“Deyə bilmərəm ki, Tibb Universitetinin hazırladığı mütəxəssislərin hamısının səviyyəsi çox yüksəkdir”
“Bu gün desəm ki, bütün həkimlərin fəaliyyəti məni qane edir, bu düzgün olmaz. Azərbaycanda həkimlərin arasında yaxşı ixtisaslı, orta bilikli mütəxəssislərimiz var. Amma onlarla bərabər çox təəssüflər olsun ki, zəif həkimlərimiz də var”.
Virtualaz.org bildirir ki, bunları APA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov deyib. Rektor bildirib ki, səhiyyə sahəsinin kadr təminatı məsələsində problemlər var. Ölkədə tibbin ixtisaslı kadrlarla təmin olunması istiqamətində daimi olaraq işlər görüldüyünü deyən Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycanda hazırlanması çətin olan sahələr üzrə mütəxəssislər xarici ölkələrə göndərilir, həmçinin dünyanın bir çox tanınmış klinikalarında çalışan mütəxəssislər Azərbaycana dəvət olunur, onların təcrübə dərsləri keçirilir və ya müalicə işinə cəlb olunurlar: “Ancaq bu gün deyə bilmərəm ki, Azərbaycan Tibb Universitetinin hazırladığı mütəxəssislərin hamısının səviyyəsi çox yüksəkdir. Problemlər var və hesab edirik ki, onlar zamanla öz həlini tapacaq”.
Sorğu
Yeni dizaynımız necədir?