GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi? - İDDİA

Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi? - İDDİA

Tarix: 26-03-2019, 15:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 808
Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi? - İDDİA


Azərbaycan səhiyyəsindəki vəziyyət günü-gündən acınacaqlı duruma düşür.

Gundemxeber.az Faktinfo.az-ya istinadən bildirir ki, ölkə vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa və digər ölkələrə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə pul aparır. Respublikamızdan milyonlarla manat vəsait səhiyyə məqsədilə çıxarılır. Amma ölkəmizə müayinə və müalicə üçün gələn demək olar ki, yoxdur,səhiyyə turizmi ölü nöqtədən tərpənmir. Ən yüngül tibbi əməliyyatların aparılması üçün səhiyyəmizə güvən itib. Açığı müəyyən kəsim savadlı və təcürbəli həkimlərin də nüfuzu bəzi üzdən iraq həkimlərimizə görə aşağı düşüb.

Səhiyyə sistemində bu vəziyyətin yaranmasında heç şübhəsiz ki,peşəkar həkimlərin hazırlanmalı olunduğu Azərbaycan Tibb Universitetindəki neqativ halların xüsusi rolu var. Bir neçə il bundan əvvəl Azərbaycan Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyin edilməsi belə bu ali məktəblə bağlı müsbət gözləntiləri doğrultmadı. ATU-da dəyişən ancaq kadrlar oldu.Tədrisin səviyyəsində heç bir yenilik baş vermədi. Bu da gələcək üçün ATU-nun yetişdirdiyi həkimlərin həmişəki kimi,nəzəriyyəçilərdən ibarət olacağını bir daha təsdiqlədi. Diqqət tədrisdə keyfiyyət dəyişikliyinə yönəlmədi,ancaq kadr dəyişikliyinə üstünlük verildi. ATU-da baş mühasib,Təsərrüfat işləri üzrə prorektor, dekanlar, kafedra müdirləri, laboratoriya rəhbərləri, Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası direktorları, eləcə də əli pulla “oynayan” digər vəzifə sahibləri böyük narazılıq doğursa da, rektora ən yaxın şəxslərlə əvəzləndi.

Təbii, növbəti yazılarımızda detallı şəkildə mövzuya qayıdacağıq. Hələlik isə ATU-nun rektoru G.Gəraybəylinin Tədris Terapevtik Klinikası ilə bağlı həyata keçirdiyi “islahat”a nəzər yetirək. ATU-nun nəzdində olan bu klinikada nə dəyişib,hansı müsbət göstəricilərə nail olunub?

G.Gəraybəyli rektor təyin olunandan sonra Tədris Terapevtik Klinikasında 4 dəfə direktor dəyişikliyi baş verib. Hər direktor dəyişikliyi isə böyük ölçüdə yeni “komanda”nın formalaşması ilə nəticələnib.Belə vəziyyət isə ciddi narazılıqlara, qarşıdurmalara,xoşagəlməz söz-söhbətə gətirib çıxarıb. Hələ də bu klinikada normal ab-hava yaranmayıb. Budur,G.Gəraybəylinin ATU-ya gətirdiyi yenilik?!
Vaxtilə ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qiymətlər hazırda “əl yandırır”. Klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün əvvəllər 30 manat ödəniş müəyyənləşdirilmişdisə, hazırda bu məbləğ iki dəfədən də çox qaldırılıb. Təbii, 60-70 AZN ödənilməsi isə kütləvi şəkildə narazılığa səbəb olub.

Hətta Faktinfo.az saytının əldə etdiyi məlumata görə,həmin məbləği ödəyən xəstə 10-15 gün sonra səhhətində yaranmış narahatlıqla bağlı həkiminin qəbuluna düşmək istəyəndə təkrar ödəniş tələb olunur. Bu isə pasiyentləri qıcıqlandırır, az qala xəstəsini gətirən sağlam insan da orada xəstəlik tapır.

Bütün bunları Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşmaqla müşahidə etmək, hansı həkimin qəbuluna düşmək üçün nə qədər pul istənildiyini görmək elə də çətin deyil.

Təəccüblüsü də odur ki, bu qədər gəlirin qarşılığında sözügedən klinikanın son iki ildə kommunal xidmətlərə-işığa,qaza,suya külli miqdarda borcu yığılıb.
ATU-nun Tədris Terapevtik Klinikası ilə bağlı olan qeyrimüəyənlik son aylarda nüfuzlu və peşəkar həkimlərin oranı tərk etməsi ilə də nəticələnir. Belə ki,Klinikanın Ürək-Damar Mərkəzində Kardioloq-Aritmoloq həkim Fərid Əliyev nəinki özü,onunla birlikdə çalışan həkim korpusu ilə birgə ATU-nun Tədris Terapevtik Klinikasını tərk edib, Bakı Sağlamlıq Mərkəzində çalışmağa üstünlük verib.Bütün bunlar isə uzun müddətdir klinikada sağlam mühitin olmamasından,hardasa narazılıqların varlığından xəbər verir.

Eləcə də, ATU-nun sözü gedən klinikasına yeni təyin olunan baş həkim və direktorla bağlı təyinatlar da kollektivdə təəccüb doğurur. Belə ki,baş həkim və direktorun elmi dərəcələri olmadan Tədris Terapevtik Klinikasına rəhbər vəzifələrə təyin olunması,indiyə qədər orada baş verməyən istisna hal kimi danışılır. O da qeyd olunur ki,söz-söhbətin “böyüməməsi” üçün baş həkimi sonradan ATU-nun kafedralarından birinə assent vəzifəsinə işə götürüblər. Faktinfo.az-a Kardioloq-Aritmoloq Fərid Əliyevin Bakı Sağlamlıq Mərkəzində işləməsini təsdiqləsələr də sayt ATU-nun sözügedən klinikası ilə bağlı digər suallara cavab ala bilmədi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tibb Universitetinin rektorunu kimlər aldadır?

    Tibb Universitetinin rektorunu kimlər aldadır? ...

    14-05-2018, 15:04

  • 
  • Rektor hazırladıqları kadrların zəif olduğunu etiraf etdi

    Rektor hazırladıqları kadrların zəif olduğunu ...

    5-12-2013, 11:43

  • 
  • Tibb Universitetinin rektorunu kimlər aldadır?

    Tibb Universitetinin rektorunu kimlər aldadır? ...

    22-05-2017, 13:26

  • 
  • Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi

    Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi ...

    27-12-2013, 10:44

  • 
  • İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

    İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər ...

    13-10-2014, 16:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu