəf Məmmədovun İstanbulda Vasif Talıbov üçün 14 milyon dollar dəyərində otel aldığı da yayılan məlumatlar sırasındadır”.

Göründüyü kimi, Səhət Həbibbəyli Asəf Məmmədov və Mirməhəmməd Seyidovun “taxt”dan salınmasında göstərdiyi “xidmət”lərə görə mükafatlandırılıb.

Qeyd edək ki, Səhət Həbibbəylinin Vasif Talıbovun oğlu Seeymur Talıbovla yaxın dost olduğu da yayılan məlumatlar sırasındadır. Belə ki, Vasif Talıbovun özündən sonra muxtar respublikaya oğlunu rəhbər təyin etmək istədiyi və bu səbəbdən də Seymur Talıbova yaxın şəxslərin yüksək vəzifələrə təyin etdirdiyi bildirilir.//AzToday.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM

    Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM ...

    10-11-2018, 15:41

  • 
  • Vasif Talıbov yeni qurum yaratdı

    Vasif Talıbov yeni qurum yaratdı ...

    22-12-2017, 11:50

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Naxçıvan Gömrük Komitəsinin sədr müavini özünü güllələdi

    Naxçıvan Gömrük Komitəsinin sədr müavini özünü ...

    31-12-2018, 13:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu