GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Gəncə işi” ilə bağlı dinləmələrdə işgəncələrdən danışılıb

“Gəncə işi” ilə bağlı dinləmələrdə işgəncələrdən danışılıb

Tarix: 31-03-2019, 02:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 711
“Gəncə işi” ilə bağlı dinləmələrdə işgəncələrdən danışılıb


Martın 30-da Siyasi Məhbusları Müdafiə Mərkəzi Müsavat Partiyasının qərargahında “Gəncə işi” ilə bağlı ictimai dinləmələr təşkil edib. Dinləmələrdə övladalrının, qohumlarının işgəncələrə məruz qaldığını iddia edən onlarla insan iştirak edib.

Baş prokuror Zakir Qaralov 2019-cu il yanvarın 4-də bildirib ki, "radikal dindar" Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı planlaşdırılmış terror aktı həyata keçirib. Konstitusiya quruluşunun dəyişdirilməsi cəhdi, terrorizm ittihamı ilə açılmış cinayət işi üzrə 18 nəfər - mütəşəkkil cinayətkar qrupun üzvləri məsuliyyətə cəlb edilib. Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.

“Bundan başqa, Gəncədə Səfərovun "müdafiəsi üçün" iğtişaş təşkil edən 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən cinayət işi çərçivəsində 36 nəfər barəsində materiallar (4 iş) artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digərləri barəsində istintaq davam etdirilir”, o qeyd edib.

Ölkəmizin ikinci böyük şəhərində böyük və ağır bir hadisə baş verdi. İnsanlar müəmmalı şəkildə qətlə yetirildi, kütləvi həbs olunub ağır işgəncələrə məruz qaldılar. Böyük bir repressiya həyata keçirildi. Azı 2- si polis olmaqla 10 nəfər öldürüldü. 77 nəfər həbs olundu.

2019-cu il fevralın 22-də Gəncə Cinayətlər Məhkəməsində 11 nəfərə 7.6 ildən 9 ilə kimi həbs hökmü çıxarılıb. Hazırda Sabunçu rayon Məhkəməsində 3 qrup üzrə məhkəmə prosesi davam edir.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bu günki dinləmələrdə bildirib ki, 2018- ci ilin Gəncə hadisələri zamanı "övladları şərlənib həbs olunan, ağır və dəhşətli işgəncələrə məruz qalanların valideynlər" ilk dəfədir ki, öz fikirlərini, narahatlıqlarını geniş şəkildə ictimaiyyətə açıqlayır.

“Əlsində keçən ilin yayında ölkəmizin ikinci böyük şəhərində böyük və ağır bir hadisə baş verdi. İnsanlar müəmmalı şəkildə qətlə yetirildi, kütləvi həbs olunub ağır işgəncələrə məruz qaldılar. Böyük bir repressiya həyata keçirildi. Azı 2- si polis olmaqla 10 nəfər öldürüldü. 77 nəfər həbs olundu, 11 nəfər axtarışa verildi. Bizim toplantılarımız haqqı-hüququ tapdanan, repressiyalara məruz qalan, dərdini-problemini bölüşməyə gələn və gələnləri dinləmək istəyən hər kəs üçün açıqdır. Gəlin bir olaq, bütöv olaq. Bir yerdə qanunsuz həbslərə, işgəncələrə, repressiyalara "dur" deyək!” o qeyd edib.

Hüquq müdafiəçisi Rövşən Əhmədli bildirib ki, Azərbaycanda işgəncə halları artıq statistikaya çevrilib.

“Bizim insanların gələcəyini məhv edənlər bir qrup dəstədir. Məhkəmədə prokuror soruşur ki, Gəncə hadisələri zamanı “ya allah” və “ya Əli” eşitdiniz? Bu sözü eşitmək cinayətdir? Yalvarmaq, sızlamaq çıxış yolu deyil. İnsanlar bir yerdə hüquqlarının bərpası uğrunda mübarizə aparmalıdır,” o qeyd edib.

Dinləmələr zamanı çoxsaylı insanlar övladalrının, qohumlarının tutulma və istintaq zamanı ağır və dözülməz işgəncələrə məruz qaldığını bildirib. Toplantı “Gəncə işi” ilə bağlı olsa da, digər işlərlə bağlı aparılan istintaq zamanı işgəncəyə məruz qalan və müəmmalı şəraitdə ölən insanların valideynləri də toplantıya qatılıb.

Gəncə hadisələri ilə bağlı həbs edilmiş Elvin Nəzərovun həyat yoldaşı Səbinə Nəzərova bildirib ki, həyat yoldaşına çoxsaylı işgəncələr verilməsinə baxmayaraq ittiham aktına imza atmayıb.

"İyulun 11-dən 20-dək Elvinin gözlərini bağlayıblar. Ayaqlarının altına dubinka ilə döyüblər. Kürəyini yandırıblar. Qandalı ən axırıncı yerindən bərkidiblər. Yerə yıxıb üstündə ağır çəkili birini oturdublar. Döyüblər. Saqqalını topa-topa yolublar, toka veriblər. Yoldaşım İimam Hüseyn aşiqidir. İşgəncə verəni allaha tapşırıram. Mən zalimdən rəhm gözləmirəm. Onları allaha tapşırram,” o qeyd edib.

Ailə üzvlərinin dedeiklərinə görə, elə insanlar olub ki, övladları barədə aylarla xəbər tuta bilməyib.

Hüquq müdafiəçisi: “Ağır işgəncələr, total həbslər və qətlə yetirilmə ilə müşayiət olunan hadisələr baş verir”

Gəncədə həbs edilmiş Kamal Məhərrəmovun qaynanası Aygün Zeynalova deyib ki, Kamalın anası dözməyib rəhmətə gedib.

“Kürəkənimi işdən çıxan zaman həbs ediblər. 8 il 6 ay qərəzli həbs veriblər. Onun 3 azyaşlı uşağı var. Heç bir günahı yoxdur. Günahı dükanında dinə aid məhsullar satmasıdır.”

Umud Zalov qardaşı Cəfər Zalov barədə 7 ay xəbər tuta bilmədilərini bildirib.

“Iyulun 4-də qardaşım Gəncə hadisələrinə görə tutulub. Umud Bakıda yaşayıb. Onu Bakıda həbs ediblər. Gəncədə olmayıb. Onun ailəsi ağır durumdadır. Əlil bacısı var. Ona baxan yoxdur. Bizim hüquqları müdafiə etmirsiniz, imkan verin ölkədən çıxaq gedək,” o bildirib.

İyulun 11-dən 20-dək Elvinin gözlərini bağlayıblar. Ayaqlarının altına dubinka ilə döyüblər. Kürəyini yandırıblar. Qandalı ən axırıncı yerindən bərkidiblər. Yerə yıxıb üstündə ağır çəkili birini oturdublar. Döyüblər. Saqqalını topa-topa yolublar, toka veriblər.
Səbinə Nəzrova, Elvin Nəzərovun həyat yoldaşı
Sevda Mehdiyeva oğlunun Moskvada yaşadığın deyib

“Oğlumn 3-cü övladı olanda Gəncəyə gəldi. O iyulun 3-də Moskvadan gəlib, dostları ilə Gəncədə meydanda çay içməyə getdi. Orada tutdular. Bir neçə ay xəbər ala bilmədirk. Oğluma faşist zülmü ediblər. İlham Əliyevdən xahiş edirəm, bu işə dəqiqliklə baxsın. Müstəniq Orxan Babayev milləti İlham Əliyevin üzərinə qaldırır. Məhkəmə qanunsuz oldu. Vəkillərə söz vermirdilər. Hadisə yerində kameralar var. O görüntüləri göstərmirlər. Şahid polislər heç kimi tanımırdı. Oğlumu toka veriblər. Ayaqlarının altına döyüblər. Uşağımın sağlamlığı yoxdur,” ana qeyd edib.

Mehdiyeva hüquq mühafizə əməkdaşları məhkəmə zamanı onu ələ saldığını da diqqətə çatdırıb.

“Deyirdilər ki, gedin `allahı`, `Hüseyni` çağırın gəlsin kömək etsin. Başınızı möhürə qoyursunuz, dövlətin əleyhinə gedirsiniz. Möhtərəm İlham Əliyev, Mehriban Əliyeva bu işə baxın, balalrımızı əfv edin,” o müraciət edib.

Zoya Əkbərova Nizami Əkbərovun anasıdır. O oğlunun işgəncə altında ittihaı qəbul etdiyini deyib.

“Hamı deyir ki, bu işi başdan əmr veriblər. Öyrənən yoxdur ki, yuxarıdan kim, bu, əmri verib. İstintaq elə bil dördüncü sinif şagirdləridir, deklamasiya deyir. Hamıya eyni söz yazıblar. Vəkil deyir, ittihama qol çəkməyəydi. Deyirəm, ay vəkil, sənə o işgəncələr verilsə idi qol çəkməzdin? Namaz qılanın hamısını tutublar. Namaz qılmaq günahdır? Biz övladımıza bəraət istəyirik,” o qeyd edib.

Elvin Əliyevin anası Kəmalə Əliyeva olunun Rusiyada yaşadığını, dördüncü kurs tələbəsi olduğunu deyib.

Deyirdilər ki, gedin `allahı`, `Hüseyni` çağırın gəlsin kömək etsin. Başınızı möhürə qoyursunuz, dövlətin əleyhinə gedirsiniz
Sevda Mehdiyeva, məhbusun anası


“Oğlum Rusiyada doğulub, orada yaşayır, tələbədir. Hər il üç ay Azərbaycana gəlir. Bilet alıb gedirdi. Tutublar. Məhkəmədə dedi ki, əlini, ayaqlarını, ağzını skoçla bağlayıb üzü üstə yıxıb işgəncə veriblər. Oğlumun qollarında qandal izləri indi də qalır. Dəhşətli işgəncə veriblər. Oğlum dördüncü kurs tələbəsidir. Oğlum mitinqdə olmayıb, polisə müqavimət göstərməyib. Hamı bilir ki, kimdən rüşvət alıb buraxıblar. Bir dənə vəzifəli şəxsin övladı yoxdur. Kim var idi rüşvət alıb buraxdılar,” ana deyib.

