Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 4 ünvanında yaşayan Eyvazov Tofiq Kamran oğlu ölkə başçısına ünvanladığı müraciəti sayta təqdim edib.
Müraciəti olduğu kimi dərc edirik:
Möhtərəm İlham Əliyev cənabları!
Mən mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin yaxın qohumuyam. Siz özünüz də məni şəxsən tanıyırsınız.
Yazıb Sizə bildirmək istəyirəm ki, məni - Eyvazov Tofiq Kamran oğlunu 2011-ci ilin dekabrın 19-da, saat 15-00-da Səbail Rayon Polis İdarəsinin ozamankı rəisi İlqar Mahmudovun ( keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu ) dəvəti ilə idarəyə çağırdılar.
İdarədə məndən izahat alandan sonra gözləmədiyim halda qollarıma qandal vurub zirzəmiyə apardılar. Üstümdə olan:
1. 1000 (min ) ABS dolları pulumu,
2. Blek Berli VİP telefonumu,
3. Vertu telefonumu,
4. Briliyant qaşlı üzüyümü,
5. Briliyant qaşlı saatımı,
6. 300 ( üç yüz ) manata yaxın pulumu, akta qol çəkdirərək məndən aldılar.
Mən akta qol çəkdim. İki gündən sonra məni Kürdəxanı təcridxanasına göndərdilər. Sonra mən 6 il həbsxana həyatı yaşadım. Və 2017-ci ildə azadlığa çıxdım. Mən azad olunandan sonra Səbail RPİ-ə müraciət edərək məndən götürülən əşyaların və pulun geri qaytarılmasını tələb etdim. Lakin bu günədək mənə məxsus əşyaları və pulu geri ala bilmirəm.
Möhtərəm Prezident !
Sizdən xahiş edirəm mənə məxsus əşyaların və pulun geri qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Mən öz qanuni əmlakımı tələb edirəm.
Sorğu
Yeni dizaynımız necədir?