GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovun adı keçən müəmmalı yanğınlar - təfərrüat

Eldar Mahmudovun adı keçən müəmmalı yanğınlar - təfərrüat

Tarix: 29-03-2019, 13:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 934
Eldar Mahmudovun adı keçən müəmmalı yanğınlar - təfərrüat


2015-ci ildən bu yana sabiq nazirin ismi Bakını bürüyən tüstüyə qarışır...

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yenidən gündəmə qayıdıb. Bu dəfə də sabiq nazirin ismi bütün ölkə gündəmini zəbt edən yanğına qarışıb. Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzi bir anının içində yanaraq külə dönüb. Eynən 2015-ci ilin mayında Binəqədidəki binanın yanmasında olduğu kimi, hazırda da Eldar Mahmudovun adı “Diqlas”dakı yanğınla qoşa çəkilir. Mərkəzin Eldar Mahmudovun oğlu, “Caspian Crystal” holdinqin sahibi Anar Mahmudova məxsusluğu haqda təkzib edilməyən məlumatlar var.

2015-ci ildə, hələ Eldar Mahmudov milli təhlükəsizlik naziri postunu tutduğu günlərdə oxşar yanğın hadisəsi Bakının Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında meydana gəlmişdi. Bu olayda Mahmudovun izinin olması haqda iddialar yayılmışdı. Belə xəbərlər vardı ki, bina qəsdən yandırılıb. Maraqlıdır ki, həmin günlərdə də ölkə böyük bir idman yarışına ev sahibliyi etməyə hazırlaşırdı və belə həssas vaxtda binanın yandırılması təxribat kimi qiymətləndirilirdi. Hazırda da ölkə böyük dəyişikliklər ərəfəsindədir. Hər kəsin ölkə rəhbərliyinin atılan addımlarından gözləntiləri var. Belə bir vaxtda Bakının məşhur ticarət mərkəzi yanıb külə dönür! Və 2015-ci ildə olduğu kimi Eldar Mahmudovun adı yanan ticarət mərkəzinin şahə qalxan tustüsünə qarışır. Təsadüfdürmü?

Ona görə də 2 dəhşətli yanğın arasında paralel aparmaq cəhdləri nəzərə çarpır.

2015-ci ildə yanğından dərhal sonra Eldar Mahmudovun göstərişi ilə “Global Construction” və “Global Stone” MMC-yə basqın etmişdilər. Sonradan “yanan bina” işi üzrə həbs edilən MMC-nin təsisçisi Miryusif Mahmudov məhkəməsində “o binanı yandırıblar” şəklində şok ifadə verdi.

Dedi ki, hələ yanğından əvvəl Eldar Mahmudovun adamları ilə üz-üzə gəlməli olub.

“Mən yanğın yerində olanda dedilər ki, ”qonaq"lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Yanğınsöndürənlər hadisə yerinə yenicə çatanda artıq bizim ofisdə əməliyyat tədbirləri keçirilməsi maraqlıdır. Ofisdə telefon xətləri kəsilmişdi, sənədlər kisələrə doldurulmuşdu. Axı hansı əsasla? Çox dəhşətli səhnə idi. Buna 50 nəfər şahiddir. Bu binanın yandırılması üçün uzun aylar hazırlıq işləri görülüb. Əvvəlcə 2015-ci il aprelin 10-da Xətaidəki bina yandırılıb. “Poliuretan” bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi otuzduruldu, zəhər kimi təqdim olundu. Bu hadisədən 15 gün sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan 3 gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar".

Miryusif Mahmudov məhkəmədə hakimin diqqətinə çatdırmışdı ki, yanğından əvvəl şirkətin əməkdaşlarından biri MTN-ə çağırılıb, onlardan pul tələb olunub: “...Yanğından sonra da bu işi MTN özü aparmaq istəyirdi. MTN-də məndən ifadə aldılar. Hanı o ifadə? Yoxdur. Belə getmək olmaz. Bu, göz görə-gözə hazırlanmış hadisədir”.

Bir maraqlı məqam da var: Binəqədidəki yanğından 7 ay əvvəl - 2014-cü il noyabrın 26-da gecəyarısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, əsasən sələfilərin toplaşdığı məscidə içi yandırıcı maddə ilə dolu 5-6 yarımlitrlik butulka atılıb. “Molotov kokteyl”ləri məsciddə yanğına səbəb olsa da, məscid nəzarətçisinin alov dillərini vaxtında görərək yanğınsöndürənlərə məlumat verdiyinə görə geniş miqyas almamışdı. Bundan 3 gün əvvəl - 2015-ci il mayın 16-da isə Bakının Nərimanov rayonu, Koveroçkin küçəsində, Hərbi Prokurorluğun binası ilə üz-üzə olan çoxmərtəbəli binanın damına çıxan naməlum şəxslər kəndirləri neftə batıraraq yandırıblar və binanın damından üzü aşağı buraxıblar. Gecəyarısı binanın damına doğru alov dillərinin qalxması yaxınlıqdakı taksi sürücülərinin diqqətini cəlb edib. FHN-ə vaxtında məlumat verilməsi səbəbindən bu xain cəhd də baş tutmayıb.

Məscidin, yaşayış binasının qəsdən yandırılmasına cəhdlərdən 3 gün sonra - 2015-ci il mayın 19-da Binəqədidəki binada yanğın gecə yarısı deyil, günortaya yaxın baş verib. Çünki alov axşam, hava qaralandan sonra daha çox görünür. Günorta isə diqqəti daha az çəkir. Bu səbəbdən də Binəqədidəki binada Qaraçuxurdakı məsciddə, Koveroçkin küçəsindəki binada olduğu kimi yanğını vaxtında görüb, qarşısını ala bilməyiblər. Dəhşətli yanğından sonra Gəncədə gecəyarısı çoxmərtəbəli binalardan birinin damında əllərində dizel yanacağı ilə dolu iki şəxs saxlanılıb. Həmin şəxsləri binaların sakinləri tutaraq polisə təhvil versələr də, sonradan MTN həmin şəxsləri polisdən alıb və onların izi itirilib. Bilinən odur ki, bu şəxslərdən biri Dağıstan vətəndaşı, digəri isə Samuxdan olub. 2015-ci ilin iyununda isə Qaraçuxurda binaların önündə park olunmuş, vətəndaşlara məxsus 30-a yaxın lüks avtomobilə od vurulub. Bu məlum olan, 2015-ci ilə təsadüf edən qəsdən törədilən, təxribat olmasını söyləməyə əsas verən yanğın faktlarıdır.

Hazırda da oxşar gedişat müşahidə edilir.

“Diqlas”dakı yanğından əvvəl də Bakının müxtəlif ərazilərindən həyəcanlı yanğın xəbərləri gəlirdi.

Məsələn, martın 2-də Bakıda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın baş verdi. Sonradan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatdan belə aydın olurdu ki, Binəqədi rayonunda futbol məktəbində yanğın idman zalının dam örtüyündə meydana gəlib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı. Binanın damında yanğının səbəbi bilinmədi. Martın 5-də Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonunda insan tələfatı ilə nəticələnən olay meydana gəlib. Rayonun Malik Məmmədov küçəsi, 12 ünvanında yerləşən 5 mərtəbəli yataqxanada gecə saatlarında yanğın başlayıb. Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində olub. Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib. Tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.


Martın 26-da “Diqlas” Ticarət Mərkəzinin çölündəki dönər köşkündə səhər tezdən meydana gələn balaca bir yanğın böyük bir alova çevrildi. Hadisə yerinə 2015-ci ilin mayında olduğu kimi Bakının əksər rayonlarının yanğınsöndürmə briqadaları, yanğınsğöndürən vertalyotlar qaldırılsa da, xeyri olmadı. “Diqlas” Ticarət Mərkəzi kibrit qutusu kimi külə döndü. Yenə də yanğının sürətlə yayılmasının səbəbi binanın üzlük materialı ilə əlaqələndirildi.

Martın 27-də Xəzər rayonunda da 5 mərtəbəli yaşayış binasında yanğın olub. Bu dəfə də yanğın binanın 5-ci mərtəbəsində, damda meydana gəlib. Binanın çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m2 sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub. Damda yanğının səbəbi haqda məlumat yoxdur.

Bəlkə də 2019-cu ilin ilk günlərindən baş verən yanğınlar təsadüfi olaraq belə bir təəssürat yaradır. Mümkündür ki, “Diqlas”da baş vermiş yanğın bundan əvvəl və sonra baş verən yanğınlarla eyni zəncirin halqaları deyil. Amma bütün ehtimalların araşdırılması zərurəti ortalıqdadır.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun oğlunun ticarət mərkəzi tam yandı

    Eldar Mahmudovun oğlunun ticarət mərkəzi tam yandı ...

    27-03-2019, 15:03

  • 
  • Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna məxsusdur

    Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna ...

    26-03-2019, 11:16

  • 
  • Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

    Eldar Mahmudovun göydələnlərinin tikintisi ...

    27-10-2015, 19:37

  • 
  • Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI

    Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI ...

    20-06-2016, 21:28

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu