Nizami rayonunda yanmış “Diqlas” ticarət mərkəzi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur.
Yanmış ticarət mərkəzi vaxtilə qüdrətli şəxslərdən biri hesab olunan atasının vəzifədən çıxarılmasından sonra Anar Mahmudovun azsaylı aktivlərindən biri idi. Daha əvvəl Mahmudovlar ailəsinin onlarla restoran, mağazalar, butiklər və avtomobil salonlarının daxil olduğu Caspian Crystal adlı böyük şirkətləri var idi.
Azad girişdə üzə çıxmış sənədə əsasən, “Diqlas” ticarət mərkəzi rəsmən “Diqlas– 1” MMC-yə aiddir.
Bu məhdud məsuliyyətli cəmiyyət 3 mart 2010-cu ildə qeydiyyata alınıb. MMC-nin təsisçisi və rəsmi nümayəndəsi Mahmudov Anar Eldar oğludur. Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı cəmi 5 manatdır.
“Diqlas” ticarət mərkəzinin Anar Mahmudova məxsus olduğunu dolayı yolla ziyana düşən ticarətçilər də təsdiqləyirlər. Nizami Rayon İcra Hakimiyyətinin başçısı ilə bugünkü görüşdə ticarətçilər bazar rəhbərliyinin hazırda Londonda yaşadığını bidirib və onlarla hələ görüşməməsindən şikayət ediblər. Məlum olduğu kimi, Anar Mahmudov da son illər Londonda yaşayır.//Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?