Mətbuat Şurasının qara siyahısında neçə nəşrin adı var? “Media forum” saytı bu sualla qurumun reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadəyə müraciət edib. O bildirib ki, hazırda qara siyahıya 96 qəzetin adı salınıb: “Son olaraq bu ilin oktyabr ayında “Korrupsiya və qanun” və “Elin sözü” qəzetləri siyahıya əlavə edilib. Bu qəzetlərə bir neçə dəfə xəbərdarlıq olunmuşdu”.
Vüqar Rəhimzadə əlavə edib ki, 2010-cu ildən bəri 30-dan çox mətbuat orqanı qara siyahıdan çıxarılıb: “Bu il “Təzadlar”, “Bizim dövr”, “Gündəm xəbər”, “Gündəlik “Bakı”, “Dəryaz” qəzetləri daxil olmaqla 30 mətbuat orqanı bizə müraciət edib. Onlar qara siyahıdan çıxarılmalarını istəyirlər. Apellyasiya qrupu müraciətləri araşdırır. Biz monitorinq də aparırıq. Qəzet redaktorlarının dediyi sözlər əməllərinə uyğun gəlməlidir. Yekun rəy onların fəaliyyətindən asıl olacaq. Biz istəyirik ki, normal fəaliyyət göstərən, etik normalara və peşə davranışı qaydalarına əməl edən qəzetlər qara siyahıda olmasın. Bizə müraciət edən hər kəsin məsələsi diqqətdədir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?