…Məlum olduğu kimi, martın 1-də Mətbuat Şurasının şikayətlər komissiyasının fövqəladə iclası keçirilib və "Təzadlar" qəzetinin adının yenidən Şuranın "qara siyahı"sına daxil edilməsi ilə bağlı qərar müzakirə edilib. Həmin iclasda mən də iştirak edirdim.
Lakin bu günədək həmin iclasda Vüqar Rəhimzadə ilə Bəxtiyar Sadıqovun rəhbərliyi ilə baş verənlər haqqında susmalı olmuşdum. Bu barədə neçə gün əvvəl özümün FB səhifəmdə də yazmışdım. Düşündüm ki, tələskən və qərəzli qərara imza atanlar sonradan soyuq başla məsələyə tam aydınlıq gətirəcəklər. Lakin əksini gördüm. Məsələn, vaxtilə hüquqları bu və ya digər formada pozularkən dəstək verdiyimiz bəzi həmkarlarımız saytlarında bu məlumatı elə canfəşanlıqla, özü də təhrif etməklə, aldadıcı və çaşdırıcı, məhz qərəzli, məqsədli formada yaydılar ki, elə bil ermənilər Kəlbəcəri işğal edib indii də oradakı qızıl yataqlarımızı yağmalayıb aparır, bizim də əlimiz heç yana çatmır və s. Nə isə… Amma çox təəssüflər olsun ki, Mətbuat Şurasındakı müzakirələrdə olduğu kimi, şikayətçinin kimliyi, barəsində yazılmış, indi mübahisələndirilən araşdırma yazıların mahiyyəti qalıb bir kənarda, adını çəkmək istəmədiyim bir neçə sayt və ya saytlar məsələni təhrif etməklə məşğuldurlar. Eləcə də, məsələn, həmişə böyük hörmətini saxladığımız deputat Fazil Mustafadan mahiyyətindən məlumatsız olduğu bir mövzu ətrafında mövqeyini soruşub yenə də yalan məlumat yayır, onun imicinə ağır zərbə vururlar. Odur ki, yenə də səbr və təmkinlə bilməyənlərə bildirirəm ki: 1.Modern.az saytı və ona istinadən məlumat yayan, neçə vaxtdır rektor Ədalət Muradovun müdafiəsini quran bir neçə sayt yazır ki, «“Təzadlar”ın “qara siyahı”ya salınması vətəndaşların şikayəti ilə bağlıdır”. Cavab: Kimdir, adı nədir o vətəndaşların? Əgər deputat Bəxtiyar Əliyevi, rektor Ədalət Muradovu, AAK-ın keçmiş sədr əvəzi Vəli Hüseynovu (vaxtilə eyni qaydada keçmiş ABU rektoru Elşad Abdullayevi müdafiə edirdilər) vətəndaş sayırsınızsa, min dəfə təəssüflər olsun. Elə isə bilməyənlər üçün izah edirəm: Mətbuat Şurasındakı Ədalət Muradovsevərlər hələ təxminən bir ay əvvəl belə bir fövqəladə iclas keçirməyə cəhd etmişdilər, onda mən H.Əliyev Fondunun 1-ci vitse-Prezidenti Leyla xanım Əliyevanın «Xocalıya ədalət» Beynəlxalq kampaniyası çərçivəsində Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının açılışı mərasimində idim, özü də şəxsi vəsaitim hesabına getmişdim (ötən ilin oktyabrında isə Türkiyənin Kayseri şəhərində yenə də Xocalı Abidəsinin və parkın açılışında olmuşdum). Həmin iclas təcrübəli insanların sayəsində təxirə salınmışdı. Bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun və deputat Bəxtiyar Əliyevin şikayətini müzakirə edirdilər. Həmişə məmurların şikayəti olanda «Şikayət göndər, reket elan edək» prinsipi ilə hərəkət edən bəziləri bu dəfə də o cürə addım atdılar. Hansı ki, mən həmin iclasda tələb olunan bütün sənədləri aparmışdım, bir-bir təqdim etdim ki, buyurun, rəsmi sorğu verilib, amma qarşı tərəf cavab verməyib, hətta bu məsələyə məhkəmədə də baxılıb. Bu sənədlər sırasında rektor Ədalət Muradovun ADİU-nun adının hər yerdə UNEC kimi təqdim və təbliğ etməsinin yalnış olması barədə ADİU-nun kafedra müdiri, professor Mirələm Həsənlinin Ədalət Muradova xidməti məktubla müraciəti var. Hansı ki, Prezident İlham Əliyev 2014-cü ildə Ədalət Muradovu rektor təyin edərkən sərəncamında UNEC deyil, Azərbaycan Dövlət İqtisad Universiteti yazılmışdır. M.Həsənlinin bu məktubuna istinadla araşdırma yazı dərc edilmişdir. Sonradan Ədalət Muradovun barəsində redaksiyaya müxtəlif məzmunlu, istinadlı, sübutlu şikayət xarakterli material daxil oldu. Həmin materialları Ə.Muradovun Prezident yanında AAK-da məsul vəzifə daşıyan dostu A.Ələkbərov vasitəsilə rəsmi sorğu məktubu ilə özünə şəxsən göndərdik, mövqeyini bildirməsi xahiş edildi. Həmin materialın biri rektorun doktorluq və professor diplomlarının qanunsuz yolla əldə etməsi barədə idi. Lakin o, əksini etdi, üstümüzə çoxsaylı dostlarını, deputatları, eləcə də Mətbuat Şurasının İH bəzi üzvlərini xahişə göndərdi. Biz isə ona göndərdiyimiz sorğunu cavablandırmasını xahiş etdi. Bu da baş tutmayanda isə Ədalət Muradova həmin diplomları vermiş Prezident yanında AAK-a sorğu göndərdik. AAK rəhbərliyi də eyni xətti tutdu, sorğunu cavablandırmadı. Məcbur olub AAK rəhbərliyini məhkəməyə verdik. Bu arada Mətbuat Şurasının şikayətlər komissiyasının sədri Vüqar Rəhimzadə AAK rəhbəri Vəli Hüseynovun xahişini etdi, özü də təhdidlə, tələblə. Əvvəllər SOCAR-la bağlı yazıları iradəmizin, peşə fəaliyyətimizin ziddinə də olsa, saytdan çıxartdıran hörmətli Vüqar Rəhimzadənin bu dəfə xahişini nəzərə ala bilmədik, dedik ki, Vəli Hüseynov sorğunu cavablandırsın. Təbii ki, sorğu rektor Ədalət Muradovun həmin diplomları ilə bağlı idi deyə, sonradan Ədalət Muradov nəinki Prezidentin imzaladığı qanuna hörmət etdi, əksinə, bunu ondan tələb edən qəzetin əleyhinə özünün yaxın adamı, «təhsil eksperti» kimi tanınan Etibar Əliyevi barəmizdə şantaj və böhtan yazılar yazmağa sürüklədi. Niyə MŞ İH-nin üzvləri bizə qarşı bu şantajlara reaksiya vermədi? Ona görə ki, məmur deyildik? Peşə fəaliyyəti ilə bağlı mənim şəxsi mənzilim, avtomobilim 2016-cı ildə yandırılıb, istintaqın qərarı ilə zərərçəkmiş kimi tanınmışam. MŞ sədrinin adına 2016-cı ildə müstəntiqin hərəkətsizliyindən şikayət təqdim etmişəm. Niyə Vüqar Rəhimzadə mənim də jurnalist kimi şikayətimi müzakirəyə çıxarmadı??? Çünki məmur deyiləm???
2.Azərbaycan Mətbuat Şurası, professor Qulu Məhərrəmlinin təbirincə desəm, məmurla KİV arasında körpü rolunu oynamalıdır. Lakin MŞ-ın məlum komissiya üzvləri məmurun şikayəti olan kimi şikayətin əsaslı olub-olmamasını araşdırmadan var gücü ilə KİV-in əleyhinə qərar çıxarmağa, günahlandırmağa cəhd edir. Prosessual qanunvericilikdə əvvəlcə şikayətin əsaslılığı aydınlaşdırılır, sonra qərar verilir. Bizim barəmizdə Ədalət Muradov və deputat Bəxtiyar Əliyevin məlum şikayətləri müzakirə olunanda da eyni mövqe sərgilənib. Qoy diqqətli oxucular, ədalətli insanlar bilsinlər: MŞ-da şikayətin əsaslılığı deyil, hansı məmur tərəfindən yazılması önəm daşıyır. Qarşı tərəfdən soruşulmur ki, şikayətiniz barədə sübutlarınızı təqdim edin, amma bizdən «Niyə yazmısınız?» deyə soruşurlar. 3.Biz Azərbaycan Dövlət İqtisad Universitetinin adının hər yerdə əsassız və qanunsuz olaraq UNEC yazılmasına etiraz edən professor M.Həsənlinin Azərbaycan Prezidentinə müraciətini dərc etmişik. M.Həsənli təklif edir ki, ADİU-ya həmin binada təhsil almış Heydər Əliyevin adı verilsin. Bunu yazmayaq? Təkrar edirəm, MŞ-ın məlum komissiya üzvləri niyə Ədalət Muradovdan soruşmurlar ki, UNEC sözünün yazılması qanunidirmi? Axı Prezidentin sərəncamında UNEC sözü yoxdur! 4.V.Rəhimzadə modern.az-a bildirib ki, “Təzadlar” qəzeti ilə bağlı Mətbuat Şurasına UNEC-in rektoru tərəfindən heç bir müraciət daxil olmayıb. Sorşuram, bəs kimdir şikayətçi? Onların barəsində nəsə yazılıbmı? Yaxud, yazılıbsa, yazılanlar doğrudur, yoxsa yazılanlara yazılan etiraz, şikayət? Niyə bunlar araşdırılmır? Məsələn, mən Ğrampdan yazıram, Bakının kəndindən bir nəfər MŞ-a gəlir ki, qəzet bunu niyə yazıb? Gülməlidir! 5.V.Rəhimzadə deyir ki, “Mətbuat Şurasına “Təzadlar” qəzeti ilə bağlı millət vəkil Bəxtiyar Əliyevin bir neçə seçicisi və başqa vətəndaşlar tərəfindən şikayət göndərilib».
(Bu dissertasiya işi hardadır?) Soruşuram: Bəxtiyar Əliyevin seçicisinin barəsində nə yazılmışdı ki, sizə şikayət göndərmişdi? Niyə B.Əliyev özü həmin iclasa iki dəfə çağrılsa da gəlmədi??? Amma mən deyim: B.Əliyevin dissertantı, ADU-da çalışan müəllim, Ağdamdan məcburi köçkün Könül Haqverdiyeva redaksiyaya şikayətə gəlmişdi ki, B.Əliyev onu aylardır get-gələ salıb, başqa məqsəd güdürlər və s. Əməkdaşımız E.Məmmədli şikayətçinin özü ilə birlikdə BDU-ya-B.Əliyevin yanına araşdırmaya getdi. Nəticə bu oldu ki, K.Haqverdiyevanın işi düzəldi. Qəzet buna nail oldu. Məsələ belə idi. 6. Deputat Bəxtiyar Əliyevin barəsində çoxsaylı saytlar yazandan sonra bizə də oxşar şikayət göndərilmişdi ki, onun namizədlik dissertasiyası yoxa çıxıb, heç bir yerdə yoxdur. Araşdırdıq, fakt təsdiqini tapdı. Sual olunur: bu namizədlik dissertasiyası niyə qeybə çəkilib, itirilib? B.Əliyevə bu barədə on dəfələrlə telefon açıb həmin dissertasiya işinin surətini əldə etmək istəyən əməkdaşımız Elçin Məmmədli niyə sorğusuna cavab ala bilmədi, bu daha geniş mövzunun söhbətidir. Bu barədə yazmaq niyə qadağandır? Ona görə ki, B.Əliyev deputatdır, məmurdur, 20 vəzifə daşıyıcısıdır? 7.Bəxtiyar Əliyev Z.Bünyadov prospektində «Psixologiya Elmi-Tədqiqat İnstitutu» açıb. Bu institutun statusu nədir, lisenziyası varmı, niyə adı AMEA-nın kataloqunda yoxdur? Bunu araşdırmaq KİV-ə niyə qadağan edilir??? 8.V.Rəhimzadə deyir: «Ümumiyyətlə, son günlər “Təzadlar”dan Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub. Biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə xəbərdarlıq etdik ki, şikayətlər var, bu tipli yazıların çapı araşdırılana qədər dayandırılsın. Çünki bir mətbu orqan 1 nəfər barədə davamlı olaraq 20 yazı dərc edirsə, burada mütləq qərəz var». Soruşuram: bu şikayətlər niyə əvvəllər yox idi, amma Vüqar Rəhimzadə məndən (həmin vaxt dissertasiya işi AAK-da idi) Vəli Hüseynovun barəsində AAK-ın 6 ekspert şurası üzvünun Prezident İlham Əliyevə şikayətləri dərc olunandan, həmin şikayətin saytdan silinməsini məndən təhdidlə xahiş edəndən, xahişi bu dəfə yerə düşəndən sonra artmağa başlayıb???
İstəkli Vüqar Rəhimzadə onu doğru deyir ki, bəli, məndən bəzi yazıları dayandırmağı xahiş ediblər, mən də demişəm ki, Ədalət Muradovla bağlı şikayətlərin, müraciətlərin (müəllimə Zərifə Mansurova onu məhkəməyə verib, Yeni İl ərəfəsi rektora yaxın olanlara 800-1000 manat mükafat, bəzilərinə isə soğan hədiyyəsi verilməsindən narazılıq, Differensial əmək haqqı sistemindən narazılıq və s.) araşdırılmasında nə pis və ya qanunsuz hərəkət var ki?! Prezident Administrasiyasına hər gün minlərlə şikayət gəlir, hansısa şikayət araşıdırılanda vətəndaşlara deyilməlidir ki, bu başcı ilə araşdırma gedir, şikayətləri dayandırın?! 9.Mətbuat Şurasında niyə Ədalət Muradovun, yaxud deputat Bəxtiyar Əliyevin şikayətini araşdırmadan, haqlı olub-olmadığına baxmadan onları haqlı çıxarır, amma bizim informasiya almaq hüquqlarımız hər iki məmur tərəfindən pozulanda susrlar??? 10. V.Rəhimzadə deyir: «Məlum oldu ki, Şikayətlər Komissiyasının xəbərdarlıq etməsinə baxmayaraq, “Təzadlar” qəzetində qərəzli yazılar mütəmadi şəkildə dərc edilib. Beləliklə, qərara aldıq ki, burada məqsəd var, qərəz var». Soruşuram: barəsində çoxsaylı əsaslı şikayət olan, rektor gedərkən qanunsuz yolla professor diplomu alan, dövləti aldadan şəxs qərəzlidir, yoxsa bundan yazan? Yaxud, ermənilərlə qardaşlığımıza həsr edilmiş namizədlik işi yoxa çıxmış, qanunsuz olaraq özünə institut açmış… deputat Bəxtiyar Əliyev qərəzlidir, yoxsa bu haqda yazan qəzet?! 11.O ki qaldı Milli Məclisin deputatı Fazil Mustafanın yenə də modern.az-a açıqlamasında dediyi bu ifadəyə ki, «Həqiqətən də Şuraya çoxlu şikayətlər daxil olur… Bu siyahıda müəyyən mətbuat orqanlarının olması gözləniləndir. Məsələn, “Təzadlar” qəzetini götürək. Ola bilsin ki, illərdir mətbuat sahəsində çalışan təcrübəli insanların bu sahədə fəaliyyətləri olub. Ancaq bu heç kimə əsas vermir ki, müəyyən dərəcədə ictimai reputasiyası, cəmiyyətdə nüfuzu yüksək olan insanlara qarşı böhtan xarakterli addımlar atılsın”. İzah verirəm: inanmıram ki, obyektivliyinə güvəndiyimiz Fazil Mustafa kimi bir şəxs belə bir ifadə işlətsin. Çünki Fazil bəy nə Prezident yanında AAK-ın sədr əvəzi olmuş Vəli Hüseynovun AAK-dakı qanunsuz əməlləri barədə AAK-ın Ekspert Şurasının 6 professorunun Prezidentə və surəti «Təzadlar» qəzetinə ünvanlı şikayətindən, nə də bu şikayət dərc ediləndən sonra Vüqar Rəhimzadənin həmin yazının dayandırılması, saytdan silinməsi barədə hədə tonlu xahişindən, eləcə də rektor Ədalət Muradovun doktorluq və professor diplomlarını qanunsuz yolla əldə etməsindən, həmçinin deputat Bəxtiyar Əliyevin Rusiyada müdafiə etdiyi namizədlik dissertasiyasının naməlim səbəbdən Azərbaycanda olan bütün bazalardan silinməsindən və s. xəbəri olsun. Elə isə həmin sənədləri, hər üç məmura göndərilən rəsmi sorğunun surətini, bu mübahisələr üzrə ciddi araşdırmalar aparılması barədə Baş Prokurorluqdan bizə verilən rəsmi cavabları, sorğumuza cavab verilməməsi ilə bağlı məhkəmə qərarlarının surətini hörmətli Fazil Mustafaya təqdim etməyə hazırıq. Axı Mətbuat şurasında həmişə KİV-dən tələb olunur ki, qarşı tərəfə sorğu verin, sonra yazın. İndi sorğu vermişik, cavab vermirlər, aylar keçəndən sonra məqalə dərc edilir, indi qarşı tərəfə niyə sorğuya cavab verməməsi soruşulmur, amma bizdən niyə yazmısınız deyib dururlar! Bax bu, əsl ədalətsizlikdir! Nəhayət, sonda: biz rektor Ədalət Muradova 3 dəfədir sorğu göndəririk. İkisinə cavab verib və özü də yaxşı bilir ki, bu cavabların heç biri «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə cavab vermir, məhkəmədə çözülməlidir. Sonuncu sorğuya isə rektor hələ də cavab vermir, verə bilmir. Niyə? Bax bu barədə artıq məhkəməyə sənədlər hazırlanıb, cavablama öhdəliyi barədədir… Və çox hörmətli Vüqar Rəhimzadədən xahiş edirəm bu şikayətimizi icraata götürsün: Vüqar müəllim, KİV vasitəsilə Ədalət Muradovdan rəhbəri olduğunuz komissiyaya şikayət verirəm ki, Mətbuat Şurasının növbəti iclası bizim bu haqlı şikayətimizə həsr edilsin, kömək edin ki, rektor Ədalət Muradov Prezidentin imzaladığı qanunlarımıza hörmət edərək bizim həmin sorğumuzu cavablandırsın. Və qanuna hörmətsizlik etdiyinə, rektor təyin edilərkən sənədlər qovluğuna qanunsuz yolla aldığı professor diplomunun surətini əlavə etdiyinə və s. görə rektorun adı «qara siyahıya» salınsın!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?