Bu zaman Nardaran hadisələri ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Anar Cabbarovun Türkiyədə yaşayan həyat yoldaşı telefonla dinləmələrə qoşulub.

“Anar Cabbarovun harada saxlanılması və ona hansı ittihamın verilməsi ilə bağlı ailəsinə məlumat verilmir. Anar bu il martın15-də Türkiyədə həbs edilib. O, üç gündən sonra Azərbaycana ekstradisiya olunub. Onun bütün sənədləri düzgündür və Türkiyə hökuməti Anara oturum verib. Türkiyə deyir onun həbsi dövlət sirridir, Azərbaycan isə hər hansı məlumat vermir. Anar ictimai fikirlərinə və fəaliyyətinə görə həbs edilib. O mitinqdə iştirak etməyib, dövlət əleyhinə danışmayıb. Anarın tutulmasının səbəbi kasıb ailələrə yardım etməsidir. Onun yardım etdiyi pulları buradakı camaat toplayıb. Anar kasıba yardım edib. Yardıma görə adam tutarlar?” o sual edib.

Tərtərdə vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə-foto 01.02.2019-cu ildə ana tərəfindən nümayiş etdirlib
Tərtərdə vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə-foto 01.02.2019-cu ildə ana tərəfindən nümayiş etdirlib
Dinləmələrdə “Tərtər işi” ilə bağlı həbs edilərək istintaq zamanı müəmmalı şəraitdə ölmüş Elçin Quliyevin anası Validə Quliyeva da danışıb.

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırlır.

Əlləri bağlı, gözləri bağlı işgəncə veriblər, öldürüblər. Həbs edilənlərin, öldürülənlərin hamısı kasıb balalarıdır. Niyə kasıbları seçdiniz? Balalarımızı işgəncə altında öldürüblər.
Validə Quliyeva, İstintaq zamanı müəmmalı şəraitdə ölmüş Elçin Quliyevin anası
“Oğlum 2017-ci ildə Tərtərdə tutulub. Əlləri bağlı, gözləri bağlı işgəncə veriblər, öldürüblər. Həbs edilənlərin, öldürülənlərin hamısı kasıb balalarıdır. Niyə kasıbları seçdiniz? Balalarımızı işgəncə altında öldürüblər. Niyə bu mafiyalar bizim balalarımızı öldürür? İstintaqsız övladımı öldürübsünüz. Qaytarın mənim balamı, 30 illik zəhmətimi qaytarın. Niyə mənə cavab vermirsiniz? Deputatlara, hökumətə, Daxili Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət etmişəm. Mən indi prezidentə müraciət edirəm. Cavab ver mənə, oğlumu qaytar,” ana müraciət edib.

Beləliklə, çoxsaylı insanlar son illərdə işgəncələrlə bağlı detallı məlumatlar verərək hökuməti, beynəlxalq təşkilatları işgəncə hallarına qiymət verməyə, günahkarları cəzalandırmağa çağırıb.


“Nardaran, Tərtər, Gəncə hadisələri repressiyadır. Biz birləşib birgə mübarizə aparmalıyıq. Bu olmasa repressiyalar davam edəcək. Bu olmasa fəlakət davam edəcək. Gəlin bir təşkilat ətrafında cəmləşib, mübarizə aparaq, tapdanan hüquqlarımızın bərpası üçün birgə çalışaq,” iştirakçılardan biri deyib.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəsmiləri işgəncələrlə bağlı tənqidləri qəbul etmir, qərəzli sayır.//amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Penitensiar Xidmət: Yunis Səfərovun öldürülməsi xəbəri tam yalandır

    Penitensiar Xidmət: Yunis Səfərovun öldürülməsi ...

    28-01-2019, 20:42

  • 
  • Gəncə hadisələri ilə bağlı 6 iş məhkəməyə göndərilib

    Gəncə hadisələri ilə bağlı 6 iş məhkəməyə ...

    8-02-2019, 11:45

  • 
  • Baş prokuror: Gəncədəki terror akrı ilə əlaqədar 77 nəfər həbs edilib

    Baş prokuror: Gəncədəki terror akrı ilə əlaqədar ...

    28-09-2018, 15:42

  • 
  • Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 nəfərin cinayət işi məhkəməyə göndərilib

    Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 ...

    29-01-2019, 21:20

  • 
  • Gəncədəki terror aktına dəstəyə görə axtarışda olan 2 nəfər ölkəyə gətirilib

    Gəncədəki terror aktına dəstəyə görə axtarışda ...

    28-09-2018, 11:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu